Məhkəmə qərarları › İş №2(051)-644/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-644/2021

29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-644/2021 29.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh xx xxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə qədər cavabdehin “xxxx” ASC-nin Ağstafa filialından götürdüyü kreditin ödənişi olaraq ödənmiş olduğu 3394,62 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, cavabdehlə birlikdə Ağstafa rayonunda yerləşən hərbi hissədə qulluq etmişlər. Daha sonra isə xidmət yerlərini dəyişmişlər. Cavabdeh hal-hazırda Mingəçevir şəhərində yerləşən N saylı hərbi hissədə baş leytenant hərbi rütbəsində xidmət edir. Birlikdə qulluq etdiyi dövrdə Cavabdeh “xxxx” ASC-nin Ağstafa filialı ilə xx xxxx 2018-ci il tarixli, 152GTKR0115191AA saylı kredit müqaviləsi bağlayaraq 48 ay müddətinə illik faiz dərəcəsi 27,8% olmaqla 18000 manat məbləğində kredit götürmüşdür. Kreditin təminatı olaraq həmin tarixdə bank ilə onun arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit ödənişlərini vaxtlı-vaxtında ödəməmiş, bu səbəbdən də xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasında əmək haqqından ümumilikdə 3394,62 manat pul tutulmuşdur. Dəfələrlə Cavabdeh borcun ödənilməsini tələb etsə də, o, borcun ödənilməsindən yayınmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də Cavabdeh xx xxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə qədər cavabdehin “xxxx” ASC-nin Ağstafa filialından götürdüyü kreditin ödənişi olaraq ödənmiş olduğu 3394,62 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh oğluna məlumat verilməsinə baxmayaraq o, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə olunmuş xx xxxx 2018-ci il tarixli, 152GTKR0115191AA saylı kredit və zaminlik müqavilələrindən görünür ki, Cavabdeh “xxxx” ASC-nin Ağstafa filialı ilə müqavilə bağlayaraq 48 ay müddətinə illik faiz dərəcəsi 27,8 % olmaqla 18000 manat məbləğində kredit götürmüşdür. Kreditin təminatı olaraq həmin tarixdə bank ilə İddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. İşə əlavə olunmuş “xxxx” ASC-nin xx.xx.2020-ci il tarixli, 373 saylı arayışından görünür ki, Cavabdeh “xxxx” ASC-nin Ağstafa filialı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, RGTK0266137A152 (kredit müqaviləsinin uzadılması ilə əlaqədar əvvəlki kredit müqaviləsi 152GTKR0115191AA) nömrəli 18000 manat məbləğində kredit üzrə zamin durmuş İddiaçı əmək haqqı kartından kredit üzrə xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arası 3394,62 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3 maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materialları ilə müəyyən edildi ki, cavabdehin bankdan aldığı kreditin ödənilməsinin təminatı olaraq iddiaçı İddiaçıla bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kreditin ödənilməsi ilə əlaqədar bankla bağladığı müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, kredit borcu yaranmışdır. Bankla İddiaçı arasında bağlanmış zaminlik müqaviləsinə əsasən 3394 manat kredit borcu iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddiaçı tələbinə haqlıdır, ona görə də iddia təmin edilməli, Cavabdeh 3394 manat pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia təmin olunsun. Cavabdeh 3394 (üç min üç yüz doxsan dörd) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar