Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-631/2025 29.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8000 manat və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Məlikov X1 şəhəri, Ş.İ.Xətai küçəsi, ev 6, mənzil 3-də yaşasa da əvvəllər yaxın dostluq münasibəti olmuşdur. Əvvəllər də cavabdehə xırda məbləğlərdə borc pul vermiş, o da qarşılıqlı olaraq borcunu vaxtında geri ödəmişdir. Ona inamı yarandıqdan sonra, cavabdeh ona zəng edərək 1 ay müddətində 8000 manat pul lazım olduğunu bildirmiş, cavabdehlə münasibəti yaxın olduğu üçün razılaşmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə yaşadığı rayona gəlmişdir. Ona verəcəyi pul üç min manatdan yuxarı olduğu üçün öz dəsti xətti ilə borc aldığına görə yazı yazmasını və imzalamasını istəmişdir. O borc pulu xx.xx.2024-cü il tarixdə qaytarmağı qeyd edərək kağız yazmış və imzalamışdır. Dəfələrlə aldığı borcu istəyəndə imtina etməmiş, ödəyəcəyini bildirmişdir. Lakin borc götürüldüyü vaxtdan bugünə kimi borcundan ödəniş etməmişdir. Tərəflərin izahatları: Məhkəmə baxış iclasının vaxtı və yeri barəsində İddiaçı və Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və gəlməmələri ilə bağlı heç bir üzrlü səbəb bildirməyiblər. Bununla belə məhkəmə hazırlıq iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materialları: xx.xx.2025-ci il tarixli ********** №li mədaxil qəbzinə əsasən Salmanova X2 Şəhər Məhkəməsində iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş qəbzdən görünür ki, o, xx.xx.2024-cü ildə qaytarmaq şərti ilə İddiaçı 8000 manat pul almışdır. İşin müəyyən olunmuş halı: İddiaçı cavabdehə 8000 manat borc pul vermişdir. Tərəflər arasında olan borc münasibəti cavabdeh tərəfindən imzalanmış qəbzlə təsdiqini tapmışdır. Cavabdeh borcundan ödəniş etməmişdir. İddiaçı 8000 manat borcu cavabdehdən tələb edir. Cavabdeh hazırki iddia tələbinə heç bir münasibət bildirməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Tərəflər arasında borcun verilməsinə dair qəbz imzalanmışdır. İddiaçı cavabdehə 8000 manat borc pul vermişdir. Cavabdeh borcundan ödəniş etməmişdir. Nəticədə Cavabdeh İddiaçı 8000 manat məbləğində borcu yaranmışdır. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası təmin edilməli və Cavabdeh 8000 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İddianın təmin edilməsinə mütənasib olaraq ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh 8000 (səkkiz min manat) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi 100 (bir yüz manat) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Güləndam Quliyeva