Məhkəmə qərarları › İş №2(051)-639/2021

Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-639/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-639/2021 28.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi və Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, iddiaçı “xxxx” KB ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» KB ASC-nin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, borclu Cavabdeh “xxxx” KB ASC-nin xeyrinə 38.71 ABŞ dolları əsas, 32.03 ABŞ dolları faiz, 164.51 ABŞ dolları cərimə olmaqla cəmi 235.25 ABŞ dolları borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir şəhər Məhkəməsinin (bundan sonra mətndə Məhkəmə) xx.xx.2021-ci il tarixli, 2(051)-639/2021 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materiaaları iddia icraatına keçirilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək cavabdehin iştirakı olmadan işə baxılmasına razı olmuş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. «xxxx» KB ASC-nin etibarnamə üzrə nümayəndəsi iddia ərizəsini onunla əsaslandırılmışdır ki, satıcı X1 ilə alıcı Cavabdeh arasında 9 ay müddətinə, illik 28% ödəmək şərtilə 163 manat məbləğində xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Daha sonra kreditor (satıcı) X1 ilə yeni kreditor adlandırılan “xxxx” lizinq şirkəti MMC arasında bağlanmış “Tələbin güzəşt edilməsi” haqqında müqavilə ilə alıcı Cavabdeh qarşı bütün tələblər yeni kreditora keçmişdir. “xxxx” KB ASC ilə “xxxx” lizinq şirkəti MMC arasında bağlanan “xxxx”nə əsasən xxxx MMC lizinq müqavilələrindən irəli gələn pul tələbini “xxxx”a (xxxx KB ASC-yə) güzəşt etmiş və bu barədə “xxxx” lizinq şirkəti MMC tərəfindən xxxx KB ASC-yə “Tələb hüququnun keçməsi barədə” arayış verilmişdir. Eyni zamanda tələb hüququnun xxxx KB ASC-yə keçməsi barədə lizinq alana müvafiq bildiriş göndərilmişdir. Tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsinin 2.1-ci maddəsinə görə bu müqaviləyə görə Lizinq şirkəti lizinq obyektini Satıcıdan əldə etməyi və Lizinq alana idtifadəyə verməyi, Lizinq alan isə Lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişləri icra etməyi qarşılıqlı surətdə öhdələrinə götürüblər lakin borclu müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. eyni zamanda, həmin müqaviləyə əsasən Lizinq alan lizinq ödənişlərini vaxtında ödəmədikdə, Lizinq şirkətinin xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1% miqdarında dəbbə pulu ödəməlidir. Tələb hüququnun keçməsi və yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəflərindən borcluya bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan borc məbləği ödənilməmişdiir. Bu səbəbdən də, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, borclu Cavabdeh “xxxx” KB ASC-nin xeyrinə 38.71 ABŞ dolları əsas, 32.03 ABŞ dolları faiz, 164.51 ABŞ dolları cərimə olmaqla cəmi 235.25 ABŞ dolları borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əlavə olunmuş alqı-satqı müqaviləsindən görünür ki, X1 ilə Cavabdeh arasında 9 ay müddətinə, illik 28% ödmək şərtilə 163 manat məbləğində xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. İddia ərizəsinə əlavə olunmuş tələb hüququnun keçməsi haqqında arayışdan görünür ki, “xxxx” MMC ilə “xxxx” KB ASC arasında imzalanmış xxxxnə tələbin güzəşt edilməsi haqqında müqaviləyə əsasən aşağıda qeyd edilən haqqlar (vəsait) “xxxx” KB ASC tərəfindən “xxxx” MMC-yə tam olaraq ödənildiyi üçün bu arayışda qeyd edilmiş lizinq müqaviləsi üzrə tələb hüquqları tam olaraq “xxxx” MMC tərəfindən “xxxx” KB ASC-yə keçmişdir. Tələb hüququ tam keçdiyi üçün “xxxx” KB ASC qeyd edilən lizinq müqaviləsi üzrə bütün hüquqlara (əsas borc, faiz borcunu, mükafatı, dəbbə pulunu (cərimə, penya) və s. tələb etmək malik olmaqla borcludan öhdəliyin icrasını tam tələb edə bilər. İddia ərizəsinə əlavə olunmuş xx xxxxxx 2021-ci il tarixli borc cədvəlinin surətindən görünür ki, Cavabdeh FC15-0068544 saylı kredit müqaviləsi üzrə əsas borcu 38.71 ABŞ dolları əsas, faiz borcu 32.03 ABŞ Dolları, 164.51 ABŞ dolları cərimə borcu olmaqla ümumi 235.25 ABŞ dolları məbləğindədir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kreditlə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin kreditə aid müddəalarına, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Müqavilənin bu şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı borcalana krediti ödəmədiyi üçün 3164.51 ABŞ dolları məbləğdə cərimə hesablanmışdır. Sadalanan hüquq normalarına əsasən, iddiaçının borcalana qarşı borcun ödənilməsi tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğdə pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. İddia ərizəsindən göründüyü kimi cavabdehlərdən alınmalı olan pul xarici valyuta ilə göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin tələbinə əsasən pul öhdəliyi manatla ifadə olunmalıdır. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 yanvar tarixli 4 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilirsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Qeyd olunanlara əsasən qətnamənin nəticə hissəsində cavabdehlərdən alınmalı olan pul məbləğinin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə ödənilməsi göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 38.71 ABŞ dolları məbləğdə əsas borc, 32.03 ABŞ dolları məbləğdə faiz borcu, 164.51 ABŞ dolları məbləğdə cərimə borcu olmaqla, cəmi 235.25 ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb «xxxx» KB ASC-yə verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 manat pul Cavabdeh tutulub iddiaçı «xxxx» KB ASC-yə ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Mingəçevir şəhər məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar