Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-648/2023 17.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi ilə X2 qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3 və Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC (ləğv prosesində olan) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5642 ABŞ dolları əsas, 666 ABŞ dolları faiz olmaqla, cəmi 6308 ABŞ dollarıməbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 tələbini müdafiə edərək bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-1988/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh 3448(üç min dörd yüz qırx səkkiz) ABŞ dolları əsas borc, 2570 (iki min beş yüz yetmiş) ABŞ dolları faiz borcu, 50 (əlli) ABŞ dolları cərimə borcu, ümumilikdə 6063 (altı min altmış üç) ABŞ dollarıməbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün cəmi 65 manat rüsumun İddiaçı ASC-nin xeyrinə tutulması və tutulmanın X4 məxsus olan ünvan 1 ünvanda yerləşən 45, 35 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzilə yönəldərək həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı Atbank ASC-ə ödənilməsi qət edilmişdir. İddia ərizəsi məhkəməyə təqdim edilərkən cavabdehin borcunun hesablanmasında yalnışlığa yol verilmiş və borc tam göstərilməmişdir. Belə ki, xx.xx.2017ci il tarixinə Cavabdeh məhkəmə qətnaməsi ilə qət edilmiş məbləğ nəzərə alınmaqla banka olan borcu 5642 (beş min altı yüz qırx iki) ABŞ dolları əsas borc, 666 (altı yüz altmış altı) ABŞ dolları faiz borcu, ümumilikdə 6308 (altı min üç yüz səkkiz) ABŞ dolları təşkil edir. Odur ki, iddiaçı cavabdehdən cavabdehdən 5642 ABŞ dolları əsas, 666 ABŞ dolları faiz olmaqla, cəmi 6308 ABŞ dollarıməbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-1988/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh 3448(üç min dörd yüz qırx səkkiz) ABŞ dolları əsas borc, 2570 (iki min beş yüz yetmiş) ABŞ dolları faiz borcu, 50 (əlli) ABŞ dolları cərimə borcu, ümumilikdə 6063 (altı min altmış üç) ABŞ dollarıməbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün cəmi 65 manat rüsumun İddiaçı ASC-nin xeyrinə tutulması və tutulmanın X4 məxsus olan ünvan 1 ünvanda yerləşən 45, 35 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzilə yönəldərək həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı Atbank ASC-ə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamə ilə bağlı icra vərəqəsi icra şöbəsinə yönəldilmiş və qətnamə üzrə qeyd olunan boc tam olaraq ödənilmiş, ipoteka ilə yüklü edilmiş mənzil mülkiyyətçiyə qaytarılmışdır. Daha sonra probelemli kreditlərlə əlaqəli Azərbaycan Respublikası Prezidentinin fərmanın əhatə dairəsinə düşümlər. Lakin buna baxmayaraq bank məlum fərmanlı əlaqəli onlara heç bir kompensasiya ödəməmiş əksinə yenidən onlara qarşı kredit borcunun ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişlər. Qeyd edir ki, onlar kredit borcu qətnamə üzrə tam olaraq ödəmişlər, borcun yekunlaşması ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsindən icra sənədi üzrə icraata xitam verilməsi ilə bağlı qərarda əldə etmişlər. Hesab edir ki, bankın yenidən onlardan borc tələb etməsi əsassızdır. Ona görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsassızdır. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, MF-KL/058 saylı kredit müqaviləsindən görünür ki, bank cavabdehə xx.xx.2015-cİ il tarixli, MF-KL/058 saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə 18 faiz dərəcəsi ilə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2017-ci il tarixə kredit üzrə cəmi borcu 6308 ABŞ dolları təşkil edir. Bundan 5642 ABŞ dolları əsas, 666 ABŞ dolları faiz borcu təşkil edir. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 2(051)-1988/2017 saylı 03 may 2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 3448 (üç min dörd yüz qırx səkkiz) ABŞ dolları əsas borc, 2570 (iki min beş yüz yetmiş) ABŞ dolları faiz borcu, 50 (əlli) ABŞ dolları cərimə borcu, ümumilikdə 6063 (altı min altmış üç) ABŞ dolları məbləğində kredit borcu qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə, dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 (otuz) manat və sənədlərin notaraial qaydada təsdiqlənməsi üçün ödənilmiş 5 manat tutularaq İddiaçı ASC-yə verilməsi və Pulun tutulması ipoteka ilə yüklənmiş mənzilə yönəldilsin. Cavabdeh X4 məxsus, ipoteka predmeti olan, 30000 (otuz min) manat dəyərində qiymətləndirilmiş Mingəçevir şəhəri N.Nərimanov prospekti 28//1 № li evin ümumi sahəsi 45,35kv.m, yaşayış sahəsi 30,96kv.m olan 2 otaqlı 14 № li mənzili açıq hərracdan satışa çıxarılsın. Satışdan əldə edilən vəsaitdən 3448 (üç min dörd yüz qırx səkkiz) ABŞ dolları əsas borc, 2570 (iki min beş yüz yetmiş) ABŞ dolları faiz borcu, 50 (əlli) ABŞ dolları cərimə borcu, ümumilikdə 6063 (altı min altmış üç) ABŞ dolları məbləğində kredit borcu qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə, dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 (otuz) manat və sənədlərin notaraial qaydada təsdiqlənməsi üçün ödənilmiş 5 manat tutularaq iddiaçıya verilsin. Borcun ödənilməsindən sonra mənzilin açıq hərracdan satılmasından qalan pul cavabdehlərə qaytarılması qət edilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, 6510 manat vəsait İddiaçı ASCnin xeyrinə xx.xx.2018-ci il tarixdə Cavabdeh tərəfindən İddiaçı ASC-nin hesabına mədaxil edilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, 603,9 manat vəsait İddiaçı ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixdə Cavabdeh tərəfindən İddiaçı ASC-nin hesabına mədaxil edilmiş və qətnamə üzrə borc tam bağlanmışdır. İşdə olan məhkəmənin sorğusu əsasında Azərbaycan Kredit Bürosu MMC-cə edilən müraciət əsasında Azərbaycan Kredit Bürosu MMC-nin 08 may 2020-ci il tarixli məktubundan görünür ki, müraciətdə qeyd olunan müvafiq şəxs barəsində məlumat Büronun məlumat bazasında mövcud olmadığı qeyd edilmişdir. Beləliklə məhkəmə tərəfindən iş materialları araşdırılmış və tədqiq edilərkən müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Bağlanmış kredit müqaviləsinə əsasən tərəflər öz aralarında olan müqavilənin şərtərinə əməl etməklə əlaqədar üzərlərinə öhdəlik götürmüşlər. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, nəticədə müqavilə üzrə kredit verən hesab edilən İddiaçı ASC-nin kredit alana qarşı tələb hüququ yaramışdır. Nəticə də Atabank ASC cavabdehlər Cavabdeh və X4 qarşı kredit məbləğinin qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Qeyd olunan kredit borcu ilə əlaqədar olaraq Mingəçevir şəhər məhkəməsinin 03 may 2017-ci il tarixli 2(051)-1988/2017 saylı qətnaməsi çıxmışdır. Qətnaməyə əsasən iddia qismən təmin edilmiş, Cavabdeh 3448(üç min dörd yüz qırx səkkiz) ABŞ dolları əsas borc, 2570 (iki min beş yüz yetmiş) ABŞ dolları faiz borcu, 50 (əlli) ABŞ dolları cərimə borcu, ümumilikdə 6063 (altı min altmış üç) ABŞ dollarıməbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün cəmi 65 manat rüsumun İddiaçı ASC-nin xeyrinə tutulması və tutulmanın X4 məxsus olan ünvan 1 ünvanda yerləşən 45, 35 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzilə yönəldərək həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı Atbank ASC-ə ödənilməsi qət edilmişdir. Bundan sonra qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, cavabdehlər qətnamə üzrə yaranmış kredit borcunu tam olaraq banka ödəmişlər. Bu hal cavabdehlər tərəfindən İddiaçı ASC-nin bank hesabına ödənilmiş ödəniş qəbzləri və icra sənədi üzrə icraata xitam verilməsi ilə bağlı qərarla da öz təsdiqini tapır. Belə olan halda işin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi məhkəmə qətnaməsi əsasında lazımi qaydada icra etmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyinin qalmadığı müəyyən olunur. Lakin buna baxmayaraq bank yenidən cavabdehə qarşı kredit borcunun ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Müraciətini onunula əsaslandırmışdır ki, məhkəməyə müraciət edərkən savabdehin borcunun hesablanılmasında bank əməkdaşları tərəfindən yaqnlışıqlara yol verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, « ləğv prosesində olan İddiaçı ASC-nin » ASC-nin öz hüquqlarını həyata keçirərkən vicdanlığın tələb etdiyi tərzdə hərəkət etməyərək öhdəliyin yerinə yetirilməsinə zəmin yaratmamışdır. İddiaçı cavabdeh tərəfindən öhdəliyin yerinə yetirildiyi halda yenidən cavabdehə qarşı əsasız tələblə əlavə ödəniş tələb etməsi cavabdehi maliyyə sanksiyasına məruz qalması deməkdir. İddiaçı isə tələbini onunla əsaslnadırır ki, məhkəməyə müraciət edərkən cavabdehin borcunun hesablanmasında yalnışlığa yol verlilmişdir. Məhkəmə isə hesab edir ki, iddiaçının hər hansı maliyyə əmlliyyatlarını apararkən yalnışlığa yol verməsinə görə cavabdehin məsuliyyət daşıması əsassıdır. Belə olduğu ahlda iddiaçı bankın uzun müddət keçdikdən sonra yenidən maliyyə əməliyyatlarında bank əməkdaşları tərəfinqdən buraxılmış yalnışlığa görə itirlmiş məbləğin cavabdehdən tələb etməsi cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci və 425.2-ci maddələrinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmçinin məhkəmədə müəyyən olundu ki, cavabdeh 6510 manat vəsaiti İddiaçı ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixdə 603,9 manat vəsaiti isə xx.xx.2018-ci il tarixdə İddiaçı ASC-nin hesabına ödənişlər etsə də bu ödənişlər bank tərəfindən məhkəməyə təqdim olunmuş arayışda digər ödənişlər kimi öz əksini tapmamışdır. Bu da məhkəmə tərəfindən bankın qeyri obyektiv mövqeyi kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.4-ci maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. İş materiallarından və tərəflərin məhkəmədə verdikləri izahatlarından da müəyyən olunur ki, cavabdehin borcunun yalnış hesablanılması borclunun günahı ucbatından deyil bank əməkdaşları tərəfindən yol verilmişdir. Borclu onun üzərinə düşən, yəni məhkəmə qətnaməsi əsasından müəyyən edilən borc üzrə öhdəliklərini həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət edərək qətnamə əsasında öhdəliyi icra etmişdir. Bu da ona əsas verir ki, boclu Cavabdeh onun cavabdeh olmadığı halda kreditorun düşdüyü zərər üçün məsuliyyət daşımır və onun ba halda əlavə maliyyə sanksiyasına məruz qalması yol verilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixl qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449–cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» (indiki “İcra haqqında”) Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM–in 449.1–ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, kredit müqaviləsi üzrə öhdəlik tam icra olunduqdan sonra, iddiaçı bankın yenidən həmin müqaviləyə istinad edərək cavabdehdən borcun hesablanmasında yalnışlıqlara yol verildiyi üçün yenidən pul tələb etməsi, açıq–aşkar hüquqdan sui–istifadədir. Eləcə də, digər tərəfi aşkar surətdə əlverişsiz vəziyyətə saldığı üçün etimad və vicdanlılıq prinsiplərinə ziddir. Qeyd olunan kredit borcu ilə əlaqədar olaraq Mingəçevir şəhər məhkəməsinin qətnaməsi çıxmışdır. Qətnaməyə əsasən iddia qismən təmin edilmiş, Cavabdeh 3448(üç min dörd yüz qırx səkkiz) ABŞ dolları əsas borc, 2570 (iki min beş yüz yetmiş) ABŞ dolları faiz borcu, 50 (əlli) ABŞ dolları cərimə borcu, ümumilikdə 6063 (altı min altmış üç) ABŞ dollarıməbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün cəmi 65 manat rüsumun İddiaçı ASC-nin xeyrinə tutulması və tutulmanın X4 məxsus olan ünvan 1 ünvanda yerləşən 45, 35 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzilə yönəldərək həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı Atbank ASC-ə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəlmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı bank əməkdaşları tərərfindən borcun hesablanılması zamanı yol verilmiş səhvlər nəticəsində iddiaçı bankın zərərə məruz qalması cavabdehdən asılı olmayan hallardan irəli gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2–ci maddəsinə əsasən hüquqdan sui–istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.1–ci maddəsində qeyri–qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi hüquqdan sui–istifadə kimi müəyyən edilmişdir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi tam əsassız olduğu üçün cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə qiymət verilməsinə zərurət yoxdur. Ona görə də məhkəmə tədqiq edilmiş sübutlardan irəli gələn həqiqi hallara əsasən belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə bu normaların tələblərindən çıxış edərək, sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız odlduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-5.3, 284-6.1, 284-6.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qalıq məbləğinin geri qaytarılması tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-648/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-648/2023
17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver