Məhkəmə qərarları › İş №2(051)-668/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-668/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-668/2020 01.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı, vəkili X8, Cavabdeh, vəkili Vəkil Yolçü qızının iştirakı ilə, İddiaçı Cavabdeh maddi və mənəvi zərərin ödənilməsi, qızıl-zinət əşyaları tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı 76430 manat pul tələbinə və 18 adda qızıl-zinət əşyaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddia tələbinnin həcminin artırılması barədə ərizə verərək maddi zərərin əvəzi olaraq 76430 manat, mənəvi zərərin əvəzi olaraq 50000 manat, 18 adda qızıl-zinət əşyalarını cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçıiddianı müdafiə edərək izahatında bildiridi ki, Cavabdeh 2015-ci ilin yay aylarında Mingəçevir şəhəri, Az.Dres qəsəbəsidə tərəvəz və paltar mağazası işlədən zaman tanış olmuş və ticarət əlaqələri yaranmışdır. Cavabdeh ondan paltar götürüb satmaq üçün aparırdı. Beləliklə, cavabdehlə yaxın münasibətləri yaranmışdır. Söhbət əsnasında cavabdeh ona sosial müdafiə şöbəsində tanışlarının olduğunu, özünün də sosial yardım düzəltməklə məşğul olduğunu, indiyə qədər çoxlarına sosial yardım düzəltdiyini, ona və ailə üzvlərinə də sosial yardım düzəldə biləcəyini bildirmişdir. 2015-ci ilin sentyabr ayından etibarən cavabdeh ondan xeyli miqdarda pul alaraq mənimsəmişdir. Belə ki, 2015-ci ilin sentyabr ayının ortalarında nəvələrinə sosial yardım düzəltmək adı ilə 360 manat məbləğində pul almışdır. Bundan başqa, cavabdeh onu və ailə üzvlərini məşğulluq xidmətində yeni açılmış iş yerlərinə işə düzəltmək adl ilə 5640 manat məbləğində pul almışdır. Bundan başqa, cavabdeh ona işıq sayğacından güzəştil şərtlərlə istifadə edə bilmək üçün sayğac qoyduracağı vədi ilə 1350 manat məbləğində pul almışdır. Bundan əlavə cavabdeh məşğulluq mərkəzində dondurulmuş pulun alınması üçün ondan 795 manat məbləğində pul almışdır. Cavabdeh onun və ərinin pensiya kartını götürərək kartda olan 573 manat məbləğində pulu çıxarmışdır. Cavabdehə qızı Ləmanın yanında 1400 manat məbləğində pul vermişdir. Bundan başqa Cavabdeh onu aldadaraq ondan mağazada satıcı kimi işləyən Sevda Həsənovanın yanında ondan 50000-60000 manat, ümumilikdə 76430 manat məbləğində pulunu alaraq mənimsəmişdir. Bundan başqa cavabdeh onun 18 adda, 6116 manat məbləğində qızıl-zinət əşyalarını mənimsəyərək ələ keçirmişdir. Cavabdeh pulu ələ keçirib qaytarmadığı üçün hüquqmühafizə orqanlarına şikayət ərizələri ilə müraciət etmişdir. Mingəçevir şəhər məhkəməsinin 1(051)-16/2019 saylı xx.xx.2019-cu il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İddianın təmin olunmasını, Cavabdeh qzından vurulmuş mənəvi zərərin əvəzi kimi 50000 manat, maddi zərərin əvəzi olaraq 76430 manat məbləğində pulun və 18 adda qızıl-zinət əşyalarını alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının vəkili X8 məhkəmə iclasında iddia tələbi qanuni qüvvəyə minmiş hökmlə, şahid ifadələri və digər sübutlarla sübut olunduğuna görə təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirdi ki, onun əvvəllər iddiaçı ilə münasibətləri yaxşı olmuşdu. Ehtiyacı olduğuna görə İddiaçı cəmi 4500 manat pul almışdır. Niyyəti də iddiaçını aldatmaq olmamşdır. Həmin pulu qaytarmalı idi. Lakin maddi imkanı olmadığına görə pulu geri qaytara bilməmiş, iddiaçı da onun barəsində hüquq mühafizə orqanlarına şikayət verərək guya aldadaraq ondan 80000 manat pul aldığını bildirmişdir. İddiaçı şikayəti əsasında onun barəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi qaldırılmış və o, məhkəmənin hökmü ilə azadlığın məhdudlaşıdırlması cəzasına məhkum eidlmişdir. Məhkəmənin hökmünə görə o, İddiaçı 11663 manat pul almışdır. Ancaq o, bu məbləğlə də razılaşmamışdır. Ancaq lazımi sübutu olmadığına görə öz etirazını əsaslandıra bilməmişdir. Qeyd etdiyi kimi o, iddiaçıdan cəmi 4500 manat pul almışdır, həmin pulu da ödəyəcəkdir. O, iddiaçıdan hər hansı bir qızıl-zinət əşyası almamışdır. İddiaçının vəsatəti ilə məhkəmə iclasında ifadə vermiş şahidlərin ifadələri də həqiqətə uyğun deyil. Bundan əlavə İddiaçı həddən artıq şişirdilmiş məbləğlə aldadaraq ondan pul alması ilə bağlı onun barəsində hüquq mühafizə orqanlarına şikayət vermiş, o da şikayətlərlə bağlı dəvət olunduqda əsəb və sarıntı keçirmişdir. Qeyd etdiyi kimi o, iddiaçıdan cəmi 4500 manat pul almışdır. İddia tələbini yalnız həmin məbləğdə təmin olunmasını xahiş edir. Cavabdehin vəkili Vəkil Yolçü qızı da iddianın çox hissəsinin əsassız olduğunu bildirərək, yalnız 4500 manat məbləğdə təmin olunmasını xahiş etdi. Şahid X9 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, İddiaçı onun xalası qızıdır. İddiaçı 2017-ci ilin yanvar ayında ondan 500 manat borc pul aldı vəd edir ki, 2-3 aya borcunu qaytaracaqdır. Lakin dediyi vaxtda borcunu qaytarmadığına görə o, pulunu tələb etdikdə İddiaçı ona dedi ki, həmin pulu Ceyrana veribdir. Sonra Ceyranın qızı onun yanına gəlib xahiş etdi ki, hələlik pulu tələb etməsin, sonra qaytaracaqdır. Şahid X11 məhkəmə iclasında veridiyi ifadəsində bildirdi ki, o, İddiaçı oğlu ilə dostdur. İddiaçı oğlu ondan 400 manat borc pul almışdı. Lakin vəd etdiyi vaxtda pulu qaytarmadığına görə o, pulunu istədi. Sonra Cavabdeh ona zəng edərək xahiş etdi ki, heç bir yerə şikayət etməsin, pulu o, qaytaracaqdır. O, əvvəllər Cavabdeh tanımırdı. Şahid X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, İddiaçı onun baldızıdır. O, mağazada işləyirdi, xalça satırdı. Bir dəfə Bəsti və Ceyran onun işlədiyi mağazaya gəldilər Ceyran ondan qiyməti 270 manat olan bir xalçanı nisyə götürdü. Ceyranı əvvəllər tanıçırdı, həmin gün tanımışdı. Sonra Bəsti bir gün onların evinə gəlib dedi ki, ona girov qoymaq üçün qızıl lazımdı. O da 10 qramlıq qızıl qolbağını Bəstiyə verdi. Sonra yaşadığı mənzildən, yuxarıdan baxanda gördü ki, Ceyran da aşağıda dayanıbdı. Gördü ki, Bəsti yaxınlaşandan sonra Ceyrana nə isə verdi. Sonra bildi ki, Bəsti qolbağını Ceyrana veribdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdı. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökümündən görünür ki, X10 CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşıdırlması cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 2 gün şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün bərabər tutulmaqla, ona təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbayca Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3 maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı tələbində Cavabdeh 2015-2017-ci illərdə ayrı-ayrı vaxtlarda aldadaraq ondan cəmi 76430 manat (yetmiş altı min dörd yüz otuz) manat pul aldığını, lakin həmin pulu qaytarmadığını, nəticədə ona maddi və mənəvi ziyan dəydiyini və 76430 manat məbləğində maddi ziyanın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddiaçı öz tələbini tam təsdiq edən sübutu məhkəməyə təqdim etmədi. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə ifadə vermiş şahidlər X9 xalası qızı olan İddiaçı ondan 500 manat borc pul aldığını, iddiaçının həmin pulu Cavabdeh vermək üçün aldığını dediyini bildirsə də, cavabdeh həmin ifadəyə öz etirazını bildirdi. Digər şahid X5 da iddiaçının oğlunun ondan 400 manat borc pul aldığını, dostu pulu qaytarmadıqda Cavabdeh ona zəng edərək pulu o, qaytaracağı barədə ifadəsinə də cavabdeh etiraz edərək əsassız olduğunu bildirdi. Bundan əlavə şahidlərin ifadələrindən görünür ki, onlar pulu Cavabdeh deyil, iddiaçıya vermişlər. İşə əlavə edilmiş Mingəeçvir şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, iş üzrə zərərçəkmiş şəxs olan İddiaçı ibdidai araşdırma zamanı Cavabdeh aldadaraq 2015-2017-ci illərdə ondan cəmi 80 000 (səksən min) manat pul aldığını bildirmişdir. Həmin hökümdən isə görünür ki, Cavabdeh İddiaçı etibarından süi-istifadə edib aldadaraq ondan 2015-2017-ci illərdə ümumilikdə 11663 (on bir min altı yüz altmış üç) manat pul almışdır. Azərbayca Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia 76430 manat pul tələbinə dair hissəsə qismən təmin olunmalı, cavabdehdən 11663 manat pul alınıb iddiaçıya verilməlidir. İddiaçı tələbində cavabdehin ondan cəmi dəyəri 6116 (altı min bir yüz on altı) manat dəyərində olan 18 adda qızıl-zinət əşyalarının aldığını, lakin qaytarmadığını bildirərək həmin qızıl-zinət əşyaların cavabdehədn alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddiaçı həmin tələbi ilə də bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilmədi. İddiaçının vəsatəti ilə məhkəmə iclasında şahid kimi ifadə verən qardaşının arvadı X3 ifadəsində İddiaçı onların evinə gələrək ondan qızıl qolbağı alıb getdiyini, yaşadığı mənzildən yuxarıdan baxanda Cavabdeh aşağıda dayandığını, Bəsti yaxınlaşaraq Ceyrana nə isə verdiyini bildirsə də, şahidin həmin ifadəsini iddiaçının cavabdehə qızılzinət əşyası verməsini təsdiq edən mötəbər sübut hesab etmək olmaz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia cəmi dəyəri 6116 manat olan 18 adda qızıl-zinət əşyaları tələbinə dair hissədə təmin olunmamalıdır. İddiaçı tələbində cavabdeh öz hərəkətləri nəticəsində ona mənəvi zərər vurduğunu bildirərək mənəvi zərərin əvəzi olaraq cavabdehdən 50000 manat pulun alınıb ona verilməsini xahiş etmişdir. «Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrubəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Qanunvericiliyi, «İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər anlayışı» insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi-qeyri əmlak xarakterli hüquq və azadlığını, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Yuxarıda qeyd olunan Qərarın 8-ci bəndinə əsasən izah olunmuşdur ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun». «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il tarixli 7 №li Qərarının 6-cı bəndinə əsasən iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Məhkəmə iclasında iddiaçı iddiasının mənəvi zərər tələbinə dair hissəsini əsaslandırdığı hallar nədən ibarət olması, özünün hansı fiziki və mənəvi sarsıntılar keçirməsi, habelə keçirdiyi fiziki və mənəvi sarsıntıların nədə ifadə olunması, bunların cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədi. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddia mənəvi ziyan tələbinə dair hissədə də təmin olunmamalıdır. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Azərbayca Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216- 220, 360-cı maddəsinin rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh 11663 (on bir min altı yüz altmış üç) manat pul alınıb İddiaçı verilsin. İddia 18 adda qızıl-zinət əşyaları və mənəvi zərərin əvəzi olaraq 50000 (əlli min) manat tələbinə dair hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar