Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-635/2024 24.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X3 , Cavabdeh iştirakı ilə, İddiaçı Mingəçevir şəhər Mənzil Kommunal İstehsalat Birliyi Mənzil və Təsərrüfatı və Abadlaşdırma İdarəsinin Cavabdeh qarşı «diyircəkli rolikin sökülməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı Mingəçevir şəhər Mənzil Kommunal İstehsalat Birliyi Mənzil və Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi Nizami İsmayılov iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yaşayan Cavabdeh tərəfindən mənzilinin istismar təyinatına uyğun olaraq blokdan mənzilin divarına fasad hissəyə paltar sərməkdən ötrü diyircəkli rolikin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Mingəçevir şəhər Mənzil Kommunal İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi balansında olan yaşayış və qeyri-yaşayış binaların istismarı, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınmasını, pozulmuş yaşayış hüquqlarının bərpasını, onların məhkəmə müdafiəsinin təmin edilməsini həyata keçirir. ünvan 2 ünvanda yaşayan X1 ərizəsi əsasında ünvan 1 ünvanda yaşayan Cavabdeh tərəfidən qanunsuz olaraq qonşu binadakı X1 mənzilin divarına fasad hissəyə paltar sərməkdən ötrü diyirçəkli rolik vurduğu aşkar edilmiş, bu haqda akt tərtib edilmiş və cavabdehdən diyirçəkli rolikin sökülməsi tələb edilmişdir. Lakin edilən xəbərdarlıqlara baxmayaraq cavabdeh bunu etməkdən boyun qaçırır və nəticədə Ü.Hacıbəyov küçəs, ev 78, mənzil 4 ünvanda yaşayan X1 və digər sakinlərin hüquqlarını pozmaqda davab edir. Ona görə də, məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yaşayan Cavabdeh tərəfindən mənzilinin istismar təyinatına uyğun olaraq blokdan mənzilin divarına fasad hissəyə paltar sərməkdən ötrü diyircəkli rolikin sökülməsi barədə qətnamə çıxarılmasınıxahiş edir. Cavabadeh Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirdi ki, 1997-ci ildən həyat yoldaşı X2 adına Mingəçevir şəhəri, R. Rza küçəsi 23/ 29-da olan mənzildən Ü.Hacıbəyov küçəsində yerləşən qonşu 78/4 yaşayan X1 mənzilinin fasad hissəsinə yaşadığı mənzilin əvvəlki sahibi tərəfindən paltar asmaq üçün bərkidilmiş diyircəyin sökülməsi ilə bağlı qeyd edir ki, yaşadığı Mingəçevir şəhərində kommunal binalarda yaşayan sakinlərin əksəriyyəti şəraitdən aslı olaraq başqa cür imkanın mümkün olmadığı üçün həmin tip paltar asılqanlarından istifadə edirlər.Yoldaşının adına olan mənzilin əvvəlki sahibi tərəfindən quraşdırılmış asılqandan hal-hazıra kimi yuyulmuş paltarları qurutmaq üçün istifadə edilir. Bina şəhərin dalda yerində olduğu üçün ümumi görünüşə xələl gətirmir. Ona görə də, iddia tələbinin rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə X1 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə etdiyi müraciətlə bağlı Ü.Hacıbəyov küçəsi 78 mənzil 4 ünvanına baxış keçirilmiş, baxış zamanı R.Rza küçəsi, ev 23, mənzil 29 ünvanında yaşayan Cavabdeh qanunsuz olaraq yaşadığı binadan yan binaya paltar asmaq üçün diyircəkli (rolik) vurulduğu aşkar edildi. Bu da haqqlı olaraq Ü.Hacıbəyov 78 mənzil 4 ünvanında yaşayan Ceyhun Süleymanovun narazılığına və narahatçılığına səbəb olmuşdur. Həmin səbəbdən də 4 №-li mənzilin daxili divarında nəmişlik əmələ gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-c maddəsinə əsasən Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 65.3-cü maddəsinə əsasən Hər hansı texniki avadanlıq və cihaz bina və ya qurğunun təhlükəsiz istismarına mane olduqda, müvafiq icra hakimiyyəti orqanı təhlükəsiz istismara mane olan halların dərhal aradan qaldırılmasını avadanlıq və qurğuların sahibindən tələb edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2-ci maddəsinin tələblərinə görə mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Həmin Məcəllənin 4.0.4-ci maddəsinə əsasən dövlət orqanları və bələdiyyələr yaşayış sahəsi əldə edənlərin və qanuni əsaslarla onlardan istifadə edənlərin, kommunal xidmətlərin, habelə mənzil fonduna aid digər xidmətlərin istehlakçılarının hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin edir; Həmin Məcəllənin 4.0.5-ci maddəsinə əsasən, mənzil qanunvericiliyinin yerinə yetirilməsinə, mənzil fondundan istifadəyə və onun qorunmasına, yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti təmin edir. Həmin Məcəllənin 15-ci maddəsinə əsasən, Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə' və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Beləliklə, bu normaların tələbindən çıxış edərək hesab edir ki, iddia əsaslıdır və ünvan 1 ünvanda yaşayan Cavabdeh tərəfindən mənzilinin istismar təyinatına uyğun olaraq blokdan mənzilin divarına fasad hissəyə paltar sərməkdən ötrü diyircəkli rolikin quraşdırılması mövcüd qanunvericiliyin tələblərinə ziddir və dərhal sökülməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı oldduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsas kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-241, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət e t d i: İddia tələbi təmin edilsin ünvan 1 ünvanda yaşayan Cavabdeh tərəfindən mənzilinin istismar təyinatına uyğun olaraq blokdan mənzilin divarına fasad hissəyə paltar sərməkdən ötrü quraşdırılmış diyircəkli rolik sökülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-635/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-635/2024
24.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver