Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-710/2023 05.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ X11 Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə İddiaçı: "xxxx" ASC–nin nümayəndəsi X6 Cavabdehlər: X7 və X4 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Fətullayeva (Fərəcova) İlhamə Feyruz qızına və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Fətullayeva (Fərəcova) İlhamə Feyruz qızına və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada 5213 ABŞ dolları əsas, 2496 ABŞ dolları faiz borcu olmaqla, cəmi 7709 ABŞ dolları pulun və ödənilmiş 20 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda məhkəmə əmri çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixi 2(051)-1369/2017 saylı əmri ilə iddia təmin edilmş və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 5213 ABŞ dolları əsas, 2496 ABŞ dolları faiz borcu olmaqla, cəmi 7709 ABŞ dolları pulun və ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qərara alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixi qərardadı ilə həmin məhkəmənin xx.xx.2017-ci il tarixi, 2(051)-1369/2017 saylı məhkəmə əmri borclu X8qızının etiraz ərizəsinə əsasən ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclası zamanı iddianı müdafiə edərək, əsasən, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, İddiaçı ASC-nin «Mingəçevir» filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, MF-UN/02 saylı kredit müqaviləsinə əsasən, cavabdehə şəxsi məqsədlər üçün 36 ay müddətinə 5350 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2015-ci il tarixdə iddiaçı "xxxx" ASC ilə digər cavabdehlər Cavabdeh2, Fətullayeva (Fərəcova) İlhamə Feyruz qızı və Cavabdeh4 arasında zaminlik müqavilələri bağlanmışdır. Lakin, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliyini vaxtında və lazımınca icra etməmişlər, ödəməli olduqları krediti və hesablanmış faizləri ödəməkdən yayınmışlar. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixi əmri ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 5213 ABŞ dolları əsas, 2496 ABŞ dolları faiz borcu olmaqla, cəmi 7709 ABŞ dolları pulun və ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə əmr edilmişdir. Bundan sonra bank tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən cavabdehin xx.xx.2019-cu il tarixinə əsas kredit borcu 5102,05 ABŞ dolları olmaqla ondan 468,90 ABŞ dolları kompensasiya məbləği çıxılmış və yerdə qalan 4633,15 ABŞ dolları əsas kredit borcu illik 1 faiz olmaqla 5 (1 illik güzəşt müddəti ilə) müddətinə cavabdehə restruktrizasiya olunması təklif edilməsi üçün müəyyən hərəkətlər edilsə də, lakin cavabdehlər banka gəlmədikləri üçün həmin təklifi etmək mümkün olmamışdır. Hazırda cavabdehin bir neçə ödənişlər edildikdən sonra banka 2134,10 ABŞ dolları əsas kredit borcu, 2496 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4630,10 manat borcunun olduğunu nəzərə alınmasını bildirdi. Dəfələrlə xəbərdarlıq edilməsinə və bildiriş göndərilməsinə baxmayaraq, cavabdehlər banka olan borclarını ödəməmişlər. Bu səbəbdən təmsil etdiyi bank məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən qanunamüvafiq qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul etdi və əlavə olaraq göstərdi ki, həqiqətən İddiaçı ASC-nin «Mingəçevir» filialı ilə onun arasında bağlanmış xx.xx.2015-ci il tarixli, MF-UN/02 saylı kredit müqaviləsinə əsasən, ona şəxsi məqsədlər üçün 36 ay müddətinə 5350 ABŞ dolları məbləğində kredit verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixi əmri ilə ondan və digər cavabdehlər Cavabdeh2, Cavabdeh3dan və Cavabdeh4 müştərək qaydada 5213 ABŞ dolları əsas, 2496 ABŞ dolları faiz borcu olmaqla, cəmi 7709 ABŞ dolları pulun və ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə əmr edilmişdir. Bundan sona bir sıra ödənişlər edildikdən sonra dolların kursu artığı üçün ödənişlər etməkdə çətinlik çəkmişlər. Onlar məhkəmədən həmin xarici valyutanını manata çeviriliməsini, həmçinin onların borcu Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşdüyü üçün bu məsələni də həll edlməsini məhkəmədn xahiş edirlər. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmədə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 izahatına uyğun məzmunda izahat verərək iddinının qismən təmin edilməsini məhkəmədən xahiş etdiilər. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh4 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, MF-UN/02 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi məqsədlər üçün 36 ay müddətinə 5350 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2, Cavabdeh3nd və Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqavilələlərindən görünür ki, X1 Pərviz Rəşid oğlunun kreditor qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərilərinə götürmüşdürlər. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixi, 2(051)- 1369/2017 saylı məhkəmə əmrindən görünür ki, cavabdehlərdən müştərək qaydada 5213 ABŞ dolları əsas, 2496 ABŞ dolları faiz borcu olmaqla, cəmi 7709 ABŞ dollarıməbləğində pulun və ödənilmiş 20 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi əmr edilmişdir. İşdə olan Problemli kreditlərin kompensasiyası barədə çıxarışdan görünür ki, cavabdeh Şirinova Aidə Əli qızının kredit borcuna 468,90 ABŞ dolları kompensasiya hesablanmış və onun xx.xx.2019-cu il tarixinə AtaBank ASC-yə olan 5102,05 ABŞ dolları əsas kredit borcunun (manat ekvivavalentində) restruktruzasiya olunması təklif olunan kreditlərinin məbləği 4633,15 ABŞ dolları olmuşdur. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların məhkəmə iclası zamanı tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, MF-UN/02 saylı kredit müqaviləsinə əsasən, cavabdehə şəxsi məqsədlər üçün 36 ay müddətinə 5350 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2015-ci il tarixdə iddiaçı "xxxx" ASC ilə digər Cavabdeh2, Cavabdeh3nd və Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etməmişlər, ödəməli olduqları əsas kredit məbləğini və hesablanmış faizləri ödəməkdən yayınmışlar. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixi 2(051)-1369/2017 saylı əmri ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 5213 ABŞ dolları əsas, 2496 ABŞ dolları faiz borcu olmaqla, cəmi 7709 ABŞ dolları pulun və ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə əmr edilmşdir. Bundan sonra bank tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən cavabdehin xx.xx.2019-cu il tarixinə əsas kredit borcu 5102,05 ABŞ dolları olmaqla ondan 468,90 ABŞ dolları kompensasiya məbləği çıxılmış və yerdə qalan 4633,15 ABŞ dolları əsas kredit borcu illik 1 faiz olmaqla 5 (1 illik güzəşt müddəti ilə) müddətinə Cavabdeh1 kredit məbləğinin restruktrizasiya olunması təklif edilməsi üçün müəyyən hərəkətlər edilsə də, lakin cavabdeh banka müəyyən səbəblərdən gəlmədiyi üçün, ona həmin təklifi etmək mümkün olmamışdır. Hazırda cavabdehlərin əsas kredit borcuna hesablanmış faiz qalmış və əsas kredit borcu isə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən xx.xx.2019-cu il tarixinə 2134.10 ABŞ dolları olaraq hesablanmışdır. Cavabdeh tərəf məhkəmə əmrindən etiraz verərək hüququnun bərpa olunmasını tələb edir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, MF-UN/02 saylı kredit müqaviləsinə əsasən, cavabdehə şəxsi məqsədlər üçün 36 ay müddətinə 5350 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2015-ci il tarixdə iddiaçı "xxxx" ASC ilə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3nd və Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər öhdəliklərini lazımi şəkildə icra etməmişlər. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə tətbiq edilən maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, iddia tələbi əsas kredit borcunun ödənilməsi hissəsində əsaslı olsa da, əsas kredit borcuna hesablanmış faiz və cərimə məbləği hissəsi işin müəyyən edilmiş həqiqi hallarına uyğun deyildir Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən cavabdehin xx.xx.2019-cu il tarixinə milli valyutada əsas kredit borcu (manat ekvivalentində) 5102,05 ABŞ dolları müəyyən edilmiş və ondan 468,90 ABŞ dollları kompensasiya məbləği çıxılmaqla 4633,15 ABŞ dolları məbləğində əsas kredit borcu qalmışdır. Həmin kredit borcunun illik 1 faiz olmaqla 5 (1 illik güzəşt müddəti ilə) müddətinə cavabdehə restruktrizasiya olunması təklif edilə bilməmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli, MF-UN/02 nömrəli kredit müqaviləsi üzrə iddiaçının cavabdehdən silinmiş faiz borcunu tələb etməsi, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanında qarşıya qoyulan məqsədə zidddir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etməkdən ibarət olmuşdur. Həmin Fərmanın xx.xx.2019-cu il tarixli Fərmanının 7.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi tapşırılmışdır. Həmin Fərmanın 6.1-ci bəndinə əsasən Banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri tövsiyyə edilmişdir. Həmin Fərmanın 6.2-ci bəndində əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklara bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görmələri tövsiyyə edilmişdir. Həmin Fərmanın 8.9-cu bəndinə qeyd edilmişdir ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur. Ona görə də məhkəmə hesab edir ki, cavabdehlərin əsas kredit borcuna hesablanmış faiz borcu əsaslı deyildir. Məhkəmə, həmçinin iddianın cavabdeh X5 aid hissəsi ilə bağlı qeyd edir ki, cavabdeh X9 da zamin olaraq bank qarşısında cavabdeh Şirinova Aidə Əli qızı ilə birgə məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1–ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə–hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2–ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1–ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsində göstərilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Odur ki, Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçı bankın tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməli, xx.xx.2015-ci il tarixli, MF-UN/02 nömrəli kredit müqaviləsinə əsasən cavabdehlər Şirinova Aidə Əli qızından və X2 müştərək qaydada cəmi 2134,10 ABŞ dolları əsas borc alınıb iddiaçı banka ödənilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətini tərəfindən tərtib olunmuş hesabdan çıxarışdın görünür ki,cavabdehin borcu 2134,10 ABŞ dolları əsas borc, 2496 ABŞ dolları faiz borcu təşkil edir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçı banka verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPMnin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh4 müştərək qaydada 2134,10 (iki min yüz otuz dörd dollar 10 sent) ABŞ dolları əsas kredit borcu alınıb iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh4 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-710/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-710/2023
05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver