Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-707/2025 18.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddiası üzrə mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh hər ay ailəyə 1000 manat qazanc gətirən ailə başçısı X10 öldürməsi səbəbindən azyaşlı uşaqlara dəymiş maddi zərərin əvəzi olaraq 30000 manat məbləğində pulun, 180 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh ailə başçısını öldürməsi səbəbindən azyaşlı uşaqlar Əsmər və Toğrulun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər bir uşağa 15000 manat, cəmi 30000 manat maddi ziyanın, hər il, hər aya mütənasib olaraq hesablanıb ondan alınması, o cümlədən 180 manat dövlət rüsumunun tutularaq iddiaçıların qanuni nümayəndəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Mingəçevir şəhər Məhkəməsinin məhkəmənin icraatında olmuşdur. Anaları ibtidai istintaq zamanı zərərçəkmiş (vəfat etmiş) X6 hüquqi varisi kimi tanınmışdır. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istitaq zamanı müəyyən olunmuşdur ki, o, uzun müddət dostluq münasibətində olduğu X14 ilə birlikdə xx.xx.2024cü il tarixdə, saat 19-20 radələrində Mingəçevir şəhəri Dilarə Əliyeva küçəsi, "Səməd Vurğun” parkında yerləşən "Samux” adlı ictimai iaşə obyektində yemək yeyib spirtli içki qəbul etdikdən sonra tanışları X3 və X1 iştirakları İlə həmin tarixdə saat 22:00 radəiərində yenidən spirtli içki qəbul etmək məqsədilə sonuncuya məxsus Mingəçevir şəhəri, Günəşli Bağlar massivi 8-ci küçə ünvanında yerləşən 42 nömrəli fərdi yaşayış evinə gedərək fərdi yaşayış evinin dəhlizinə daxil olub ev sahibi Məhəmməd Əsgərova məxsus, açıq şəkildə saxlanılan, odlu və ya qaz silahı hesab edilməyən "X17 125" modelli 4.5 mm kalibrli yivsiz pnevmatik tüfəngi görüb zarafat etmək məqsədi ilə götürərək əvvəlcə Məhəmməd Əsgərova tərəf, daha sonra isə orada olan aşağı əyilərək ayyaqqabısının bağını açan digər dostu X11 tərəf tutub cinayətkarcasına etinasızlıq göstərərək öz əməlinin ictimai təhlükəli nəticələrə səbəb olacağını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli və görə bilməli olduğu halda bunu görməyib pnevmatik tüfəngin dolu ola biləcəyini, canlı şəxsləri öldürə biləcəyini qabaqcadan görməli və görə bilməli olduğu halda görməyərək həmin tüfəngdən soldan-sağa, yuxarıdan aşağı və nisbətən öndən arxaya istiqamətində atdığı bir ədəd atış nəticəsində "Diablo” tipli, 4.5 mm kalibrli mərmiciyin Aqil Əhmədovun ürək kisəsinin, sağ qulaqcığının, orta divar aralığının və ağ ciyərin zədələnməsi ilə döş qəfəsinin daxilinə dəlib keçməsi ilə müşayiət olunan həyat üçün təhlükəli olduğundan ağırlıq dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarət yetirib ehtiyatsızlıqdan sonuncunu öldürmüşdür. Mingəçevir şəhər məhkəməsinin 1(051)-93/2024 saylı 29 iyul 2024-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 1 (bir) il 09 (doqquz) ay 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. X5 uşaqların atasıdır. X7 şəhəri ərazisində yerləşən "xxxx" şirkətində sürücü vəzifəsində işləmişdir. 30 may 2015-ci il tarixdə Aqil Əhmədovla Qanuni nümayəndə nikah bağlayaraq ailə həyatı qurmuşlar. Onların Əsmər və Toğrul adlı övladları olmuşdur. Ataları öldükdən sonra onlar anaları ilə qalmışdır. Mərhum X2 işləyirdi əmək haqqı və digər gəlirləri ilə birlikdə aylıq 1000 manatdan artıq evə qazanc gətirirdi. Cavabdeh təqsirliyi səbəbindən ailə başçısını itirməkləri hər ay ailənin 1000 manat qazancının itirilməsinə, 4 yaşlı və bir aylıq körpələrin atasız qoyaraq ata nəvazişindən mərhum edilməsi ilə böyük məbləğdə maddi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh ailə başçısını öldürməsi səbəbindən azyaşlı uşaqlar Əsmər və Toğrulun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər bir uşağa 15000 manat, cəmi 30000 manat maddi ziyanın, hər il, hər aya mütənasib olaraq hesablanıb ondan alınması, o cümlədən 180 manat dövlət rüsumunun tutularaq iddiaçıların qanuni nümayəndəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahat verərək, iddia tələbi ilə razı olmadığını, belə ki, Qanuni nümayəndə da hazırda işlədiyini və ailənin qazancdan məhrum olmadığını bildirdi. Həmçinin uşaqların ailə başçısız qalmasına görə aylıq təqaüdün də verildiyini bildirdi. Odur ki, tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar AZ-İV 901612 №li xx.xx.2024-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, atası X14, anası Qanuni nümayəndədır. AZ-İV 384606 №li xx.xx.2020-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 xx.xx.2019-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, atası X14, anası Qanuni nümayəndədır. AZ-İİ 009394 №li xx.xx.2015-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X14 ilə X4 xx.xx.2015-ci il tarixdə Mingəçevir şəhər Nikah Evində nikahlarını bağlamış, xx.xx.2015-ci il tarixdə 179 № ilə akt qeydləri kitabında qeyd edilmişdir. AZ-İİ 410204 №li xx.xx.2024-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2024-cü il tarixdə ölmüş, xx.xx.2024-cü il tarixdə 61 № ilə akt qeydləri kitabında qeyd edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(051)-93/2024 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, üzərində qəti olaraq 01 il 9 ay 5 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. xx.xx.2025-ci il tarixli ********** №li mədaxil qəbzindən görünür ki, Qanuni nümayəndə tərəfindən iddia ərizəsinin verilməsinə görə 180 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli 006 №li "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, X14, həqiqətən də xx.xx.2020-ci il tarixindən cəmiyyətdə şəxsi sürücü vəzifəsində işləmiş və aylıq əmək haqqı 380 manat təşkil etmişdir. Minimum əmək haqqının artımı ilə qanunvericiliyə əsasən əmək fəaliyyəti davam etdirildiyi təqdirdə əmək haqqısı 400 manat təşkil edəcəkdi. İşin müəyyən olunmuş halı: Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 atası X10 ehtiyatsızlıqdan öldürməklə Mingəçevir şəhər məhkəməsinin 1(051)-93/2024 saylı 29 iyul 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 1 il 09 ay 05 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkir. X14 xx.xx.2020-ci il tarixdən "xxxx" MMC-də şəxsi sürücü vəzifəsində işləmiş və aylıq əmək haqqısı 380 manat olmuşdur. İddiaçıların qanuni nümayəndəsi, anaları Əsmər və Toğrul adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər bir uşağa 15000 manat, cəmi 30000 manat maddi ziyanın, hər il, hər aya mütənasib olaraq hesablanıb Cavabdeh alınmasını xahiş edir. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz bildirərək təmin edilməməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. 1119.2. Zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma müavinəti nəzərə alınmır. Müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır. Sahibkarlıq fəaliyyətindən götürülən gəlir, habelə müəllif qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir, bu zaman sahibkarlıq fəaliyyətindən götürülən gəlir müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən daxil edilir. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə nəzərə alınır. 1119.3. Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. 1119.4. Zərərin vurulduğu an zərərçəkənin işləmədiyi halda öz arzusu ilə onun işdən azad edilənədək əldə etdiyi qazanc və ya həmin ərazidə onun ixtisasından olan işçiyə verilən muzdun adi miqdarı, lakin altı manatdan az olmamaqla, nəzərə alınır. 1119.5. Əgər xəsarət yetirilənədək və ya sağlamlığı başqa şəkildə pozulanadək zərərçəkənin qazancında (gəlirində) onun əmlak vəziyyətini yaxşılaşdıran sabit dəyişikliklər baş vermişdirsə (tutduğu vəzifə üzrə əmək haqqı artırılmışdırsa, daha yüksək maaşlı işə keçirilmişdirsə, əyani təhsil aldığı təhsil müəssisəsini bitirdikdən sonra işə girmişdirsə və zərərçəkənin əməyinin ödənilməsində dəyişikliyin və ya dəyişiklik imkanının sabitliyinin sübuta yetirildiyi başqa hallarda), onun orta aylıq qazancı (gəliri) müəyyənləşdirilərkən yalnız müvafiq dəyişiklikdən sonra aldığı və ya almalı olduğu qazanc (gəlir) nəzərə alınır. 1121.1. Zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: 1121.1.1. ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 1121.1.2. şəxsin ölümündən sonra doğulmuş uşağı; 1121.1.3. ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; 1121.1.4. ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər. 1121.2. İşləməyən və ölənin uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü zərərin əvəzinin ödənilməsi hüququnu həmin şəxslərə qulluq qurtardıqdan sonra da saxlayır. 1121.3. Zərərin əvəzi aşağıdakılara ödənilir: 1121.3.1. yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək; 1121.3.2. on səkkiz yaşından yuxarı tələbələrə - əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək; 1121.3.3. əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə ömürlük; 1121.3.4. əlilliyi olan şəxslərə - əlillik müddəti üçün; 1121.3.5. ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə qulluq etdikləri on dörd yaşına çatanadək. 1122.1. Ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir. 1122.2. Zərərin əvəzinin ödənilməsi miqdarı müəyyənləşdirilərkən ailə başçısının ölümü ilə əlaqədar şəxslərə təyin edilmiş pensiyalar və həm ailə başçısı ölməzdən əvvəl, həm də öldükdən sonra təyin edilmiş digər növ pensiyalar, habelə həmin şəxslərin götürdükləri qazanc (gəlir) və aldıqları təqaüd onlara zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Cavabdeh iddiaçıların atası X10 odlu və ya qaz silahı hesab edilməyən "X17 125" modelli 4.5 mm kalibrli yivsiz pnevmatik tüfəngi ilə atəş açaraq ehtiyatsızlıqdan öldürmüşdür. Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-93/2024 saylı 29 iyul 2024-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 1 il 09 ay 05 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. X14 ölməmişdən qabaq "xxxx" MMC-də şəxsi sürücü vəzifəsində işləmiş və aylıq əmək haqqısı 380 manat olmuşdur. Aqil Əhmədov Qanuni nümayəndə ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü Əsmər və xx.xx.2024-cü il tarixli Toğrul adlı uşaqları doğulmuşdur. Aqil Əhmədov öldükdən sonra ailəsi başsız qalmış və ailə üzvləri onun qazancından, habelə gələcəkdə qazanacağı gəlirlərin məhrum olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməli, Cavabdeh dəymiş zərərin əvəzi kimi X5nun uşaqları xx.xx.2019-cu il təvəllüdlü İddiaçı1 və xx.xx.2024-cü il təvəllüdlü İddiaçı2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər bir uşağa 15000 manat olmaqla, cəmi 30000 manat maddi ziyan hər il hər aya mütənasib olaraq bölünməklə Cavabdeh alınaraq iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə ödənilməlidir. İddia təmin edildiyinə görə ödənilmiş 180 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Qanuni nümayəndə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş zərərin əvəzi kimi X5nun uşaqları xx.xx.2019-cu il təvəllüdlü İddiaçı1 və xx.xx.2024-cü il təvəllüdlü İddiaçı2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər bir uşağa 15000 (on beş min) manat olmaqla, cəmi 30000 (otuz min) manat maddi ziyan hər il hər aya mütənasib olaraq bölünməklə Cavabdeh alınaraq iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 180 (bir yüz səksən) manat məbləğində pul tutularaq Qanuni nümayəndə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-707/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-707/2025
18.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver