Məhkəmə qərarları › İş №2(051)-672/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-672/2020

26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-672/2020 26.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və X4 Kredit Təşkilatı İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, iddiaçı: X6 Təşkilatı İddiaçı cavabdehlər: Cavabdeh1 Elxan oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit üzrə əsas borc və hesablanmış faiz borcunun qaytarılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X4 Kredit Təşkilatı «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin nümayəndəsi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2242.40 ABŞ dolları məbləğdə əsas borc, 1310.48 ABŞ dolları məbləğdə faiz borcu olmaqla, cəmi 3552.88 ABŞ dolları məbləğində borcun, dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun və 0.40 manat xidmət haqqının tutulması barədə məhkəməəmrinin çıxarılmasını xahiş etmiş və Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(051)-1902/2017 nömrəli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh1 həmin əmrə etiraz vermiş və məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə əmr ləğv edilərək işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Mingəçevir şəhər məhkəməsinin xx xxx 2019-cu il tarixli qərardadı ilə işüzrə iddia baxılmamış saxlanılmışdır. Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsi barədə X4 Kredit Təşkilatı İddiaçı ərizəsi təmin edilməmişdir. X4 Kredit Təşkilatı «xxxxxxxxxxxxxxxxxxxx» MMC xx.xx.2020-ci il tarixdə yenidən məhkəmədə iddia qaldıraraq, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2242.40 ABŞ dolları məbləğdə əsas borc, 1310.48 ABŞ dolları məbləğdə faiz borcu olmaqla, cəmi 3552.88 ABŞ dolları məbləğində borcun, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun və 0.40 manat xidmət haqqının tutulub X6 Təşkilatı “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh2 məhkəməyə ərizə müraciət edərək iddia tələbi ilə razı olmadığını, iddiaçı ilə onun arasında bağlanmış zaminlik müqaviləsinin müddətinin bitdiyini göstərib, zaminlik müqaviləsi üzrə iddia müddətinin tətbiq edilib onun zaminlikdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. X6 Təşkilatı «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, Cavabdeh1 xx xxxx 2014-cü il tarixdə BOKT «xxxxxxxxxxxxxxxxxxxx» MMC ilə L-MN-0027731-F saylı kredit müqaviləsi bağlayaraq 18 ay müddətinə 30 faiz illik faiz dərəcəsi olmaqla 6250 ABŞ dolları məbləğdə kredit almışdır. Həmçinin həmin tarixdə Cavabdeh2 ilə zaminlik və Cavabdeh3 arasında birgə borcluluq müqaviləsi bağlanmışdır. Borclular kredit müqaviləsi üzrəöhdəliklərini icra etməmiş, müqavilənin şərtlərini pozaraq, kreditin ödənilməsini mütəmadi olaraq gecikdirmişlər. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar öhdəliklərini icra etməmişlər. Qeyd olunanlara əsasən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2242.40 ABŞ dolları məbləğdə əsas borc, 1310.48 ABŞ dolları məbləğdə faiz borcu olmaqla, cəmi 3552.88 ABŞ dolları məbləğində borcun, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun və 0.40 manat xidmət haqqının tutulub X6 Təşkilatı “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nəödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh1 xx xxxx 2014-cü ildə BOKT «xxxxxxxxxxxxxxxxxxxx» MMC ilə müqavilə bağlayaraq 6250 ABŞ dolları məbləğdə kredit almış, aldığı borc məbləğini illik 30 faiz əlavəsi ilə 18 ay müddətinəödəməyi öhdəsinə götürmüşdür. Həmin tarixdə Cavabdeh2 ilə zaminlik və Cavabdeh3 arasında birgə borcluluq müqaviləsi bağlanmışdır. Zamin və birgə borclu, Cavabdeh1 öhdəliyini icra etmədikdə, onunla birgə məsuliyyət daşımağını üzərilərinə götürmüşlər. İddia ərizəsinə əlavə olunmuş BOKT «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 həmin tarixə BOKT «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nə cəmi 3552.88 ABŞ dolları məbləğdə borcu qalmışdır. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 9/2332 saylı rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh1 BOKT «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nə 4245.21 ABŞ dolları məbləğdə əsas və 1597.90 ABŞ dolları məbləğdə faiz borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit və zaminliklə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin kredit və zaminliyə aid müddəalarına, tərəflər arasında bağlanmış kredit, zaminlik və birgə borcluluq müqavilələrinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görəöhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit, zaminlik və birgə borcluluq müqavilələri iddia tələbi üzrə cavabdehlərin hüquq vəöhdəliklərinin yaranmasıüçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılmasıüçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan hüquq normalarına əsasən, iddiaçının borcalana qarşı borcun ödənilməsi tələbi əsaslıdır. İddianın zamindən borcun ödənilməsi tələbi əsaslı deyil. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsində zaminlik müqaviləsinə verilən tərifə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarıçıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədəərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından da aydın görünür ki, Cavabdeh2 ilə X6 Təşkilatı «xxxxxxxxxxxxxxxxxxxx» MMC arasında xx xxxx 2014-cü il tarixdə bağlanmış zaminlik müqaviləsi 18 ay müddətinə bağlanmışdır. İddiaçı isə qanunla müəyyən edilmiş müddətdə iddia irəli sürməmişdir. Cavabdeh (zamin) Cavabdeh2 isə məhkəməyə ərizə verərək zaminlik müqaviləsi üzrə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsi üzrə iddia müddəti tətbiq olunmalı və Cavabdeh2 zaminlikdən azad olunmalı və iddia ona aid hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat və 0.40 manat xidmət haqqı borclulardan kreditorun xeyrinə tutulmalıdır. İddia ərizəsindən göründüyü kimi cavabdehlərdən alınmalı olan pul xarici valyuta ilə göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin tələbinə əsasən pul öhdəliyi manatla ifadə olunmalıdır. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 yanvar tarixli 4 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilirsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Qeyd olunanlara əsasən qətnamənin nəticə hissəsində borclulardan alınmalı olan pul məbləğinin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi iləödənilməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinin tələbinə görə, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 107 və 115.0.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, işüzrə 145 manat məbləğdə ekspertiza xərci cavabdehlərə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh1 Elxan oğlu və Cavabdeh3 2242.40 ABŞ dolları məbləğdə əsas, 1310.48 ABŞ dolları məbləğdə faiz borcu olmaqla, cəmi 3552.88 ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb X6 Təşkilatı «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nə verilsin. X4 Kredit Təşkilatı «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin zamin Cavabdeh2 qarşı iddiası iddia müddəti keçdiyindən təmin edilməsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul və 0.40 manat xidmət haqqı cavabdehlər Cavabdeh1 Elxan oğlu və Cavabdeh3 tutulub X6 Təşkilatı «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nəödənilsin. İş üzrə 145 manat məbləğdə ekspertiza xərci cavabdehlərdən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar