Məhkəmə qərarları › İş №2(051)-7/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-7/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-7/2020 03.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Hacıyev Fəzail Hacı oğlunun katibliyi ilə, X1 İddiaçıASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : X1 İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2014-cü il tarixli 111.LN.2106.170214.00001 saylı kredit müqaviləsi üzrə 14335.72 manat əsas borc, 2970.66 manat faiz borc və 1800.32 manat cərimə olmaqla, cəmi 19107.20 manat kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək cavabdehlərdən xx.xx.2014-cü il tarixli 111.LN.2106.170214.00001 saylı kredit müqaviləsi üzrə 12935.72 manat əsas borc, 7777.92 manat faiz borc və 2935.65 manat cərimə olmaqla, cəmi 23649.29 manat kredit borcunun ödənilməsini tələb etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilmiş, iddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını, iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 ilə bağlanmış xx.xx.2014-cü il tarixli, 111.LN.2106.170214.00001 №li kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 25 faiz ödəməklə 22000 (iyirmi iki min) manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün “xxxxxxx” ASC ilə ipotekaqoyan Mubariz Musatafayev arasında bağlanmış xx.xx.2013-cü il tarixli 111.CL.210613.00001/a saylı ipoteka müqaviləsinin şərtlərinə görə ünvan 1 № li fərdi yaşayış evinə 0.16 ha torpaq sahəsilə birlikdə ipoteka hüququ verilmiş, həmin ipoteka müqaviləsinə xx.xx.2014-cü ildə 1 №li əlavə imzalanmış, onun qeydiyyatı xx.xx.2014-cü il tarixli, seriya RX ******* №li çıxarışla təsdiqlənmişdir. Cavabdeh1 bank arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə 111.CL.210613.00001/a saylı xx xxxx 2013-cü il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus ünvan 1 № li fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Cavabdeh1 bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Hazırda Cavabdeh1 “xxxxxxx” ASCyə 12935.72 manat əsas borc, 7777.92 manat faiz borc və 2935.65 manat cərimə olmaqla, cəmi 23649.29 manat məbləğində kredit borcu qalmışdır. Həmin borcun cavabdehdən tutulmasını, tutmanın ünvan 1 saylı fərdi yaşayış evinə 0.16 torpaq sahəsilə birlikdə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldikdə və o, satılqdıqda ipoteka qoyan Cavabdeh2 və Cavabdeh1 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri, həmin şəxslərin mənzilə istifadə hüquqlarının itirilməsi, ödənilmiş 30 manat dövlət rüsumu və 31 manat məbləğində bildirişin DƏDRX-da qeydiyyata alınmasına dair xərcin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılması xahiş edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlumat verilmiş, onlar iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş, lakin sonra məhkəməyə gəlməmişlər. Cavabdeh1 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdi ki, İddiaçıASC ilə arasında xx.xx.2014-cü il tarixli, 111.LN.2106.170214.00001 №li kredit müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən bankdan 22.000 manat kredit götürmüşdür. Maddi imkanları olmadığına görə kredit borcunu tam ödəyə bilməmişdir. Kredit borcunu ödəyəcəklər.Ancaq ipoteka qoyulmuş evin satılmasına razı deyil. Cavabdeh2 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh1 İddiaçıASC 22.000 manat kredit götürmüşdür. Kredit borcunun təminatı olaraq onun mülkiyyətində olan ev və torpaq sahəsi ipoteka qoyulmuşdur. Maddi imkanları olmadığı üçün kredit borcunu tam ödəyə bilməmişlər. Evin satılmasına razı deyil. Kredit bocunu ödəyəcəklər. Məhkəmə iş materialını araşdırıb, təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş İddiaçıASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 111.LN.2106.170214.00001 №li kredit müqaviləsindən görünür ki, bank Cavabdeh1 36 ay müddətinə 24 faizlə 22000 manat məbləğində kredit verməyi, Cavabdeh1 isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş xx.xx.2013-cü il tarixli 111.CL.210613.00001/a №li İpoteka müqaviləsindən görünür ki, Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus ünvan 1 saylı yaşayış evi 0.16 torpaq sahəsilə birlikdə ipoteka qoymuşdur.Evin ilkin satış qiyməti 40000 manat dəyərində qiymətləndirmişdir. İşə əlavə edilmiş 111.CL.210613.00001/a saylı ipoteka müqaviləsinə 1 №li əlavədən görünür ki, ipotekasaxlayan və Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 111.LN.2004.210613.00001 saylı və xx.xx.2014-cü il tarixli 111.LN.2106.170214.00001 saylı kredit müqavilələri və onlara edilmiş, və ya ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsəsdilə ipotekaqoyan əmlakı ipoteka qoyur, eləcə də onlara olan hüquq və maraqları ipoteka saxlayana verir. İpoteka qoyulmuş Sahil küçəsi 0.16 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evin ilkin satış qiyməti 70000 manat dəyərində qiymətləndirilmişdir. İşə əlavə edilmiş kassa məxaric orderin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2014-cü ildə İddiaçıASC-dən 21233.00 manat məbləğində kredit almışdır. İşə əlavə edilmiş “xxxxxxxxx” MMC tərəfindən verilmiş rəydən görünür ki, ipoteka qoyulmuş Cavabdeh2 məxsus ipoteka qoyulmuş Mingəçevir şəhəri Sahil küçəsi 0.16 ha torpaq sahəsində yerləşən 104.0 kv.m ümumi sahəsi olan 5 №li fərdi yaşayış evin ilkin satış qiyməti 125.000 manat dəyərində qiymətləndirilmişdir. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli “xxxxxxx” MMC tərəfindən verilmiş Hesabatın surətindən görünür ki, ünvan 1 № li ünvanda yerləşən fərdi yaşayış evinin bazar qiyməti 80.000 manat təşkil edir. İşə əlavə olunmuş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2017-ci il 7931№li rəyində göstərilir ki, İddiaçıASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cu il tarixli 111.LN.2106.170214.00001 №li kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçıASC-yə olan borcu 15037.29 manat əsas borc və 3304.28 faiz borc müəyyən olunur. İşə əlavə olunmuş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli 3182 №li rəyində göstərilir ki, İddiaçıASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 111.LN.2106.170214.00001 №li kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçıASC-yə olan borcu 15034.56 manat əsas borc və 3303.66 faiz borc müəyyən olunur. İşə əlavə edilmiş xəbərdarlıqlardan və bildirişlərdən görünür ki, iddiaçı məsələni prenteziya yolu ilə həll etmək istəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Qanunun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. “İpoteka haqqında” Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 36.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişi ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. İşə «xxxxxxx» ASC tərəfindən ipoteka qoyana göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş əlavə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.3, 319.6-cı maddələrinə və «İpoteka haqqında» Qanunun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinin satışından əldə olunan vəsaitdən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbi, o cümlədən əsas borc öhdəliyinin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulu və ya vurulmuş zərər, daha sonra isə məhkəmə xərcləri və digər xərclər ödənilir, qalan məbləğ ipoteka qoyana qaytarılır. Buna görə məhkəmə hesab edir ki, ipoteka predmeti hərracda satışa çıxarılmaqla satılmalı və satışdan əldə olunmuş vəsait hesabına iddiaçının tələbləri və məhkəmə xərcləri ödənilməli, qalan məbləğ isə ipoteka qoyana qaytarılmalıdır. «İpoteka haqqında» Qanunun 4-cü maddəsində göstərilmişdir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və vurulmuş zərərin əvəzinin ödənilməsi məhkəmə xərcləri və digər xərclərin ödənilməsi də daxil olmaqla tam ödənilir. «İpoteka haqqında» Qanunun 4-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən, ödənilmiş 30 manat dövlət rüsumu və bildirişin DƏDRX-da qeydiyyata alınması üçün ödənilmiş 31 manat dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirələn, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Müqavilənin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı cavabdehə 2935.65 manat məbləğində cərimə hesablamışdır. Lakin məhkəmə hesab edir ki, cavabdehə hesablanmış cərimənin məbləği azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009-cu il tarixli qərarında da göstərmişdir ki, “MM-nin 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə xx xxxx 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. (§71) Borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır”. İş materiallarından göründüyü kimi iddiaçı cavabdehə 2935.65 manat məbləğində cərimə hesablamışdır. Cərimənin tənasübsüzlüyü qənaətinə gələrkən məhkəmə, cavabdehin maddi imkanını nəzərə alır. Ona görə də məhkəmə iddianın cərimənin alınması hissəsində 300 manat məbləğində təmin olunmasını məqsədə müvafiq hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikasını qanun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış ərzinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidilər. Həmin qanunun 59.4-cü maddəsində göstərilir ki, bu qanun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutulmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.2. maddısinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, məhkəmə mühasibatlıq ekspertizasının rəyinə qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, 12935.72 manat əsas borc, 3303.66 manat faiz borc və 300 manat olmaqla, cəmi 16539.38 manat kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumu və 31 manat məbləğində bildirişin DƏDRX-da qeydiyyata alınmasına dair dövət rüsumu, cavabdehdən alınaraq iddiaçıya ödənilməli, tutma ipoteka qoyulmuş ünvan 1 № li ünvanda yerləşən fərdi yaşayış evi ilə birlikdə torpaq sahəsinə yönəldilməli, əmlakın açıq hərracda satılmalı, satışdan əldə olunmuş pul vəsaitindən cavabdehin banka olan borcu ödənilməli, ev satıldıqda sonra Cavabdeh2 Fidayl oğlu və Cavabdeh1 bir ay ərzində yaşayış sahəsinin tərk etməli, onların evə istifadə hüquqları itirilmişdir. İş üzrə ekspertiza xərci olan 50 manat və 145 manat, cəmi 195 manat Cavabdeh1 tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülkli Prosessual Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216– 220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh1 12935.72 (on iki min doqquz yüz otuz beş manat yetmiş iki qəpik) manat əsas borc, 3303.66 (üç min üç yüz üç manat altmış altı qəpik) manat faiz borc və 300 (üç yüz) manat cərimə olmaqla, cəmi 16539.38 (on altı min beş yüz otuz doqquz manat otuz səkkiz qəpik) manat, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat və bildirişin DƏDRX-da qeydiyyata alınması üçün ödənilmiş 31 (otuz bir) manat tutulub X1 İddiaçıASC-yə verilsin. Pulun tutulması ipoteka ilə yüklənmiş evə və torpaq sahəsinə yönəldilsin. Cavabdeh2 məxsus, ipoteka predmeti olan, ilkin satış qiyməti 80,000 (səksən min) manat qiymətləndirilmiş Mingəçevir şəhəri Sahil küçəsində 5 № li ünvanda yerləşən fərdi yaşayış evi 0.16 torpaq sahəsilə birlikdə açıq hərracda satışa çıxarılsın. Satışdan əldə edilən vəsaitdən 12935.72 (on iki min doqquz yüz otuz beş manat yetmiş iki qəpik) manat əsas borc, 3303.66 (üç min üç yüz üç manat altmış altı qəpik) manat faiz borc və 300 (üç yüz) manat olmaqla, cəmi 16539.38 (on altı min beş yüz otuz doqquz manat otuz səkkiz qəpik) manat, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat və bildirişin DƏDRX-da qeydiyyata alınması üçün ödənilmiş 31 (otuz bir) manat tutularaq iddiaçıya verilsin. Borcun ödənilməsindən sonra evin açıq hərracdan satılmasından qalan pul cavabdehə qaytarılsın. İpoteka qoyulmuş yaşayış evinə tutma yönəldikdə və satılqdıqda Cavabdeh2 və Cavabdeh1 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etsinlər və həmin şəxslərin evə istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat və 145 (bir yüz qırx beş) manat, cəmi 195 (bir yüz doxsan beş) manat Cavabdeh1 tutulub aşağıdakı rekvizitlər üzrə dövlət büdcəsinə keçirilsin. Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu 3 Ekspertiza xərci SAP (XİİS) hesabı Adı Dövlət Xəzinədarlığı Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000003944 SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** HESAB AZ34CTRE**********00088501 Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar