Məhkəmə qərarları › İş №2(051)-637/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-637/2023

25.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-637/2023 25.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı mübahisələndirmə haqqında iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı mübahisələndirmə haqqında iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək onun barəsində AR Mərkəzi Bankıtərəfindən tərtib edilmiş AR İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokolun və həmin protokola əsasən İddiaçı MMC-nin 1258.29 ABŞ dolları məbləğində inzibati cərimə edilməsinin məhkəmə qaydasında ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Ərizənin giriş hissəsində ərizənin verildiyi məhkəmənin adı düzgün qeyd edilməmişdir. Belə ki, iddia ərizəsi Mingəçevir Şəhər Məhkəməsinə təqdim edilsə də, iddia ərizəsinin giriş hissəsində Bakı İnzibati Məhkəməsi olaraq göstərilmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, məhkəməyə təqdim edilmiş iddia ərizəsi MPM-in 149.2-ci maddəsində nəzərdə tutulmuş formada düzgün tərtib edilməmişdir. Azərbaycan Respublikası MPM-in 149.2.1-ci maddəsinə əsasən ərizənin verildiyi məhkəmənin adı ərizədə göstərilməlidir. Bundan əlavə iddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 108.1.1-ci maddəsində göstərilmişdir ki, məhkəməyə iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsində göstərilmişdir ki, məhkəməyə verilən iddia ərizələrinin verilməsi zamanı dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsində göstərilmişdir ki, müəyyən olunmuş məbləğdə və qaydada dövlət rüsumu ödənilmədikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Məhkəmə hesab edir ki, mülki prosessual qanunvericilikdə iddia ərizəsinin forma və məzmununa dair tələblərə əməl edilməsi iddiaçının vəzifəsi kimi müəyyən olunmuşdur. Belə olan halda qeyd olunan nöqsana görə iddia ərizəsi geri qaytarılmalı və iddiaçı tərəfə həmin qüsuru aradan qaldırdıqdan sonra yenidən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Məhkəmə, həmçinin əlavə olaraq qeyd edir ki, iddia ərizəsinin ümumi mətninə nəzər yetirdikdə müəyyən edilir ki, iddiaçı AR İXM-nin 430.4-cü maddəsi ilə inzibati cərimə edilməsinə dair 3(011)-3015/2022 saylı xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsini istəyir. Belə olan halda iddiaçıya izah edilməlidir ki, həmin məhkəmə aktından apelyasiya instansiya məhkəməsinə şikayət vermək hüququ vardır. Belə ki, AR İXM-nin 128.2.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verə bilər. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin giriş hissəsinə müraciət etdiyi məhkəmənin adını düzgün qeyd etməlidir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı mübahisələndirmə haqqında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar