Məhkəmə qərarları › İş №2(051)-692/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-692/2021

14.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-692/2021 14.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment miqdarının artırılması» tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında acıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx xxxxxx 2012-ci il təvəllüdlü Əsbət və xx xxxxxx 2012-ci il təvəllülü İnci saxlanması üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qızı tələbini belə əsaslanmışdır ki, Cavabdeh oğlu ilə xx.xx.2010-cu ildə nikahlarını bağlamışlar. Birgə nikahdan xx xxxxxx 2012-ci il təvəllüdlü Əsbət və xx xxxxxx 2012ci il təvəllülü İnci adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri əvvəllər normal olsa da sonradan münasibətləri pozulmuş və ayrılmışlar. Nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(051)-1164/2019 saylı qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş və uşağın yetkinlik yaşına çatana kimi saxlanması cavabdehdən hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat miqdarında aliment tutularaq ona verilməsi qət edilmişdir. Mingəçevir Şəhər məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir təlabatının ödənilməsi üçün yetərli deyil. Ötən illərdə yaşayış minimumu həddi 2 dəfə müxtəlif məbləğlərdə artırılmış, uşaqların saxlanması üzrə xərclər və maddi tələbat xərcləri artmış, aliment ödəmələrinin də artırılması üzrə xərclər və maddi tələbat xərcləri artmış, aliment ödəmələrinin də artırılması labüd hal almışdır. Odur ki, 2019-cu ildə təyin edilmiş alimentin məbləğinin artırılması üçün hazırkı iddia ilə müraciət edir. Bu zaman hər uşağa 120 manat məbləğində alimentin uşağın cəmisi 15 günlük tələbatlarını ödəməyə kifayət etmədiyi, onun uşağıyla birlikdə çətin maddi vəziyyətdə yaşadığı, işləmədiyi, heç bir qazanc (gəlir) yerinin olmadığı, cavabdehin 2 uşağı saxlamağa görə maddi imkanının qənaətbəxş olduğu nəzərə alınmalıdır. Ona görə də Məhkəmədən yetkinlik yaşına çatmayan xx xxxxxx 2012-ci il təvəllüdlü Əsbət və xx xxxxxx 2012-ci il təvəllülü İnci saxlanması üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğinin Cavabdeh oğlundan tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, həqiqətən İddiaçı qızı ilə xx.xx.2010-cu ildə nikahlarını bağlamışlar. Birgə nikahdan xx xxxxxx 2012-ci il təvəllüdlü Əsbət və xx xxxxxx 2012-ci il təvəllülü İnci adlı uşaqları doğulmuşdur. İddiaçı Nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(051)-1164/2019 saylı qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş və uşağın yetkinlik yaşına çatana kimi saxlanması cavabdehdən hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat miqdarında aliment tutularaq ona verilməsi qət edilmişdir. Hazırda maddi imkanı yaxşı olmadığından həmin alimenti belə çətinliklə ödəyə bilir. Maddi imkanın yetərsizliyini nəzərə alaraq məhkəmədən iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsina baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Bununla belə İddiaçı məhkəməyə teleqram göndərərək iddianın təmin olunmasını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sənədləri araşdırıb, müqayisəli şəkildə qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İddia ərizəsinə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X2 xx xxxxxx 2012-ci ildə, X1 isə xx xxxxxx 2012-ci ildə anadan olmuşdur. Həmin şəhadətnamələrdə uşağın atası kimi Cavabdeh oğlu göstərilmişdir. İşə əlavə olunmuş Mingəçevir Şəhər məhkəməsinin 2(018)-1164/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh oğlu ilə İddiaçı qızı arasında xx xxxxxx 2010-cu ildə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlamış 15 nömrəli nikahın pozulması, xx xxxxxx 2012-ci il təvəllüdlü Əsbət və xx xxxxxx 2012-ci il təvəllülü İnci yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment hər ay Cavabdeh oğlundan tutulub, İddiaçı qızına verilməsi qət edilmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsidir. Lakin iddia tələbinin həllində başqa hüquq normaları da nəzərdən keçirilməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, aliment kəsildikdən sonra birgə nikahdan doğulmuş Əsbət və İnci adlı uşaq anası İddiaçı yanında qalmışdır. xx xxxx 2019-cu il tarixdə çıxarılmış qətnaməyə əsasən Cavabdeh oğlundan 120 manat miqdarında aliment tutularaq İddiaçı qızına verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Lakin məhkəmə tərəfindən qətnamə çıxarıldığı vaxtdan hazırki vaxtadək tərəflərin ailə və ya maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. Belə bir dəyişiklik olması barədə iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. İddiaçıya dəfələrlə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəmə iclasına gəlməmiş və öz tələbini təstiq edən heç bir sübut təqdim etməmişdir. İddiaçı alimentin artırılması və cavabdeh Əliyarova Teymurun maddi vəziyətinin yaxşılaşması barədə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsinə və alimentin artırılmasına heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin olunmasın İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar