Məhkəmə qərarları › İş №2(051)-634/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-634/2025

15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-634/2025 15.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh 6000 (altı min) manat pulu və dövlət rüsumu kimi 80 (səksən) manat pulun tutulub ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh əvvəllər də tanımışdır. Belə ki, Cavabdeh onun ərinə məxsus apteki icarə əsasında 10 ildir ki, işlədir. Ona məxsus apteki işlədə bilmədiyi üçün təhvil vermək istədikdə, onun ərindən 10000 ( on min ) manat borc pul istəmişdir. O da cavabdehin vəziyyətini başa düşmüş və borc pul verməyə razılaşmışdır. İddiaçı onun maddi vəziyyətinin ağır olmasını görüb, həmçinin 10 ildir onlara məxsus apteki işlətdiyi üçün ehtiyacı olduğu üçün 10000 (on min) manatı notariusda vermək qərarına gəldi. Cavabdeh 10000 manat borcdan ona müxtəlif vaxtlarda 4000 ( dörd min) manatı vermişdir. Bundan sonra isə heç bir ödəniş etməmişdir. Belə ki, o müxtəlif bəhanələrlə qalan borcu verməkdən imtina edir. Son 5 aydır ki, ümumiyyətlə, heç bir ödəniş etməmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək göstərmişdir ki, cavabdehlə aralarında 10 ildir şifahi razılıq əsasında icarə müqaviləsi bağlanmışdır. 2024cü ilin yanvar ayından aprel ayına kimi 850 manat, may, iyun, iyul və avqust aylarında aralarında şifahi şəkildə bağlanmış icarə müqaviləsi üzrə aylıq 1200 manat, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə isə 850 manat icarə haqqı müəyyən olunmuşdur. Şəxs 2024-cü il dekabr ayından sonra artıq onlarla işləməmişdir. İcarə haqqı hər ayın 9-da ödənilməli idi. Cavabdeh ona sentyabr ayında borcundan 1250 azn pul ödəmiş, qalıq 7000 manat borcu qamışdır. Bu barədə yazışmalarda öz əksini tapmışdır. Oktyabr ayında onun kart hesabına ödənilmiş 2400 manat pul məbləğindən 1250 manatı cavabdehin ona ödədiyi borc məbləğidir, 700 manat hissəsi icarə haqqı, qalan 450 azn isə sentyabr ayının qalıq icarə haqqı məbləğidir ki, ona cavabdeh tərəfindən ödənilmişdir. Bu barədə də yazışmalar mövcuddur. Noyabr ayında ödənilən 550 azn isə tamamilə həmin ay üçün icarə haqqı məbləğidir. Dekabr ayında ödənilən 1510 azn məbləğ isə həm dekabr ayı üçün nəzərdə tutulmuş icarə haqqı və noyabr ayı üçün qalıq icarə haqqı məbləğidir. Eyni zamanda cavabdeh aptekə 300 azn dəyərində kondisioner quraşdırmışdır və aralarındakı şifahi razılaşmaya əsasən kondisionerin dəyəri həmin borc məbləğindən çıxılmalı idi. Cavabdehin iddia etdiyi quraşdırılmış 300 azn dəyərində olan kassa aparatının borc məbləği ilə əvəzləşdirilməsini qəbul etmir. Belə ki, aralarında buna dair razılaşma olmamışdır. Kassa aparatının cavabdeh tərəfindən geri götürülməsinə etirazının olmadığını bidirdi. Odur ki, məhkəmədən izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, iddianı qəbul etmir. Belə ki, icarə üçün əvvəllər aylıq 600, sonradan 850, 1250 azn pul ödəmişdir. 2024cü il tarixinin dekabr ayından sonra daha fəaliyyət göstərməmişdir. Borc müqaviləsində aylıq 1000 manat ödənilməsi nəzərdə tutulsa da, o aylıq 1200, 1250 manat ödənişlər etmişdir. Bununla bağlı zəruri sənədlər məhkəməyə təqdim olunmuşdur. Əlavə olaraq qeyd edir ki, 10.000 manatdan cəmi 200 manat borcu qalmışdır. Oktyabr ayında iddiaçıya ödənilmiş 2400 azn məbləğində pulun bütövlükdə borc olaraq ödəndiyini bildirsə də, sonradan edilən sual-cavabla və tədqiq olunmuş 26 oktyabr 2024-cü il tarixli qəbzə əsasən həmin məbləğdən 1250 manat hissəsinin borc olaraq ödədiyini, noyabr ayında ödənilən 550 azn pul məbləğindən xəbəri olmadığını, belə ki, həmin aya dair kitabçasında hər hansı qeydləri aparmamışdır. Yəni noyabr ayında hər hansı formada pul ödənişi olmamışdır. Dekabr ayında isə cavabdehə ödənilən 1510 məbləğindən 1000 manatının borca ödənildiyini, qalan məbləğindən isə xəbəri olmadığını bildirdi. Əlavə olaraq qeyd etdi ki, dekabr ayında ayrı-ayrılıqda 60 və 40 azn ödənmişdir və bu qəbzlərdə öz əksini tapmışdır. Eyni zamanda aptekə öz hesabına 300 azn dəyərində kondisioner almışdır və iddiaçı ilə aralarında olan razılaşmaya əsasən həmin borc məbləğindən çıxılmalıdır. Quraşdırılmış 300 azn dəyərində kassa aparatı barədə də razılığa gəlmişlər, əgər borc məbləği ilə əvəzləşdirilmirsə o aparatı özünə götürəcəyini bildirdi. Məhkəmə iddia ərizəsini, iddiaçının və cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli borc müqaviləsindən görünür ki, 10.000 manat pul Cavabdeh verilmiş, o isə xx.xx.2025-ci il tarixinə qədər borcu İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Əliyeva X1 şəhəri, M.Maqomayev prospekti ev 81, mənzil 1 ünvanında qeydiyyatdadır. İşdə olan qəbzlərdən görünür ki, cavabdeh iddiaçıya oktyabr ayında ümumilikdə 2400 azn, noyabr ayında 550 azn, dekabr ayında isə 1510 azn pul ödəmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli yazışmalardan görünür ki, cavabdeh iddiaçıya 1250 manat ödəmiş və 7000 azn qalıq borcunun olduğunu qeyd etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli yazışmalardan görünür ki, iddiaçı cavabdehdən 1250 azn borc məbləğini, 400 azn də icarə haqqını tələb etmiş, cavabdeh isə ilk öncə borcunu 1250 azni ödəyəcəyini, sonra isə icarə haqqını ödəyəcəyini bildirmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli yazışmalardan görünür ki, cavabdeh iddiaçıya arendadan 700 azn ödəniş etdiyini və 150 manat qalıq borc qaldığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən borc pul məbləğinin iddiaçı tərəfindən cavabdehə verilməsini və hazırda da borc məbləğinin cavabdeh tərəfindən ödənilməməsinin sübutetmə yükü iddiaçının, lakin həmin borc məbləğinin mövcudluğunu təkzib edildiyi halda, iddiaçı tərəfə qaytarılmasını sübut etmə yükü isə cavabdeh tərəfin üzərinə düşür. Ona görə də məhkəmə qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə cavabdehin 6000 manat məbləğində borcunun olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında olan borc müqaviləsinə əsasən cavabdeh üzərinə götürdüyü öhdəliyə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Ona görə də iddiaçının cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Beləliklə işin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş notarial qaydada bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsindən görünür ki, 10.000 manat pul Cavabdeh verilmiş, o isə xx.xx.2025-ci il tarixinə qədər borcu İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Sonradan cavabdeh tərəfindən razılaşmanın şərtləri pozulmuş, öhdəlik tam icra edilməmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutların tədqiqi və verilmiş izahatlarla müəyyən edildi ki, sentyabr ayında cavabdeh tərəfindən iddiaçıya 1250 azn ödənilmiş və cavabdehin qalıq borcu 7000 manat qalmışdır. Oktyabr ayında isə iddiaçıya ödənilmiş 2400 azn pul məbləğindən cavabdeh tərəfindən ödənilmiş 1250 azn hissəsinin borc məbləğinin olması müəyyən olundu. Belə ki, yazışmalarda həqiqətən də oktyabr ayı üçün cəmi 700 azn icarə haqqının ödənilməsi, qalan 150 manat pul məbləğinin də ödənilməli olması qeyd olunmuşdur. Həmin məbləğdən qalan 450 azn pulun isə sentyabr ayının qalıq icarə məbləği olduğu tərəflərin izahatı ilə təsdiq olundu. (yazışmalar iş materiallarına əlavə olunmuşdur, belə ki, iddiaçı cavabdehdən 1250 azn borc məbləğini, 400 azn də icarə haqqını tələb etmiş, cavabdeh isə ilk öncə borcunu, yəni 1250 azni ödəyəcəyini, sonra isə icarə haqqını ödəyəcəyini bildirmişdir. (7000-1250=5750). Noyabr ayında iddiaçıya ödənilmiş 550 manat məbləğinin isə sonuncu icarə haqqı məbləğini olduğunu bildirsə də, cavabdeh ümumiyyətlə bu məbləğdən xəbəri olmadığını bildirərək heç bir ödəniş etmədiyini bildirmişdir. Belə olan halda məhkəmə bu ödənişin icarə məbləği kimi olduğunu qəbul edir. İddiaçı dekabr ayında ödənilən 1510 manat məbləğinin isə tamamilə icarə haqqı məbləği kimi ödənildiyini bildirsə də, cavabdeh izahatında həmin məbləğin 1000 manatının borc məbləği olduğunu bildirərək pulun qalan hissəsindən isə məlumatlı olmadığını bildirdi (5750-1000=4750). Əlavə olaraq dekabr ayında 60 və 40 azn pul məbləğinin borc məbləği kimi ödənilməsini bildirdi, iddiaçı isə etiraz etmədi. Belə olan halda qalıq borc məbləği 4650 (4750-60-40=4650) manat olduğu müəyyən edildi. Eyni zamanda tərəflərin birgə izahatları ilə müəyyən olundu ki cavabdeh obyektə kondisioner quraşdırmış və bunun əvəzində borc məbləğindən çıxılacağına dair razılaşma əldə etmişlər. Bu hal hər iki tərəfin izahatı ilə təsdiq edilmişdır. (4650-300=4350) Lakin cavabdeh tərəfindən 300 azn dəyərində kassa aparatının quraşdırılması və həmin məbləğin ümumi borc məbləğindən çıxılmasına dair razılaşmanın olması sübut edilmədiyindən bu məbləğ ümumi borc məbləğindən çıxıla bilməz. AR MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. AR MPM-in 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə yuxarıda göstərilənlərə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələb etdiyi məbləğdə, yəni 6000 manat deyil, 4350 manatı məbləğində hissəsi alınıb İddiaçı verilməlidir. Odur ki, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli və Cavabdeh 4350 (dörd min üç yüz əlli) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasibətdə 63.5 (altmış üç manat, əlli qəpik) dövlət rüsumu tutularaq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı və maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4350 (dörd min üç yüz əlli) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasibətdə 63.5 (altmış üç manat, əlli qəpik) dövlət rüsumu tutularaq İddiaçı verilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar