Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-682/2025 30.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 246 manat pulun və mediasiya xərci üçün ödədiyi 60 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2015-ci ildə nikaha girməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aralarındakı rəsmi nikah pozulmuş və uşaq onun yanında qalmışdır. Nikah pozulmamışdan öncə 2019-cu il tarixdə aliment tələbinə dair müraciət etmiş və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-1046/2019 saylı qətnaməsi ilə 130 manat məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)-404 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq 150 manat olmuşdur. Bundan sonra alimentin artırılması üçün Mingəçevir 1 saylı Mediasiya Təşkilatına müraciət etdi. Cavabdeh hər ay 185 manat aliment ödəməyə razılaşdı. Mediasiya təşkilatında xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlandı. Həmin 185 manat uşağın saxlanması üçün yetərli deyil, çətinlik çəkir. Uşaq “G6FD fermet çatışmamazlığı” (qan parçalanması) xəstəliyindən əziyyət çəkir. Mütəmadi olaraq müayinə və müalicə olunur. Bundan əlavə uşaq 3 fənndən hazırlığa gedir. Hər ay hazırlıqlarına 150 manat pul ödəyir. Aralarında bağlanmış nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Uşağına baxmaqda maddi cəhətdən çətinlik çəkdiyini, buna görə də alimentə ehtiyacı olduğunu bildirmişdir. Cavabdeh isə alimentdən başqa əlavə olaraq uşağa heç bir köməklik etmir. Cavabdeh hal-hazırda Mingəçevir şəhərində “Təbiyət Riyaziyyat və X4”də mühafizəçi vəzifəsində işləyir, əmək haqqısı yüksəkdir və aliment ödəmədə heç bir çətinlik çəkmir. Uşağa tək başına baxmağa imkanı yoxdur. Məcbur qalaraq alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək, alimentin artırılması tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. İşin faktiki halı : İddiaçı Cavabdeh ilə xx.xx.2015-ci ildə nikaha girməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Tərəflərin arasında bağlanmış nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Tərəflər arasında iddiaçıya 185 manat alimentin ödənilməsi barədə xx.xx.2023-cü ildə tarixli barışıq sazişi mövcuddur. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək alimentin artırılaraq cavabdehdən azyaşlı övladı xx.xx.2016-cı il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 246 manat pulun tutulub ona ödənilməsini xahiş edir. Cavabdeh alimentin artırılması tələbinin qismən təmin olunmasını xahiş edir. İş materialları : Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-1046/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 manat alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-404/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 150 manat məbləğində tutularaq İddiaçı verilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-773/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə Mingəçevir şəhəri Nikah Evində bağlanmış və 114 nömrə ilə qeydiyyata alınmış rəsmi nikah qeydinin pozulması, nikah pozulduqdan sonra xx.xx.2016-cı il təvəllüdlü X2 anası İddiaçı yanında qalması qət edilmişdir. AZ-İİİ 708824 №li xx.xx.2016-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2016-cı il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, İkinci tərəf (Cavabdeh) məhkəmə qətnaməsində göstərilən 150 manat aliment məbləğinə 35 manat əlavə edərək Birinci tərəfə (İddiaçı) aylıq aliment məbləği olaraq, cəmi 185 manat ödəməyi öhdəsinə götürüb. İkinci tərəf 185 manat aliment məbləğini Birinci tərəfə 2023-cü ilin mart ayından başlayaraq, hər ayın 1-dən 5-dək nəğd olaraq ödəməyi öhdəsinə götürüb. “Mediasiya Şurası” Mingəçevir 1 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞM/MT031/2025-00026 nömrəli “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh iştirak etməmişdir. İddiaçı mediasiya xərci olaraq 60 manat ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 7-1-ci maddəsinə əsasən Ailə münasibətlərindən irəli gələn mübahisələrin mediasiya vasitəsilə həlli “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2025-ci il üçün minimum əmək haqqı 400 manat, Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2025-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunu: Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi Məhkəmə uşaq yetkinlik yaşına çatanadək iddiaçının cavabdehdən hər ay 246 manat məbləğində aliment tutulması tələbi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehin daha yüksək gəlirləri barədə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması nəzərə alınmalı, iddia tələbi qismən təmin edilməlidir. Beləliklə məhkəmə işin hallarını və uşağın mənafeyini nəzərə alaraq, hesab edir ki, xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilərək hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,53 misli həddində tutularaq İddiaçı ödənilməlidir. Mediasiya xərci olaraq ödənilmiş 60 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilərək hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,53 misli həddində tutularaq İddiaçı ödənilsin. Mediasiya xərci olan 60 (altmış) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-682/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-682/2025
30.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver