Məhkəmə qərarları › İş №2(051)-699/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-699/2020

23.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-699/2020 23.06.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Səfərov Cavabdeh iştirakı ilə, İddiaçı Səfərov Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası və Səfərov Cavabdeh İddiaçı qarşı «alimentin aylıq qazancın 50 faizi məbləğində təyin olunması» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü Səfərova Səmayə Cavabdeh qızı, xx.xx.2010-cu il təvəllüdlü Səfərli Şükufə Cavabdeh qızı və xx.xx.2012-ci il təvəllüdlü Səfərli Aysu Cavabdeh qızı adlı uşaqların yetkinlik yaşına çatana kimi Səfərov Cavabdeh aliment məbləğinin 170 manata qədər, cəmi 510 manat sabit pul məbləğinin artırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir Səfərov Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı alimentin artırılması tələbinə dair ərizəsinin təmin edilməməsi, İmişli rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(036)-731/2018 saylı qətnaməsinin dəyişdirilərək, İddiaçı ilə birgə nikahdan xx.xx.2008-ci il tarixdə doğulmuş Səfərli Səmayə Cavabdeh qızı, xx.xx.2010-cu il tarixdə doğulmuş Səfərli Şükufə Cavabdeh qızı və xx.xx.2012-ci il tarixdə doğulmuş Səfərli Aysu Cavabdeh qızı adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən aylıq qazancının 50%-i məbləğində tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı izahatında göstərmişdir ki, o 2007-ci il tarixdə Səfərov Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü Səfərli Səmayə Cavabdeh qızı, xx.xx.2010-cu il təvəllüdlü Səfərli Şükufə Cavabdeh qızı və xx.xx.2012-ci il təvəllüdlü Səfərli Aysu Cavabdeh qızı adlı 3 övladları var. İmişli rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Biləsuvar rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə Səfərov Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü Səfərova Səmayə Cavabdeh qızı, xx.xx.2010-cu il təvəllüdlü Səfərli Şükufə Cavabdeh qızı, xx.xx.2012-ci il təvəllüdlü Səfərli Aysu Cavabdeh qızının saxlanması üçün onun xeyrinə hər ay 180 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. O yaşamağa evi olmadığı üçün Mingəçevir şəhəri, Samux küçəsi Günəş massivi köhnə avtovağzalın qapısının ağzında olan ərazidə Bankdan 8000 manat götürərək vaqon almışdır. Hər ay Kapital Banka 191 manat kredit ödəyir. Aldığı əmək haqqı kreditə, kommunal xərclərə 50 manataqədərpul ödəyir. Cavabdeh fərdi sahibkarlıqla məşğul olur və montyor kimi işıq idarəsində çalışır. 5 sot torpaq sahələri var. Ona görə də məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü Səfərova Səmayə Cavabdeh qızı, xx.xx.2010-cu il təvəllüdlü Səfərli Şükufə Cavabdeh qızı və xx.xx.2012-ci il təvəllüdlü Səfərli Aysu Cavabdeh qızı adlı uşaqların yetkinlik yaşına çatana kimi Səfərov Cavabdeh aliment məbləğinin 170 manata qədər, cəmi 510 manat sabit pul məbləğinin artırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Səfərov Cavabdeh məhkəmə iclasında qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı Səfərova X2 şəhər Məhkəməsinə ona qarşı onunla birgə nikahdan xx.xx.2008-ci ildə doğulmuş Səmayə, xx.xx.2010-cu il tarixdə doğulmuş Şükufə və xx.xx.2012-ci il tarixdə doğulmuş Aysu adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 170 manat olmaqla 510 manat sabit pul məbləğində alimentin tutulması haqqda iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı iddia tələbində göstərmişdir ki, o sahibkarlıqla məşğul olur, montyor kimi işıq idarəsində işləyir və 5 sot torpaq sahələri vardır. O Əmək və X4 yanında fəaliyyət göstərən DOST xətti ilə Biləsuvar işıq idarəsində bağlanmış müqavilə üzrə fəhlə işinə qəbul edilmişdir və haırda orada fəhlə işləyir. Hər ay 250 manat 69 qəpik əmək haqqı alır. Bundan başqa gəliri, qazancı yoxdur. 5 sot torpaq sahəsinin alimentin artırılması iddiasına nə aidiyyatının olması təəccüblüdür. Bu torpaq sahəsinin ona heç bir aidiyyatı yoxdur. Qardaşı X1 gedən döyüşlərdə ağır yaralanmışdır. Ona 2-ci qrup Qarabağ əlili statusu verilmişdir. Qardaşı almış olduğu yaralardan 2001-ci ildə vəfat etmişdir. Həmin torpaq sahəsi onun qardaşına Qarabağ əlili olduğu üçün verilmişdir. O günün 8 saatını üzərinə düşən əmək vəzifəsini yerinə yetirir. Hazırki vaxta aylıq əmək haqqı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin ödənilməsinə kifayət etmir. nəticədə o məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini ödəyə bilmir. Ona görə də məhkəməyə müraciət edərək, İddiaçı alimentin artırılması tələbinə dair ərizəsinin təmin edilməməsi, İmişli rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(036)-731/2018 saylı qətnaməsinin dəyişdirilərək, İddiaçı ilə birgə nikahdan xx.xx.2008-ci il tarixdə doğulmuş Səfərli Səmayə Cavabdeh qızı, xx.xx.2010-cu il tarixdə doğulmuş Səfərli Şükufə Cavabdeh qızı və xx.xx.2012-ci il tarixdə doğulmuş Səfərli Aysu Cavabdeh qızı adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən aylıq qazancının 50%-i məbləğində tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşə əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, tərəflərin nikahının ləğv edilməsi xx.xx.2018-ci ildə 16 № ilə İmişli rayon Qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin nikahından xx.xx.2008-ci il təvəllüdlü Səmayə, xx.xx.2010-cu il təvəllüdlü Şükufə, xx.xx.2012-ci il təvəllüdlü Aysu adlı uşaqları doğulmuşdur. İşə əlavə olunmuş İmişli rayon Məhkəməsinin 2(036)731/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü Səfərova Səmayə Cavabdeh qızı, xx.xx.2010-cu il təvəllüdlü Səfərli Şükufə Cavabdeh qızı və xx.xx.2012-ci il təvəllüdlü Səfərli Aysu Cavabdeh qızı adına uşaqlaarın yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə cavabdeh Səfərov Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilərək hər uşağa 100 manat olmaqla hər ay 300 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materialları ilə tanış olaraq hesab edir ki, ilkin iddia tələbi qismən təmin olunmalı, qarşılıqlı iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay iki uşağa görə qazancın (başqa gəlirin) üçdə bir hissəsi miqdarında aliment tutulmalıdır. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimum haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən olunmuşdur. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, tərəflər arasında ailə münasibətləri pozulmuş onlar faktiki olaraq ayrılmışlar. Tərəflər ayrıldıqdan sonra birgə nikahdan doğulmuş uşaqlar ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı yanında yaşayırlar. Uşaqların yetkinlik yaşına çatana kimi hər ay hər uşağa 100 manat, cəmi 300 manat alimentin R.Səfərovdan alınıb İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Lakin bu məbləğ uşaqların saxlanması üçün kifayət etmir. Ona görə də ilkin iddia qismən təmin olunmalı, qarşılıqlı iddia isə rədd olunmalıdır. Belə ki, aliment kəsildikdən sonra tərəflərin maddi vəziyyətində əsaslı bir dəyişiklik olmasa da ölkədə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu və minimum əmək haqqı artmışdır. Bundan əlavə uşaqlar böyümüş və xərcləri də artmışdır. Ona görə də tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü Səmayə, xx.xx.2010-cu il təvəllüdlü Şükufə, xx.xx.2012-ci il təvəllüdlü Aysu adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün Səfərov Cavabdeh hər ay hər uşağa 120 manat, cəmi 360 manat məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İlkin iddia tələbi qismən təmin edilsin. Qarşılıqlı iddia tələbi rədd edilsin. Səfərov Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü Aysu, xx.xx.2010-cu il təvəllüdlü Şükufə və xx.xx.2018-ci il təvəllüdlü Samayə adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 120 manat, cəmi 360 manat məbləğində aliment tutularaq İddiaçı Səyyaf qızına verilsin. Qətnamə alimentin ödənilməsi hissədə dərhal icra olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar