Məhkəmə qərarları › İş №2(051)-63/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-63/2022

14.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-63/2022 14.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Cavabdeh: Cavabdeh3 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması»na dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 11002,89 manat məbləğində kredit borcu, 69,38 manat məbləğində faiz borcu və 2266,59 manat məbləğində cəriməolmaqla, ümumilikdə cəmi 13328,86 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bununla belə iddiaçı bankın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4 və X5 isə gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçı bankın nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 11002,89 manat məbləğində kredit borcu, 69,38 manat məbləğində faiz borcu və 2266,59 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 13328,86 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının, Tutmanın, Cavabdeh3 mülkiyyətində olan Mingəçevir şəhəri, Nizami küçəsi ev 19/1 mənzil 8 yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması,hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 13328,86 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, Hərracdan əldə olnumuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, Mingəçevir şəhəri Nizami küçəsi ev 19/1 mənzil 8 yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, X1, X4 və X2 həmin evdən çıxarılmaları, həmin mənzilin boşaldılması və alıcıya təhvil verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia tələbinin həcminin azaldılmasıbarədə iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 11002,89 manat məbləğində kredit borcu, 69,38 manat məbləğində faiz borcu və 2266,59 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 13328,86 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının, tutmanın, Cavabdeh3 mülkiyyətində olan Mingəçevir şəhəri, Nizami küçəsi ev 19/1 mənzil 8 yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması,hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 13328,86 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, hərracdan əldə olnumuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, Mingəçevir şəhəri Nizami küçəsi ev 19/1 mənzil 8 yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, X4 və X2 həmin evdən çıxarılmaları, həmin mənzilin boşaldılması və alıcıya təhvil verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 məhkəmə iclasında izahatında göstərmişdir ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 15L000002689 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunmuçdur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 015A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 11002.89 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan ödəniş etməmiş və onun iddiaçıya 11002.89 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2021-ci il tarixə 191 gün üçün hesablanmış faiz borcu 69.38 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixə 191 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 2266.59 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh X3 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehipoteka verən Cavabdeh3 ilə iddiaçı Bank arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 15M000000594 saylı ipoteka müqaviləsi əsasında ünvan 1 iddiaçının iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdehlərin hazırda banka 11002,89 manat məbləğində kredit borcu, 69,38 manat məbləğində faiz borcu və 2266,59 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 13328,86 manat borcu qalmışdır. Lakin cavabdehlər həmin kredit borcunu ödəməkdən yayınmışlar. Ona görə də Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 11002,89 manat məbləğində kredit borcu, 69,38 manat məbləğində faiz borcu və 2266,59 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 13328,86 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının,tutmanın, Cavabdeh3 mülkiyyətində olan Mingəçevir şəhəri, Nizami küçəsi ev 19/1 mənzil 8 yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması,hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 13328,86 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, hərracdan əldə olnumuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, Mingəçevir şəhəri Nizami küçəsi ev 19/1 mənzil 8 yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, X4 və X2 həmin evdən çıxarılmaları, həmin mənzilin boşaldılması və alıcıya təhvil verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh3 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 15L000002689 saylı kredit xətti müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, 11002.89 manat məbləğində kredit götürmüşdür. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə onunla digər Cavabdeh2, arasında zaminlik müqavilələri bağlanmışdır. Eyni zamanda Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə onunla iddiaçı Bank arasında xx.xx.2014-cü il tarixli 15M000000594 saylı ipoteka müqaviləsi əsasında ünvan 1 iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Evin hərracda satılmasına razı deyil. Maddi imkanları düzələn kimi kredit borcundan ödəniş edəcəklər. Ona görə də məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. İşə əlavə olunmuş 25 fevral 2014-ci il tarixli, 15R000005127 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 1% dərəcəsi ilə, 60 ay müddətinə 11002,89 manat məbləğində kredit verilmişdir. İşə əlavə olunmuş xx.xx.2019-cu il tarixli Zaminlik müqavilələrindən görünür ki, xx.xx.2019-cu il tarixli əlavə kredit müqaviləsindəki öhdəliyin təmin tədbiri kimi İddiaçı KB ASC ilə 2 zamin – Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmış və onlar zamin kimi kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşlər. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 15M000000594 nömrəli, ipoteka müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh3 məxsusdur və girov müqaviləsinə əsasən İddiaçı QSC qarşısında yüklü edilmişdir. İşə əlavə olunmuş xx.xx.2019-ci il tarixli Ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx.xx.2019-ci-xx.xx.2024-ci il tarixləri ərzində aylıq hər ay 234 manat ödənişə razı olmuşdur. İşə əlavə olunmuş 19 iyul 2019-ci il tarixli, nömrəli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 11002,89 manat məbləğində kredit götürmüşdür. İşə əlavə olunmuş Maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-ə 11002,89 manat məbləğində əsas borc, 69,38 manat faiz borcu və 2266,59 manat cərimə borcu olmaqla, ümumilikdə 13328,86 manat borcu yaranmışdır. İşə əlavə olunmuş "xxxx" MMC-nin 04 noyabr 2022-ci il tarixli 002/04/NR/11-2022 №-li Ekspert rəyindən görünür ki, Cavabdeh3 məxsus ipoteka ilə yüklü edilmiş Mingəçevir şəhəri Nizami küçəsi ev 19/1 mənzil 8 hazırki bazar dəyəri 36500 və likvid dəyəri 30000 manat həcmində müəyyən edilmişdir. Sadalanan xüsusiyyətlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında İddiaçı QSC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lazımi qaydada xəbərdar edilsə də pul öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı QSC-nin verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi ücün onun iştirakcıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. İddianın zamindən borcun ödənilməsi tələbi də əsaslıdır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsində zaminlik müqaviləsinə verilən tərifə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zamin borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İddiaçının tələbin girov predmetinə yönəldilməsi tələbi əsaslıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestridə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1 və 319.6-cı maddələrinə əsasən əgər borclu icrasını təmin etmək ücün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu catışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışda götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Mingəçevir şəhəri Nizami küçəsi ev 19/1 mənzil 8 yerləşən mənzilin ilkin qiyməti ekspert rəyinə uyğun olaraq 36500 manat müəyyən edilməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, həmin maddədə göstərilmişdir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi öz iddia tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirdi. Məhkəmə həmin sübutları qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitələri ilə əldə edilmiş hesab edir və qiymətləndirir. Məhkəmə hesab edir ki, cavabdehlərdən əsas borc tutlmalı, lakin hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci madddəsinə əsasən azaldılaraq, 100 manat cərimə müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə bu normalardan çıxış edərək, sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinin tələbinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 220.5-ci maddəsinin tələbinə görə, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 107 və 115.0.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə 150 manat məbləğdə ekspertiza xərci cavabdehə aid edilməlidir Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 25 fevral 2014-ci il tarixli, 15R000005127 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 11002,89 manat məbləğində kredit borcu, 69,38 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə olmaqla, cəmi 11,172,27 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının tutularaq İddiaçı QSC-yə verilsin. Tutma, Cavabdeh3 mülkiyyətində olan Mingəçevir şəhəri, Nizami küçəsi ev 19/1 mənzil 8-ə yönəldilsin, həmin əmlakın açıq hərracdan satılsın, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 11,172,27 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının bankın xeyrinə ödənilsin. Hərracdan əldə olnumuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulsun. Mingəçevir şəhəri Nizami küçəsi ev 19/1 mənzil 8-ə yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, X4 və X2 həmin evdən çıxarılsın, həmin mənzilin boşaldılsın və alıcıya təhvil verilsin. Mingəçevir şəhəri Nizami küçəsi ev 19/1 mənzil 8 yerləşən mənzilin ilkin qiyməti 36500 manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar