Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-64/2024 03.06.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh: Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 110770 (bir yüz on min yeddi yüz yetmiş) manat pulun və ödədiyi 401 manat rüsumu alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı tərəf məhkəməyə iddia həcminin azaldımasına dair ərizə ilə müraciət edərək, Cavabdeh 71170 (yetmiş bir min bir yüz yetmiş manat pulun ödədiyi 401 manat rüsumu alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı əvvəlki məhkəmə iclaslarında verdiyi izahatında iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Cavabdeh Tural adlı qonşu vasitəsilə tanıyıb kimi tanış olmuşdur. O ona sosial yardım almağa və pensiya düzəltməyə kömək edə biləcəyini bildirdiyindən müxtəlif vaxtlarda ona qohumları üçün bu işləri görmək üçün 70770 manat pulu ona vermişdir. Belə ki, xx.xx.2022-ci ildə 900 manat, xx.xx.2022-ci ildə 700 manat, xx.xx.2022-ci ildə 100 manat, xx.xx.2022-ci ildə 1000 manat, xx.xx.2022-ci ildə 700 manat, xx.xx.2022-ci ildə 700 manat, xx.xx.2022-ci ildə 800 manat, xx.xx.2022-ci ildə 200 manat, 09.12.22-ci ildə 6550 manat, xx.xx.2022-ci ildə 800 manat, xx.xx.2022-ci ildə 800 manat, xx.xx.2022-ci ildə 900 manat, xx.xx.2022-ci ildə 800 manat, xx.xx.2022-ci ildə 800 manat, xx.xx.2022-ci ildə 800 manat, xx.xx.2022-ci ildə 400 manat, xx.xx.2022-ci ildə 1600 manat, xx.xx.2022-ci ildə 400 manat, xx.xx.2023-cü ildə 2500 manat, xx.xx.2023-cü ildə 550 manat, xx.xx.2023-cü ildə 1100 manat, xx.xx.2023-cü ildə 550 manat, xx.xx.2023-cü ildə 3300 manat, xx.xx.2023-cü ildə 1100 manat, xx.xx.2023-cü ildə 4600 manat, xx.xx.2023cü ildə 550 manat, xx.xx.2023-cü ildə 3300 manat, xx.xx.2023-cü ildə 2200 manat, xx.xx.2023-cü ildə 550 manat, xx.xx.2023-cü ildə 1300 manat, xx.xx.2023-cü ildə 1700 manat, xx.xx.2023-cü ildə 1100 manat, xx.xx.2023-cü ildə 200 manat, xx.xx.2023-cü ildə 2000 manat, xx.xx.2023-cü ildə 1000 manat, xx.xx.2023-cü ildə 400 manat, xx.xx.2023-cü ildə 2000 manat, xx.xx.2023-cü ildə 1500 manat, xx.xx.2023-cü ildə 1000 manat, xx.xx.2023-cü ildə 620 manat, xx.xx.2023-cü ildə 3500 manat, xx.xx.2023-cü ildə 5000 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 100 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 4000 manat. Həmçinin tarixini dəqiq bilmədiyi tarixlər də 5500 manat və hissə-hissə 40000 manat pulu terminal vasitəsilə **********664155 nömrəli hesabına göndərmişdir. Hazırda pulları geri tələb etsə də, geri ala bilmir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, ödəniş qəbzlərinin əsillərinin bir qismini məhkəməyə təqdim etmişdir. Digər ödəniş qəbzlərinin əslləri istintaq orqanındadır. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, müvəkkili olduğu Müşərrəfin bu pullardan xəbəri olmamışdır. Onun kartına atılmış ola bilər. Lakin həmin kartdan pul Müşərrəf tərəfindən çıxarılmayıb. Buna dair heç bir sübut yoxdur. Bu iş üzrə təqsirləndirilənlər hazırda Müşərrəf və Arifdir. Gələcəkdə iddiaçı olan Gülnarı da bu işə təqsirləndirilən şəxs kimi cəlb edəcəklər. Cavabdeh Bakı İstintaq Təcridxanasından məhkəməyə göndərdiyi ərizəsində göstərmişdir ki, İddiaçı kart hesabları yoxlanılsın və araşdırılsın ona məxsus **********664155 nömrəli hesabdan pulu Arif Məhyəddinov çəkib. O bu işdə özünü təqsirli bilmir. Bilmədiyi vaxtlarda 5500 və 40000 pul ona verilməmişdir. Xahiş edir ki, düzgün araşdırılsın. Götürmədiyi pulu o ödəməyəcək və o götürməmişdir. Bilmədiyi vaxtlarda dediyi pulun hər birinin sübutlarını istəyir. 5500+40000 sübut olunsun və təqdim olunsun. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, işə əlavə olunmuş ödəniş qəbzlərinin əslindən görünür ki, Cavabdeh hesabına xx.xx.2023-cü ildə 550 manat, xx.xx.2022-ci ildə 900 manat, xx.xx.2022-ci ildə 100 manat, xx.xx.2023-cü ildə 550 manat, xx.xx.2023-cü ildə 1100 manat, xx.xx.2023-cü ildə 2000 manat, xx.xx.2022-ci ildə 800 manat, xx.xx.2023-cü ildə 400 manat, xx.xx.2022ci ildə 200 manat, xx.xx.2022-ci ildə 1000 manat, xx.xx.2022-ci ildə 700 manat, xx.xx.2023-cü ildə 550 manat, xx.xx.2023-cü ildə 200 manat, xx.xx.2023-cü ildə 3300 manat, xx.xx.2022-ci ildə 800 manat, xx.xx.2022-ci ildə 800 manat, xx.xx.2023-cü ildə 620 manat, xx.xx.2023-cü ildə 1500 manat, xx.xx.2022-ci ildə 700 manat, xx.xx.2022-ci ildə 800 manat, xx.xx.2022-ci ildə 400 manat, xx.xx.2022-ci ildə 400 manat, xx.xx.2022-ci ildə 1600 manat, xx.xx.2022-ci ildə 800 manat, xx.xx.2022-ci ildə 900 manat, 3.03.2023-cü ildə 3500 manat, xx.xx.2023-cü ildə 1000 manat, xx.xx.2022-ci ildə 700 manat, yəni cəmi 30.420 manat məbləğində pul vəsaiti göndərilmişdir. İşə əlavə olunmuş "xxxx" ASC tərəfindən məhkəməyə göndərilmiş CD diskdən görünür ki, İddiaçı ayrı-ayrı vaxtlarda Cavabdeh pul vəsaiti göndərmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində Cavabdeh və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178,2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin istintaqı aparılır. İstintaq zamanı müəyyən olunmuşdur ki, İddiaçı şəxslərə məxsus pul vəsaitlərinin ələ keçirilməsində vasitəçilik etsə də hazırki mərhələdə təqsirləndirilən şəxs qismində cəlb edilməmiş və dəymiş ziyanın məbləğini isə müəyyən etmək mümkün olmamışdır. Beləliklə məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli hallar kimi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh ona sosial yardım almağa və pensiya düzəltməyə vəd verib qohumlarına həmin köməkliyi göstərməsi məqsədilə onlardan müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaitləri alaraq Cavabdeh hesabına göndərdiyini iddia edir. Cavabdeh Bakı İstintaq Təcridxanasından Mingəçevir şəhər Məhkəməsinə göndərdiyi ərizəsində “**********664155 nömrəli hesabdan pulu Arif Məhyəddinov çəkib. Bilmədiyi vaxtlarda 5500 və 40000 pul ona verilməmişdir. Götürmədiyi pulu o ödəməyəcək və o götürməmişdir.” qeyd etməklə həmin pulları götürmədiyini bildirsə də, iddia ərizəsinə etirazı 5500 və 40000 manat pul vəsaitinə olmuş, qalan hissəyə münasibət bildirməsədə “**********664155” nömrəli kart hesabının ona məxsus olduğunu təsdiq etmişdir. Həmçinin köçürülmüş pulların onun deyil, Arif Məhyəddinov tərəfindən götürüldüyündən pulların ondan tələb edilməsinə etiraz etmişdir. Ancaq həmin vəsaitin onun sahibliyindən qanunsuz çıxarılmasına dair sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə iş materiallarında olan CD diskə qiymət verərək hesab edir ki, həmin CD disk vasitəsilə İddiaçı tərəfindən Cavabdeh hesabına pul köçürmələri edilməsi bir daha təsdiq olunur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, hazırki mülki iş üzrə münasibətlər borc tələbi üzrə yaranan münasibətlər deyil, zərər üzrə yaranan münasibətlərdir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Cavabdeh İddiaçı zərər vurmaqla əsassız varlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə qeyd edir ki, cavabdeh əsassız varlanmışdır. Belə ki, onun varlanmasına haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud deyildir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh vurduğu zərər nəticəsində əldə etdiyi əmlakları İddiaçı qaytarmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə işə əlavə olunmuş ödəniş qəbzlərinin əsllərini mötəbər sübut kimi qəbul edir və iddiaçıya dəyən zərərin miqdarına yalnız məhkəməyə təqdim edilmiş ödəniş qəbzərinin əsllərini nəzərə alaraq hesablayır. Belə ki, məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərinin surətlərini məhkəmə mötəbər sübut kimi qəbul etmir. Qəbzlərdəki ödənişlərin cəmi isə 30.420 manat məbləğində pul vəsaitidir. Odur ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli və Cavabdeh 30420 (otuz min dörd yüz iyirmi) manat pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumu 30420 manat məbləğində təmin olunmuş hissəyə mütənasib olaraq hesablanmalı və həmin hissəyə mütənasib olaraq hesablanmış dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya verilməlidir. Odur ki, cavabdehdən dövlət rüsumu kimi ödənilmiş məbləğdən 181,26 manat pul tutulub iddiaçıya verilməlidir. Qalan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, MPM-nin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq. q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 30420 (otuz min dörd yüz iyirmi) manat pul və dövlət rüsumu kimi ödənilmiş məbləğdən 181,26 (bir yüz səksən bir manat iyirmi altı qəpik) manat pul alınaraq İddiaçı verilsin. Qalan dövlət rüsumu iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-64/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-64/2024
03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver