Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-700/2021 29.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC-nin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərilmişdir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 103804-837893/1 №li kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 27 faiz dərəcəsi ilə İddiaçı ASC-dən 800 manat məbləğində kredit almışdır. Sonra İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 103892-PC********** №li kredit xətti müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 300 AZN məbləğində kredit xətti verilmişdir. Lakin borclu müqavilələrin şərtlərini pozaraq, borc öhdəliyini icra etməmişdir. Cavabdeh banka xx.xx.2020-ci il tarixli, 103804-837893/1 №li kredit müqaviləsi üzrə 780.93 manat əsas borc, 174.66 manat faiz borcu olmaqla, cəmi 955.59 manat kredit borcu və xx.xx.2020-ci il tarixli 103892-PC********** №li kredit xətti müqaviləsi üzrə 241.74 manat əsas borc, 69.42 manat cərimə olmaqla, cəmi 311.16 manat kredit borcu vardır. Həmin borcların, dövlət rüsumu kimi ödənilmiş 30 manat və 0.40 qəpik bank xidmət haqqının cavabdehdən tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunması xahiş edilir. Cavabdeh bildiriş göndərilərək tələbə dair etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməyi bildirilmişdir. Lakin cavabdeh tələbə dair etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş İddiaçı ASC Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 10380- 837893/1 №li kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 800 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 103892-PC********** №li kredit xətti müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 300 manat məbləğində kredit xətti açmışdır. İşə əlavə edilmiş kassa məxaric orderin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən xx.xx.2020-ci ildə 800 manat məbləğində kredit götürmüşdür. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli, 10380-837893/1 №li kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC olan borcu, 780.93 manat əsas borcu, 174.66 manat faiz borcu olmaqla, cəmi 955.59 manat müəyyən edilir. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 103892- PC********** №li kredit kartı üzrə İddiaçı ASC-yə olan borcu, 241.74 manat əsas borc, 69.42 manat cərimə olmaqla, cəmi 311.16 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh müqavilədən irəli gələn öhdəlikləri icra etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddısinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, xx.xx.2020-ci il tarixli, 103804-837893/1 №li kredit müqaviləsi üzrə 780.93 manat əsas borc, 174.66 manat faiz borcu olmaqla, cəmi 955.59 manat, xx.xx.2020-ci il tarixli 103892- PC********** №li kredit xətti müqaviləsi üzrə 241.74 manat əsas borc, 69.42 manat cərimə olmaqla, cəmi 311.16 manat kredit borcu cavabdehdən alınıb İddiaçı ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 30 manat və 0.40 qəpik bank xidmət haqqının alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216– 220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi : İddia təmin olunsun. Cavabdeh xx.xx.2020-ci il tarixli, 103804-837893/1 №li kredit müqaviləsi üzrə 780.93 (yeddi yüz səksən manat doxsan üç qəpik) manat əsas borc, 174.66 (bir yüz yetmiş dörd manat altmış altı qəpik) manat faiz borcu olmaqla, cəmi 955.59 (doqquz yüz əlli beş manat əlli doqquz qəpik) manat; xx.xx.2020-ci il tarixli 103892-PC********** №li kredit xətti müqaviləsi üzrə 241.74 (iki yüz qırx bir manat yetmiş dörd qəpik) manat əsas borc, 69.42 (altmış doqquz manat qırx iki qəpik) manat cərimə olmaqla, cəmi 311.16 (üç yüz on bir manat on altı qəpik) manat kredit borcu, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat və 0.40 (qırx) qəpik bank xidmət haqqının alınıb İddiaçı ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-700/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-700/2021
29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver