Məhkəmə qərarları › İş №2(051)-657/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-657/2022

10.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-657/2022 10.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair Mingəçevir şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən cəmi 8176 manat məbləğində pulun və ödənilmiş 96 manat dövlət rüsumunun alınıb ona ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, Cavabdeh 2019-cu ilin aprel ayından tanıyır. Belə ki, həmin vaxt məhkəmə işi ilə əlaqədar Cavabdeh ona köməklik etmişdir. Elə o vaxtdan da cavabdeh onun etibarını qazanmağa başlamışdır. 03 may 2019cu il tarixdə Cavabdeh ilə birlikdə idarə etdiyi “Chevrolet Aveo” markalı, ** TO *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhərinə yeni avtomobil almağa getmişdir. Bakı şəhərindən “Changan” markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobili alıb cavabdehlə birlikdə Mingəçevir şəhərinə gəlmişlər. Bundan sonra aramızda olan razılığa əsasən “Chevrolet Aveo” markalı, ** TO *** dövlət qeydiyyat nişanlı avtomobili sürmək üçün icarə əsasında Cavabdeh vermişdir. Bunun müqabilində Cavabdeh günlük ona 20 manat pul verməli olmuşdur. Cavabdeh avtomobilin kirayəsi üçün ona 1200 manat məbləğdə pul verməli olduğu halda, cəmi 400 manat pul verdi. Elə buna görə də avtomobili Cavabdeh geri almışdır. Lakin, 20 sentyabr 2019-cu ildə Cavabdeh yenidən avtomobili ondan icarəyə götürdü. Cavabdeh 2019-cu ilin noyabr ayının axırlarında istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək avtomobilin motorunun sepinin qırıldığını və avtomobili təmir etdirmək üçün ustanın yanına qoyduğunu bildirdi. Lakin, bundan sonra cavabdeh nə avtomobili təmir etdirməmiş, nə də ki, avtomobilin icarə haqqını ödəməmişdir. O, dəfələrlə cavabdehdən avtomobilini təmir etdirməsini tələb etsə də, heç bir nəticəsi olmadı və cavabdeh avtomobili təmir etdirməkdən imtina etdi. Avtomobilin təmir olunaraq işlək vəziyyətə gətirilməsi üçün 6150 manat məbləğdə vəsait tələb olunur. Avtomobili cavabdehin istifadəsi müddətində yararsız vəziyyətə düşmüşdür. Bundan başqa 2019-cu ilin iyun ayında cavabdehlə birlikdə Mingəçevir şəhərinin Ş.İ.Xətai küçəsində yerləşən “Turay” kafesində əyləşən zaman cavabdehə qızıl üzüyünün qaşının düşdüyünü və təmir olunmasını xahiş etmiş, cavabdeh birinci dəfə qızıl üzüyünün qaşını düzəltdirib ona təqdim etdi. Lakin, 2 gün sonra yenə üzüyünün qaşı düşdü. O, yenə də cavabdehdən xahiş etdi ki, üzüyün qaşını düzəltdirib versin. Cavabdeh də qızıl üzüyü ondan aldı, lakin geri qaytarmadı. Həmin qızıl üzük 5.5 qram çəkidə, 583 əyarlı olmaqla Rusiya istehsalı olan üzükdür. O, dəfələrlə cavabdehdən ona məxsus qızıl üzüyünü qaytarmasını tələb etsə də, heç bir nəticəsi olmadı və cavabdeh ona məxsus üzüyü qaytarmaqdan imtina etdi. Bundan başqa o, şəhər ərazisində iaşə obyektlərinə kömür paylanması ilə məşğuldur. 2019-cu ildə səhhətində yaranmış problemlərlə bağlı Cavabdeh qarajın açarını verdi və iaşə obyektlərinə kömür paylamasını xahiş etdi. Çünki, Cavabdeh onun etibarını qazanmışdır. Cavabdeh da, şəhər ərazisində yerləşən iaşə obyektlərinə kömür paylamış, bəzi obyektlərdən 400 manat məbləğdə pul almışdır. Lakin, cavabdeh həmin pulu da ona verməmişdir. O, cavabdehdən kömürün pulunu tələb etsəm də, cavabdeh həmin pulu qaytarmaqdan imtina etmişdir. Bununla da cavabdeh ona maddi ziyan vurmuşdur. Elə buna görə də o, şikayət ərizəsi ilə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etdi. Lakin, 1-ci dəfə cavabdehin yeri məlum olmadığına görə onun izahatının alınması mümkün olmamışdır. Bundan sonra o, yenidən şikayət ərizəsi ilə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etdi. Şikayətim əsasında iş üzrə təhqiqat aparıldı. Təhqiqat zamanı Cavabdeh iddia ərizəsində qeyd etdiklərini inkar etdi. Lakin, cavabdeh onunla telefon vasitəsi ilə əlaqə saxlayarkən avtomobilini yarasız vəziyyətə saldığını, qızıl üzüyünün onda olduğunu və kömür üçün aldığı pulu ona vermədiyini etiraf etmişdir. O, telefon vasitəsi ilə qeydə alınmış danışığı yazmış və bunu təhqiqatçıya təqdim etmişdir. Lakin, işi aparan təhqiqatçı səs yazısına heç bir hüquqi qiymət verməmiş, həmin səs yazısını qərarında belə qeyd etməmişdir. Buradan da açıq-aydın görünür ki, Cavabdeh Mingəçevir şəhər Polis Şöbəsinin təhqiqat bölməsində izahat verərkən qeyri-səmimi, yalan izahat vermişdir. Onu da qeyd edir ki, cavabdeh bütün bu qanunsuz hərəkətləri ilə mənə maddi ziyan vurmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh iddiaçıya məxsus avtomobilə ziyan vurduğunu etiraf etmiş, lakin onun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan "xxxx" MMC-nin 03.112021-ci il tarixli 239 saylı rəyindən görünür ki, ümumi məbləğ 7576 manat dəyərində müəyyən edilmişdir. İşdə olan cavabdehin səs yazısı yazılan diskdən görünür ki, cavabdeh İddiaçı avtomobilini yarasız vəziyyətə saldığını, qızıl üzüyünün onda olduğunu və kömür üçün aldığı pulu ona vermədiyini etiraf etmişdir. Beləliklə, məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçıya cavabdeh tərəfindən 7576 manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri başqa şəxsə zərər vurulması ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquq və vəzifələrin müdafiəsi əsasında mülki hüquq pozuntularından (deliktlərdən) irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsin görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh tərəfindən iddiaçıya maddi zərər vurulmuşdur. Eləcə də iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Sadalanan hüquq normaları iddiaçıya vurulmuş ziyanın ödənilməsinin hüquqi əsasını təşkil edir və İddiaçı vurulmuş ziyan ilə bağlı zərərin ödənilməsi tələbinin təmin olunmasını şərtləndirir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 96 manat məbləğdə pul vəsaiti də cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh cəmi 8176 manat pul alınıb İddiaçı verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 96 manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə ( Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar