Məhkəmə qərarları › İş №2(051)-636/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-636/2020

20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-636/2020 20.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzər Həmid qızının katibliyi, iddiaçı: İddiaçı X2 etibarnamə üzrə nümayəndəsi Cavadzadəİlkin Qurban oğlunun və Cavabdeh2 iştirakı ilə, iddiaçı: İddiaçı X2 cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X2 nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 3338.76 manat məbləğdə əsas borcu, 509.43 manat məbləğində faiz borcu olmaqla, cəmi 3848.19 manat məbləğdə borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutulub İddiaçı X2 xeyrinəödənilməsi və tələb Cavabdeh1 məxsus, ******* nömrəli xüsusi paketdə bankın pul anbarına saxlanca qəbul edilmiş 1. çəkisi 28 qram olan 750 əyarlı 1 ədəd boyunbağı, 2. çəkisi 14 qram olan 583 əyarlı 4 ədəd üzüyünə yönəldilərək İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı X2 etibarnamə üzrə nümayəndəsi X1 məhkəmə iclasında iddia tələbinin həcmini artıraraq verdiyi izahatında göstərmişdir ki,Cavabdeh1 İddiaçı ASC-nin Mingəçevir filialı ilə xx xxxx 2019-cu il tarixdə, 600840-421728/2 saylı kredit müqaviləsi bağlayaraq, 24 ay müddətinə, 28 % illik faiz dərəcəsi olmaqla 4000 manat məbləğdə kredit götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatının üsulu kimi Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Eyni zamanda Cavabdeh1 girov müqaviləsinə əsasən onunla bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədiylə, Cavabdeh1 məxsus 28 qram çəkidə 750 əyyarlı 1 ədəd boyunbağı və 14 qram çəkidə 583 əyyarlı 4 ədəd üzükdən ibarət qızıl-zinət əşyalarını girov qoymuşdur. Lakin cavabdehlər müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduqları kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, banka ödəniş planı üzrə krediti və onlara hesablanmış faizi vaxtında qaytarmamış və onların banka 3338.76 manat məbləğdə əsas borc, 896.61 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 4235.37 manat məbləğində kredit borcu yaranmışdır. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3338.76 manat məbləğdə əsas borcu, 896.61 manat məbləğində faiz borcu olmaqla, cəmi 4235.37 manat məbləğdə borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutulub İddiaçı X2 xeyrinəödənilməsi və tələb Cavabdeh1 məxsus, ******* nömrəli xüsusi paketdə bankın pul anbarına saxlanca qəbul edilmiş1. çəkisi 28 qram olan 750 əyarlı 1 ədəd boyunbağı, 2. çəkisi 14 qram olan 583 əyarlı 4 ədəd üzüyünə yönəldilərək İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Cavabdeh1 xx xxxx 2019-cu ildə İddiaçı ASC ilə müqavilə bağlamış və 4000 manat məbləğdə kredit götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq onunla bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 ilk vaxtlar götürdüyü krediti ödəniş cədvəlinə uyğun ödəsə də, sonradan ödənişləri gecikdirməyə başlamışdır. İmkan daxilində banka olan borcunu ödəyəcəkdir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh1 xx xxxx 2019-cu il tarixdə İddiaçı X5 ilə 600840-421728/2 saylı kredit müqaviləsi bağlayaraq, 24 ay müddətinə, 28 % illik faiz dərəcəsi olmaqla 4000 manat məbləğdə kredit götürmüşdür. Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 arasında xx xxxx 2019-cu il tarixli, 600840-421728/2 saylı zaminlik müqaviləsi bağlayaraq, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini icra etmədikdə, borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. İddia ərizəsinə əlavə olunmuş xx xxxx 2019-cu il tarixli, 600840-421728/2 №-li girov müqaviləsindən görünür ki, Cavabdeh1 ona məxsus 1316 manat dəyərində qızıl-zinət əşyaları-, əyyarı 750, çəkisi 28 qram olan 1 ədəd boyunbağı və 518 manat dəyərində qızıl-zinət əşyaları-, əyyarı 583, çəkisi 14 qram olan 4 ədəd üzüyü girov qoymuşdur. İddia ərizəsinə əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 həmin tarixə cəmi 3848.19 manat miqdarda borcu yaranmışdır. İşüzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 9/2163 saylı rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-nə 3338.76 manat məbləğdə əsas, 445.45 manat məbləğdə faiz borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit və zaminliklə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin kredit və zaminliyə aid müddəalarına, tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi ekspertiza rəyində göstərildiyi qaydada qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görəöhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit, zaminlik və girov müqavilələri iddia tələbi üzrə cavabdehlərin hüquq vəöhdəliklərinin yaranmasıüçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan hüquq normalarına əsasən, iddiaçının borcalana qarşı borcun ödənilməsi tələbi əsaslıdır. İddianın zamindən borcun ödənilməsi tələbi də əsaslıdır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsində zaminlik müqaviləsinə verilən tərifə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmişöhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zamin borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuşşəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borcun ödənilməsinin girov əşyalara yönəldilməsi tələbi də təmin olunmalıdır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 270.1-ci maddəsinə görə girov müqaviləsi üzrə əmələ gəlir. Mülki Məcəllənin 295-ci maddəsində göstərilmişdir ki, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmişöhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də borclulardan kreditorun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinin tələbinə görə, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 107 və 115.0.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə 150 manat məbləğdə ekspertiza xərci cavabdehlərə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 vəCavabdeh2 3338.76 manat məbləğdə əsas borcu, 896.61 manat məbləğində faiz borcu olmaqla, cəmi 4235.37 manat məbləğdə borc tutularaq İddiaçı X3 verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul cavabdehlərdən tutulub İddiaçı ASC-nə ödənilsin. Borcun ödənilməsi Cavabdeh1 məxsus, ******* nömrəli xüsusi paketdə bankın pul anbarına saxlanca qəbul edilmiş 1. çəkisi 28 qram olan 750 əyarlı 1 ədəd boyunbağı, 2. çəkisi 14 qram olan 583 əyarlı 4 ədəd üzüyünə yönəldilərək İddiaçı ASC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İşüzrə 150 manat ekspertiza xərci cavabdehlərdən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar