Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-642/2023 03.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı, onun nümayəndəsi (vəkil) Vəkil1 Cavabdehlər: Cavabdeh2, onun nümayəndəsi (vəkil) Vəkil2 və Cavabdeh5 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, X13, X7, Cavabdeh5 və Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, X13, X7, Cavabdeh5 və Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhəri Sahil küçəsi 6F saylı fərdi yaşayış evinə, 2759 manat alınmamış pensiya puluna, onunla X3nun hər birinə ½ hissə əmlak payının müəyyən edilməsi, X1 miras qalmış həmin əmlakların ½ hissəsinə 3/5 hissə miras əmlak payının, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 1 saylı evin 18 saylı mənzilinə 3/5 hissə miras əmlak payının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, X3 ilə 13 noyabr 1973-cü il tarixdə rəsmi qaydada evlənmişdir. Birgə nikahdan Vüqar, Zəminə, Rəşad və Vəfa adlı uşaqları olmuşdur. X9 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Mərhum ərindən qalan mirası o və oğlu Cavabdeh2 qəbul etmiş, digər övladları Cavabdeh5 və Zİddiaçı isə onun xeyrinə imtina etmişdir. Mərhum ərindən Mingəçevir şəhəri Sahil küçəsi 6F saylı fərdi yaşayış evi və Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 1 saylı evin 18 saylı mənzili, 2759 manat alınmamış pensiyası miras qalmışdır. Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 1 saylı evin 18 saylı mənzili əri Hilal Bilalovun mülkiyyətinə mənzilin özəlləşdirilməsi qaydasında keçsə də, digər əmlaklar onların ümumi birgə qazancları olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçı nümayəndəsi Vəkil1 məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, həmçinin təmsil etdiyi şəxslə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclası zamanı iddianı qismən qəbul etdi və göstərdi ki, İddiaçı onun anası, cavabdehlər X17, X14 və Cavabdeh5 isə bacı və qardaşlarıdır. X16 onun atası olmuşdur. X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Mərhum atasından Mingəçevir şəhəri, Sahil küçəsi 6F saylı fərdi yaşayış evi və Mingəçevir şəhəri, Ş.l.Xətai küçəsi 1 saylı evin 18 saylı mənzili, 2759 manat alınmamış pensiyası miras qalmışdır. O, mərhum atasından qalan mirası qəbul etməsi barədə notariat ofisinə rəsmi ərizə vermişdir. Odur ki, məhkəmədən miras payının müəyyən edilməsi, miras əmlakın paylara uyğun şəkildə bölünməsi və iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 nümayəndəsi Vəkil2 məhkəmə iclası zamanı təmsil etdiyi şəxslə eyni məzmunlu izahat verdi və iddianın qismən təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh5 məhkəmə iclası zamanı digər Cavabdeh2 ilə eyniməzmunlu izahat verərək onun göstərdiyi halları təsdiq etdi və əlavə olaraq göstərdi ki, o, anası İddiaçı xeyrinə mirasdan bütövlükdə imtina etmişdir. Odur ki, məhkəmədən izahatında qeyd olunanları nəzərə alaraq qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər X13, X7 və Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, Əliyeva (Bilalova) Vəfa Hilal qızı məhkəməyə teleqram göndərərək mərhum X4ndan qalan mülkü anası İddiaçı etibar etdiyini və bu mülkdən anasının xeyrinə imtina etdiyini bildirmiş, Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi məhkəməyə məktub göndərərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədikləri üçün işə nümayəndənin iştirakları olmadan baxılmasını xahiş etmiş, X14 isə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehlər X12, X5 və Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan evlənmək haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 ilə X6 nikahları xx.xx.1973-cü il tarixdə Şəki rayonu Orconikidze qəsəbə sovetində bağlanmış və 16 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Bilalova” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh2 xx.xx.1976-cı il tarixdə, X14 xx.xx.1977-ci il tarixdə, X17 xx.xx.1980-ci il tarixdə və Cavabdeh5 xx.xx.1982-ci il tarixdə X16 ilə İddiaçı birgə nikahlarından doğulmuşdurlar. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X16 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********03-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 265.10 kvadrat metr olan fərdi yaşayış evi üzərində X11 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********97-05101-093019 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 103.50 kvadrat metr olan mənzil üzərində X11 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010–cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********03 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* №-li Çıxarışın surətindən görünür ki, 0.12 ha torpaq sahəsi üzərində X11 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013–cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, X11 Mingəçevir şəhəri, X25 küçəsi 1 nömrəli binanın 18 saylı mənzili üzərində tam mülkiyyət hüququ Mingəçevir şəhər 2 saylı DNK tərəfindən təsdiq edilmiş xx.xx.2010-cu il tarixli 4Ə/01-307 nömrəli bağışlama müqaviləsinə əsasən xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəsi ilə və Mingəçevir şəhəri, Sahil küçəsində yerləşən 6F nömrəli fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququ xx.xx.2013-cü il tarixli RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa, Azərbaycan Respublikası Memarlıq Layihələndirilməsi fiziki şəxs "X2” tərəfindən çəkilmiş eskiz layihəsinə, Mingəçevir şəhəri İH Memarlıq və Tikinti şöbəsinin xx.xx.2020-ci il tarixli 74 nömrəli bildirişinə əsasən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş 23 iyun 2020-ci il tarixli məktubun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 vəfat etdiyi üçün onun 2759,56 manat alınmamış pensiyası qalmışdır. İş materiallarında olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X11 barəsində “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində xx.xx.2020-ci il tarixədək həmin şəxsə dair aparılmış yoxlama zamanı, arvadı İddiaçı, oğlu Cavabdeh2, qızı X14, oğlu Cavabdeh5, qızı X17 barədə məlumatlar aşkar edilmişdir. İşdə olan Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2588 saylı cavab məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X8 qalmış miras əmlaka vərəsələr arasında mübahisə olmasına baxmayaraq, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış, ona AR MM-in 1291-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşdə olan Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən verilmiş 05 sentyabr 2022-ci il tarixli 1755 saylı cavab məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə ölmüş X8 qalmış miras əmlaka dair Mingəçevir şəhər “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisində xx.xx.2020-ci il tarixdə V-113/2020 saylı vərəsəlik işi açılmış və heç bir əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ərizənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı X9nun ölümündən sonra nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qalan miras əmlakı qəbul etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ərizənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4nun ölümündən sonra nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qalan miras əmlakı qəbul edir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ərizənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh5 xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4ndan qalmış mirasdan bütövlükdə anası İddiaçı xeyrinə imtina edir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ərizənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4ndan qalmış mirasdan bütövlükdə anası İddiaçı xeyrinə imtina edir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı X16 ilə 13 noyabr 1973-cü il tarixdə rəsmi nikah bağlamaqla evlənmiş, birgə nikahdan Vüqar, Zəminə, Rəşad və Vəfa adlı uşaqları olmuşdur. X16 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ondan Mingəçevir şəhəri Sahil küçəsi 6F saylı fərdi yaşayış evinin ½ hissəsi və Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 1 saylı evin 18 saylı mənzili, 2759 manat alınmamış pensiyasının ½ hissəsi miras qalmışdır. Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 1 saylı evin 18 saylı mənzili Hilal Bilalovun mülkiyyətinə mənzilin özəlləşdirilməsi qaydasında keçsə də, digər əmlaklar ümumi birgə qazanc olmuşdur. X11 ölümündən sonra onun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə arvadı İddiaçı və 4 nəfər uşağı: Cavabdeh2, X17, X14, Cavabdeh5 daxil olmuşdur. X3 tərəfindən vəsiyyətnamə verilməmişdir. Mərhumun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə daxil olan arvadı İddiaçı xx.xx.2020-ci il tarixdə, oğlu Cavabdeh2 isə xx.xx.2020-ci il tarixdə X1 miras qalmış əmlakı qəbul etmək barədə notariat ofisinə ərizə vermişlər. Digər cavabdehlər Cavabdeh5 və X14 xx.xx.2020-ci il tarixdə X1 miras qalmış əmlakdan bütövlükdə anaları İddiaçı xeyrinə imtina etmək barədə notariat ofisinə ərizə vermişlər. Cavabdeh X17 isə xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram göndərərək mərhum X4ndan qalan mülkü anası İddiaçı etibar etdiyini və bu mülkdən anasının xeyrinə imtina etdiyini bildirmişdir. Bununla da vərəsələr arasında miras əmlakla bağlı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Həmin Məcəllənin 218.1–ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145–ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Məhkəmə ilk növbədə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, X3 xx.xx.2020–ci il tarixdə öldüyündən, ondan qalmış miras əmlakla bağlı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququna dair normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məhkəmə, həmçinin hazırkı mübahisənin həlli zamanı miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq edilməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyi üçün miras əmlaka qanun üzrə vərəsəlik qaydalarını tənzimləyən normalar tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 29–cu maddəsinin Vİİ hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014– cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə–təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə mübahisənin qanunauyğun və düzgün həll edilməsi üçün ilkin olaraq, miras qoyanın miras toplusuna daxil olan əmlaklarının dairəsinin müəyyən edilməsini zəruri sayaraq qeyd edir ki, X1 Mingəçevir şəhəri Sahil küçəsi 6F saylı fərdi yaşayış evinin ½ hissəsi və Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 1 saylı evin 18 saylı mənzili, 2759 manat alınmamış pensiyasının ½ hissəsi miras qalmışdır. Məhkəmə, eləcə də mübahisənin düzgün həll edilməsi üçün vərəsələrin dairəsinin müəyyən edilməsinin zəruriliyinə əsaslanaraq hesab edir ki, X3nun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə arvadı İddiaçı, oğulları Cavabdeh2, Cavabdeh5, qızları X17, X14 daxil olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məhkəmə, həmçinin miras qoyanın birinci növbəli qanun üzrə vərəsələri dairəsinə daxil olan Cavabdeh5 və X5 miras qalmış əmlakdan İddiaçı xeyrinə imtina etmələrini də nəzərə alaraq, işin həmin vərəsələr ilə bağlı hissəsini işin mübahisə edilməyən halı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1260-cı maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Məhkəmə ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qanunverici qüvvədə olan AR Mülki Məcəllənin 1243.1–ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə miras əmlaka sahiblik və onu idarə etmək üsulu ilə faktiki və yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Miras qoyan X11 birinci növbəli qanun üzrə vərəsələri olan İddiaçı və Cavabdeh2 miras əmlakı rəsmi qaydada qəbul etmək üçün notariat kontoruna ərizə ilə müraciət etmişlər. Digər birinci növbəli qanun üzrə vərəsə olan cavabdeh X17 isə xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram göndərərək mərhum X4ndan qalan mülkü anası İddiaçı etibar etdiyini və bu mülkdən anasının xeyrinə imtina etdiyini bildirmişdir. Lakin qanunla müəyyən olunmuş müddət ərzində mirasın qəbulu və ya ondan imtina barədə notariat kontoruna ərizə verməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” 2014-cü il 18 iyul tarixli və A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli qərarlarında, eləcə də “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “G.Qəhrəmanovanın şikayəti üzrə” 18 iyul 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246–cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248–ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri– müəyyənliyin, qeyri–sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumu 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Bu müddət iddia müddətlərinə də aid edilə bilməz. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Yəni iddia müddəti özünümüdafiə mahiyyətində olmaqla tələb hüquqlarına xarakterikdir və hüququn məhkəmə qaydasında realizəsi imkanı üçün nəzərdə tutulmuş müddətlərdir. Konstitusiya Məhkəməsi Plenumu həmin qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Mülki Məcəllənin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Göründüyü kimi qanunverici mirasın qəbulunun formal və qeyri-formal üsullarını fərqləndirmiş, o cümlədən mirasın qəbul edilməsi üçün miras açıldığı vaxtdan sonra 6 aylıq müddət müəyyən etmişdir. Həmin müddət mirasın qəbulunun formal üsulu üçün nəzərdə tutulmuş müddətdir. İşin müəyyən edilmiş hallarına əsasən məhkəmə hesab edir ki, İddiaçı və Cavabdeh2 miras əmlakı rəsmi qaydada qəbul etmək üçün notariat kontoruna ərizə ilə müraciət etmişlər. Digər birinci növbəli qanun üzrə vərəsə olan cavabdeh X17 isə xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram göndərərək miras əmlakı anası İddiaçı xeyrinə imtina etdiyini bildirmişdir. Lakin qanunla müəyyən olunmuş müddət ərzində mirasın qəbulu və ya ondan imtina barədə notariat kontoruna ərizə verməmişdir. Cavabdeh X12 mirasın qəbulundan imtina etməsi qanunla müəyyən edilmiş qaydada və müddətdə həyata keçirilməmişdir. Belə ki, mirasın qəbulundan imtina müddətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsində göstərilmişdir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinin tələblərinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə, həmçinin qeyd edir ki, X1 miras qalmış Mingəçevir şəhəri Sahil küçəsi 6F saylı fərdi yaşayış evi və 2759 manat məbləğində alınmamış pensiya İddiaçı ilə birgə nikah dövründə əldə edildiyindən, həmin əmlaklar onların birgə mülkiyyəti hesab edilir. Belə ki, AR MM-nin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Belə olan halda məhkəmə hesab edir ki, X1 miras qalmış Mingəçevir şəhəri Sahil küçəsi 6F saylı fərdi yaşayış evinin və 2759 manat alınmamış pensiyanın 1/2 hissəsi İddiaçı payına düşür. Ona görə də məhkəmə iddia tələbinin iddiaçı ilə X3nun hər birinə ½ hissə əmlak payının müəyyən edilməsi hissəsini əsaslı hesab etmir. Belə ki, iddiaçı ilə X3nun hər birinə ½ hissə əmlak payının müəyyən edilməsi məhkəmə tərəfindən mübahisələndirilmir, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1162-ci maddəsində göstərilmiş, yəni artıq qanunla müəyyən edilmişdir. ona görə də həmin halın təkrarən məhkəmə tərəfindən müəyyən edilməsinə zərurət yoxdur. Məhkəmə işin müəyyən olunmuş hallarına tətbiq edilməli olan hüquq normalarına əsasən belə nəticəyə gəlir ki, X1 miras qalmış Mingəçevir şəhəri, Sahil küçəsi, 6F saylı fərdi yaşayış evinin ½ hissəsinə, 2759 manat alınmamış pensiya pulunun ½ hissəsinə, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 1 saylı evin 18 saylı mənzilinə münasibətdə İddiaçı, cavabdehlər Cavabdeh2, X17 X3nun qanun üzrə birinci növbəli vərəsələridir. X1 miras qalmış, Mingəçevir şəhəri Sahil küçəsi 6F saylı fərdi yaşayış evinin ½ hissəsindən, 2759 manat alınmamış pensiya pulunun ½ hissəsindən İddiaçı miras payı 6/10 hissədə, Cavabdeh2 və X12 hər birinin miras payları 1/10 hissədə, X1 miras qalmış Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 1 saylı evin 18 saylı mənzilindən İddiaçı miras payı 3/5 hissədə, Cavabdeh2 və X12 hər birinin miras payları 1/5 hissədə müəyyən edilməlidir. İddia tələbi qalan hissədə, yəni iddiaçı ilə X3nun hər birinə ½ hissədə payın müəyyən edilməsi hissəsində təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. X1 miras qalmış, Mingəçevir şəhəri Sahil küçəsi 6F saylı fərdi yaşayış evinin və 2759 (iki min yeddi yüz əlli doqquz) manat alınmamış pensiya pulunun ½ hissəsindən İddiaçı miras payı 6/10 hissədə, Cavabdeh2 və X12 hər birinin miras payları 1/10 hissədə, X1 miras qalmış Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 1 saylı evin 18 saylı mənzilindən İddiaçı miras payı 3/5 hissədə, Cavabdeh2 və X12 hər birinin miras payları 1/5 hissədə müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə ( Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-642/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-642/2023
03.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver