Məhkəmə qərarları › İş №2(051)-683/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-683/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-683/2025 08.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Kreditor "xxxx" ASC borclu Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh1 1097.32 ABŞ dolları əsas, 516.60 ABŞ dolları faiz, cəmi 1613.92 ABŞ dolları borcun və 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(051)-7072/2016 saylı məhkəmə əmri ilə borclu Cavabdeh1 kreditor "xxxx" ASC-nin xeyrinə 1097.32 ABŞ dolları əsas, 516.60 ABŞ dolları faiz, cəmi 1613.92 ABŞ dolları borc (əmr icra olunan günə manat məzənnəsi ilə) və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutulması əmr edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)-1691/2017 saylı qərardadı ilə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(051)-7072/2016 saylı məhkəmə əmrinin ləğv edilməsi və materialların iddia icraatına keçirilməsi qərara alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)-1691/2017 saylı qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və iş üzrə icraat dayandırılmışdır Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-13/2024 saylı qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş, iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə, saat 12:00-a təyin edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-13/2024 saylı qərardadı ilə İddiaçı-nin Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmışdır. İddiaçı "xxxx" ASC xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-13/2024 saylı qərardadının ləğv edilməsini və mülki iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-13/2024 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki işi üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-13/2024 saylı qərardadının ləğv edilməsi, iş üzrə icraat təzələnməsi və məhkəmə baxışı iclasının 10 dekabr 2024-cü il tarixə saat 11:10-a təyin olunması qərara alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-13/2024 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 qarşı “pul” tələbinə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. İddiaçı məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(051)-13/2024 saylı qərardadından şikayət verərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-13/2024 saylı qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 19 dekabr 2024-cü il tarixli 2(051)–13/2024 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-13/2024 saylı qərardadının ləğv edilməsinə dair verdiyi şikayətin təmin edilməməsi, qərardaddan verilmiş şikayət işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(107)- 251/2025 saylı qərardadına əsasən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(051)-13/2024 saylı qərardadı ləğv edilmiş, iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki işin baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmənin 06 mart 2025-ci il tarixli 2(051)–683/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə saat 10:00-a təxirə salınmışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Cavabdeh1 hüquq varisi Cavabdeh2 ilə əvəz olunması, kredit üzrə borcun xx.xx.2023-cü il tarixli 2V-433 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 10 aprel 2025-ci il tarixli 2(051)–683/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 qarşı pul tələbinə dair iddiası üzrə Cavabdeh2 Cavabdeh1 hüquqi varisi kimi tanınmışdır. İddiaçı tərəf ərizəsini onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Mingəçevir filialı ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə № 09-xx-xx-020183 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh1 27 ay müddətinə illik 28 %, dərəcəsi ilə 1480 ABŞ dolları məbləğində kredit verilmişdir. № 09-xx-xx-020183 saylı kredit müqaviləsinin 4.2. maddəsinə uyğun olaraq kreditin qaytarılması hər ayın 05 -dən gec olmayaraq 74.50 ABŞ dolları məbləğində olmaqla bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsinə uyğun olaraq nəzərdə tutulmuşdur. Cavabdeh1 kredit müqaviləsində göstərilən öhdəlikləri lazımınca icra etməmişdir. Bir neçə dəfə xəbərdarlıq olunmasına baxmayaraq, borcunu ödəməmişdir. Belə ki, MİN/826 saylı arayışa əsasən Cavabdeh1 xx.xx.2016-cı il tarixinə "xxxx" ASC-yə əsas borcu 1097,32 ABŞ dolları, faiz borcu 516.60 ABŞ dolları, cəmi borcu isə 1613,92 ABŞ dolları məbləği təşkil etmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı tərəfə və cavabdehin hüquqi varisi Cavabdeh2 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bununla belə iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmiş, Cavabdeh2 isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin hüquqi varisi Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" ASC-nin Mingəçevir filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixdə № 09-xx-xx-020183 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 illik 28 %, 27 ay müddətinə olmaqla 1480 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2016-cı il tarixli arayışa əsasən Cavabdeh1 xx.xx.2016-cı il tarixinə "xxxx" ASC-yə əsas borcu 1097,32 ABŞ dolları, faiz borcu 516.60 ABŞ dolları, cəmi borcu isə 1613,92 ABŞ dolları məbləği təşkil edir. İşdə olan Cavabdeh1 ünvanlanmış xx.xx.2016-cı il tarixli xəbərdarlıq məktubundan görünür ki, ondan kredit müqaviləsi üzrə öhdəlikləri icra etmək tələb olunmuşdur. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin 12 mart 2025-ci il tarixli 466 nömrəli məktubuna əsasən, Cavabdeh1 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Cavabdeh1 qalmış miras əmlaka dair Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisində Cavabdeh2 ərizəsinə əsasən xx.xx.2023-cü il tarixdə V-190/2023 saylı vərəsəlik işi açılmış və mərhumun vərəsəsi oğlu - Cavabdeh2 xx.xx.2023-cü il tarixli, 2V-433 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 2V-433 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş Cavabdeh1 vərəsəsi Cavabdeh2dur və o miras əmlak olan Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, ev 5 ünvanında yerləşən ümumi sahəsi 66.63 kv/m, yaşayış sahəsi 39.43 kv/m, yardımçı sahəsi 27.2 kv/m olan 3 otaqlı 32 saylı mənzildən tam hissədə pay almışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın surətindən görünür ki, Cavabdeh2 ondan ötrü verilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların məhkəmə iclası zamanı tədqiqi nəticəsində müəyyən etdi ki, "xxxx" ASC-nin Mingəçevir filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixdə № 09-xx-xx-020183 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 illik 28 % dərəcəsi ilə 27 ay müddətinə 1480 ABŞ dolları məbləğində kredit verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(051)-7072/2016 saylı məhkəmə əmri ilə borclu Cavabdeh1 kreditor "xxxx" ASC-nin xeyrinə 1097.32 ABŞ dolları əsas, 516.60 ABŞ dolları faiz, cəmi 1613.92 ABŞ dolları borc (əmr icra olunan günə manat məzənnəsi ilə) və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutulması əmr edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)-1691/2017 saylı qərardadı ilə həmin məhkəmə əmri ləğv edilmiş və materialların iddia icraatına keçirilməsi qərara alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və iş üzrə icraat dayandırılmışdır. Bununla belə kredit müqaviləsi xx.xx.2015-ci il tarixdə bağlanmasına, kredit müqaviləsi üzrə əsas məbləğin və faiz borcunun ödənilməsindən 360 gündən çox müddət keçməsinə, borc vaxtı keçmiş kredit borcuna aid edilməsinə baxmayaraq, iddiaçı tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanında nəzərdə tutulmuş qaydada işin məhkəmədən geri çağırılmasını təmin edən tədbirlər görülməmiş,həmçinin cavabdeh tərəfə yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilməmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. xx.xx.2023-cü il tarixli 2V-433 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 Cavabdeh1 qalmış mirası qəbul etmişdir. Məhkəmənin 10 aprel 2025-ci il tarixli qərardadı ilə Cavabdeh2 mərhum Cavabdeh1 hüquq varisi kimi tanınmışdır. Cavabdeh1 xx.xx.2016-cı il tarixinə "xxxx" ASC-yə əsas borcu 1097,32 ABŞ dolları, faiz borcu 516.60 ABŞ dolları, cəmi borcu isə 1613,92 ABŞ dolları məbləği təşkil etmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri ilə yanaşı, qanundan irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi, həmçinin vərəsəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə mərhum Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixdə № 09-xx-xx-020183 saylı kredit müqaviləsinə əsasən, mərhum Cavabdeh1 illik 28 % dərəcəsi ilə 27 ay müddətinə olmaqla 1480 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. xx.xx.2023-cü il tarixli 2V-433 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 Cavabdeh1 qalmış mirası qəbul etmişdir. Məhkəmənin 10 aprel 2025-ci il tarixli qərardadı ilə Cavabdeh2 Cavabdeh1 hüquq varisi kimi tanınmışdır. Ona görə də iddiaçının Cavabdeh2 qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə tətbiq edilən maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, iddia tələbi əsas kredit borcunun ödənilməsi hissəsində əsaslı olsa da, əsas kredit borcuna hesablanmış faiz məbləği işin müəyyən edilmiş həqiqi hallarına uyğun deyildir. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, xx.xx.2015-ci il tarixli 09-xxxx-020183 saylı kredit müqaviləsi üzrə əsas borcun məbləği 1097,32 ABŞ dolları təşkil etmişdir. 516.60 ABŞ dolları faiz hesablanmışdır. Məhkəmə iş materiallarına əlavə edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı tərəfindən Cavabdeh1 xx.xx.2016-cı il tarixdə xəbərdarlıq edilmişdir. Bundan sonra öhdəliyin icrası ilə bağlı ödəniş edilməməsi barədə iddiaçı tərəfindən Cavabdeh1 xəbərdarlıq edilməmişdir. Kredit müqaviləsi üzrə əsas məbləğin və faiz borcunun ödənilməsindən 360 gündən çox müddət gecikdiyindən, borc vaxtı keçmiş kredit borcuna aiddir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borcların olması müəyyən edilmişdir. Həmin Fərmanın 6.1-ci bəndində Banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri tövsiyə edilmişdir. Həmin Fərmanın 6.2-ci bəndində isə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görmələri tövsiyə edilmişdir. Həmin Fərmanın 7.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi tapşırılmışdır. Həmin Fərmanın 8.9-cu bəndində qeyd edilmişdir ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi xx.xx.2015-ci il tarixdə bağlandığından, kredit müqaviləsi üzrə əsas məbləğin və faiz borcunun ödənilməsindən 360 gündən çox müddət keçdiyindən, borc vaxtı keçmiş kredit borcuna aid edilməklə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Eləcə də həmin Fərmanın 6.1-ci bəndində göstərilən qaydada iddiaçı tərəfindən yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilməmiş, həmçinin işin məhkəmədən geri çağırılmasını təmin edən tədbirlər görülməmiş, nə də ərizəyə o barədə mötəbər sənədlər əlavə edilməmişdir. Belə olan halda cavabdeh tərəf problemli kreditlər məsələsinin həllinə yönəlmiş dövlət dəstəyindən faydalana bilməmiş, nəticədə iddiaçı tərəfin hərəkətsizliyi səbəbindən cavabdeh tərəfə münasibətdə Fərmanda qarşıya qoyulan qanuni məqsədə nail olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etməkdən ibarət olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, əsas kredit borcuna hesablanmış faiz pulu Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən silinməlidir. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməli, xx.xx.2015-ci il tarixli, 09-xx-xx-020183 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 cəmi 1097.32 ABŞ dolları əsas borc alınıb iddiaçıya ödənilməlidir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 №-li, 24 noyabr 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC-nin Mingəçevir filialı ilə mərhum Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 09-xx-xx-020183 saylı kredit müqaviləsinə əsasən 1097.32 (bir min doxsan yeddi dollar otuz iki sent) ABŞ dolları əsas kredit borcu onun hüquq varisi Cavabdeh2 qətnamə icra olunduğu günə manat məzənnəsi ilə alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehin hüquq varisinə aid edilsin. Cavabdeh2 ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar