Məhkəmə qərarları › İş №2(051)-711/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-711/2024

13.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-711/2024 13.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə (üçüncü şəxslər X23 və X14) qarşı etibarnamənin, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə (üçüncü şəxslər X23 və X14) qarşı etibarnamənin, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair məhkəmədə iddia qaldıraraq, bacısı, 1-ci qrup əlil X8 adından Cavabdeh3 AR-İİİ seriyalı 206366 №li, xx.xx.2023-cü il tarixdə verilmiş etibarnamənin etibarsız hesab edilməsi, Cavabdeh3 ilə onun qızı Cavabdeh2 arasında bağlanmış AN-İ seriyalı ******* №li alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş ********** saylı xx.xx.2023-cü i tarixli Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını və aldaldılma, dələduzluq faktının olmasını nəzərə alıb, xüsusi qərardad çıxarılmaqla prokurorluğa məlumat verilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma tələbinə dair məhkəmədə qarşılıqlı iddia qaldıraraq, cavabdeh X9 Mingəçevir şəhəri N.Nərimanov 34 saylı evin, 5 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Səmədova X13 şəhəri 10-cu Günəşli küçəsi ev 22 A ünvanda yaşamışdır. Onun anası rus milliyətindəndir, atası isə azərbaycanlı. Əvvəllər o, ailəli olduğu üçün ayrı yaşamışdır. Anası Vera ilə xəstə bacısı Mədinə anama məxsus Mingəçevır şəhəri N.Nərimanov küçəsi ev 34 mənzil 5 ünvanında yerləşən mənzilində yaşayırdılar. X6 müddətsiz proqressiv gedişli dağınıq skleroz baş beyin onurğa beyin. Aşağı ətrafların paraparezi, çanaq orqanlarının funksiyasının pozulması, OU-görmə sinirinin hissəvi atrofiyası diaqnozu ilə İ qrup əlildir. Bacısı ailəsi olmadığı və xəstə olduğu üçün anası ilə razılıqlarına əsasən anasına məxsus ünvan 2 ünvanında yerləşən mənzili bacısına bağışladı. X37 xx.xx.2023-cü ildə vəfat etdi. Anası vəfat etdikdən sonra onun yas mərasiminin məsrəflərini qarşılamışdır. Uzaqdan tanıdığı, heç bir qohumluq münasibətimiz olmayan Cavabdeh3, X23 və onların kürəkənləri Anar adlı şəxslər o işdə olan vaxtlar Mədinəyə məxsus və yaşadığı mənzilə gəlib, özlərini yaxın adam kimi göstərib, guya ki, ona kimsəsiz adam kimi qulluq edəcəklərini bildirmişlər. Bacısı Mədinə qeyd etdiyi kimi xəstə adamdır, onu inandırmışlar. O işdə olduğu vaxt bacısı X28, arvadı İradə və kürəkənləri Anarla birlikdə özləri yaşadıqları evə aparmışlar. O işdən gələndə ona məlum oldu. Bacısıyla əlaqə saxladı, bacısı Mədinə öz evinə gəlmək istəmədi. Bacısı Mədinə onunla danışanda ona kənardan diqtə edirdilər. Qısa müddət keçmiş mənə məlum oldu. Füzuli, arvadı İradə və kürəkənləri Anar aldatma yolu ilə bacısı Mədinəyə ünvan 2 ünvanında yerləşən mənzilini ələ keçirmək istəyirlər. O vaxt itirmədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional "Asan Xidmət” Mərkəzində Notariat Ofisinə rəsmi qaydada ərizə ilə müraciət edib bacısı Mədinənin xəstəlik sənədi də əlavə edib xəstə bacısı tərəfindən ünvan 2 ünvanında yerləşən mənzili ilə bağlı etibarnamə verməyi və digər hərəkətləri etməyi qadağan edilməsini xahiş etdi. "Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən onun rəsmi qaydada göndərdiyi ərizə alındıqdan təxminən bir həftə sonra bir qrup bizə qohumluq münasibəti olmayan şəxslər. Notariat Ofisində olmuş bacısı Mədinənin yeriyə bilməməsini əsas gətirib, ev şəraitində etibarnamənin verilməsini xahiş etmişlər. Qeyd etdiyi kimi baxmayaraq ki, ünvan 2 ünvanında yerləşən mənzili ilə bağlı etibarnamə verməyi və digər hərəkətləri etməyi qadağan edilməsi barədə ərizənin olmasına baxmayaraq "Asan Xidmət” Mərkəzində Notariat Ofisi sifariş əsasında notariusun işçisini ev şəraitində etibarnamə vermək üçün göndərmişdir. Onun bacısı İ qrup əlildir, yazmağı bilmir. Onun xəstəliyindən istifadə edərək bacısının adına olan Mingəçevir şəhəri N.Nərimanov prospekti 34 evin 5 mənzili ilə bağlı etibarnamə hazırlanır. Həmin etibarnamə AR-İİİ seriyalı 206366 №li, xx.xx.2023-cü il tarixdə etibarnamə Cavabdeh3 verilir, X23 X6nın əvəzindən imza edir. Cavabdeh3 xx.xx.2023-cü il tarixdə AN-İ seriyalı ******* №li alqı-satqı müqaviləsi bağlayaraq qızı Cavabdeh2 qızma salır. Cavabdeh2 ilə alqı satqı müqaviləsindən sonra ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarış alır. Guya ki mənzilin alqı-satqısına 30000 (otuz min) manat pul ödənilir, həmin pulun götürülməsi isə Cavabdeh3 həvalə olunur. Göründüyü kimi aşkar formada dələduzluq cinayətinin tam olaraq tərkib əlamətləri vardır. X6 İ qrup əlil kimi 500 (beş yüz) manata yaxın pensiya alır. Ona ata evini satmağa ehtiyac yoxdur. Bacısı, 1-ci qrup əlil X8 adından Cavabdeh3 AR-İİİ seriyalı 206366 №li, xx.xx.2023-cü il tarixdə verilmiş etibarnamənin etibarsız hesab edilməsi, Cavabdeh3 ilə onun qızı Cavabdeh2 arasında bağlanmış AN-İ seriyalı ******* №li alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş ********** saylı xx.xx.2023-cü i tarixli Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 34 saylı evin, 5 saylı mənzili 14 dekabr 2023-cü ildə alqı-satqı yolu ilə əldə etmişdir. 26 dekabr 2023-cü ildə mülkiyyət hüquqları qeydə alınmışdır. Hazırda mənzilində mənzilin əvvəlki mülkiyyətçisi olmuş Mədinə Bayramovanın bacısı Ulduz Bayramova yaşayır. Belə ki, bu alqı-satqı müqaviləsindən xəbərdar olan Ulduz Bayramova bacısı Mədinənin öz şəriksiz mülkiyyətində olmuş mənzilini onlara satmasından hiddətlənərək onlara hücum çəkmiş və onlar məcburiyyət qarşısında evlərini tərk etməli olmuşlar. Onun təqsiri ucbatından əmlaklarından istifadə edə bilmir. Hazırda mənzildə onlara məxsus bir çox əmlaklarından istifadə edə bilmir. Hazırda mənzildə onlara məxsus bir çox əmlakları olsa da, cavabdeh əşyalarını da götürməyə icazə vermir. Cavabdeh X9 Mingəçevir şəhəri N.Nərimanov 34 saylı evin, 5 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 iştirak etdiyi məhkəmə iclaslarında verdiyi izahatında göstərmişdir ki, Səmədova X20 şəhər sakinidir. Mədinə əgər ölərsə, ata və ana olmadığından vərəsəsi bacısı Ulduz olacaqdır. Ona görə də, onun iddia qaldırması üçün subyektiv hüququ mövcuddur. Bayramova Mədinə 1-ci qrup əlildir və Ulduzun bacısıdır. Hüseynova Füzuli ilə heç bir qohumluqları yoxdur. Bayramova Mədinəyə kömək etməyə ehtiyac yoxdur. O hər ay 500 manat pensiya alır. Mədinə bacıqardaşı ilə normal münasibətdə deyil. Mədinənin yerinə İradə qol çəkib. Şəxsiyyət vəsiqəsindəki imza müqavilədəki ilə eyni deyildir. Bu dələduzluqdur. Belə ki Mədinəyə baxmaq adı ilə evi ələ keçirmişlər. X38 evinə gedib-gəlirdi. Qarşılıqlı iddia verilməsi cavabdeh tərəfin iddianı qəbul etdiyini göstərir. Tədqim edilən sənədlərdə baş beyin üzrə xəstə olduğu və Mədinin 1-ci qrup əlil olması qeyd olunmuşdur. Mədinə fikir bildirə bilər. Amma 10 dəqiqə sonra başqa söz deyəcək. Mədinə özü qol çəkə biləcəyi təqdirdə qol çəkməmişdir. 60000 manatlıq evi 30000 manata satmışdır. Evin pulunu götürən Füzulidir. Müqaviləyə qolu Mədinə özü çəkməyib. Qeyd edilənlərə əsasən məhkəmədən ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 iştirak etdiyi məhkəmə iclaslarında verdiyi izahatlarında göstərmişdir ki, Mədinənin fəaliyyət qabiliyyəti olan şəxsdir. Bacısı Ulduz onun əmlaklarını mənimsəmişdir. Anaları Vera sağlığında həmin evi Mədinənin adına keçirtmişdir. Mədinənin onurğasında problem var. Ayaqları tutmur. Amma şüuru öz yerindədir. O onunla danışmışdır. Mədinə rus dillidir. Ulduz ona, yəni Mədinəyə qarşı pis rəftar etmiş və onu döymüşdür. Mədinənin xahişi ilə Füzuligil Ulduzu evdən uzaqlaşdırmışlar. Mədinə məhz Ulduzdan canını qurtarmaq üçün evi satmışdır. Bu barədə onda səs yazısı var. Mədinə üçün patronaja müraciət edilmişdir. Lakin Ulduz buna da maneçilik törətmişdir. Mədinənin faliyyət qabiliyyəti vardır. Onun fikrincə, Ulduzun bu işdə subyektiv hüququ yoxdur. Mədinə bu gün sağdır. O, fəaliyyət qabiliyyətlidir. Mədinənin adından danışmağa Ulduzun heç bir hüququ yoxdur. Şüuru tam özündədir. Qarşı tərəfin subyektiv hüququ yoxdur. Qarşı tərəf belə bir iddia verə bilməzdi. Əgər Mədinənin şüurunda problem varsa, qarşı tərəf fəaliyyət qabiliyyətinin olmamasına dair iddia verə bilər. Bu insan 18 yaşını keçib və şüuru yerindədir. İradə-ifadəsini özü müəyyən edir. Bu xəstəliyə işə gedib-gələrkən yıxılması nəticəsində düçar olmuşdur. Mədinə tam sağlamdır. Öz əmlakını özgəninkiləşdirmişdir. Mədinə məhkəmədə ona verilən suallara adekvat cavab vermişdir. Mədinəyə patronaj təyin olunmuşdur. Bu da onu göstərir ki, onun fiziki qüsurları var. Amma şüuru yerindədir. Əgər müqavilə tərəfi müqaviləni bəyənibsə, artıq müqavilə imzalanmış sayılır. Mədinə deyir ki, həmin müqaviləni bəyənir. Qeyd edilənlərə əsasən məhkəmədən ilkin iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 iştirak etdiyi məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, 1983-cü ildə 29 iyulda dünyaya gəlmişdir. N.Nərimanov 34, mənzil 5-də qeydiyyatdadır. Anasının adı Veradır. O qeydiyyatda olduğu evdə yaşamışdır. Füzuli ilə alqı-satqı etmişdir. Evin bacısına qalmasını istəmirdi. Ona görə də Füzuli dayıya satmışdır. Anası sağ olandan bacısı ilə arası pis olub. İndi ona çox gözəl baxırlar. Bacısı ilə əlaqəsi yoxdur. Bacısının oğlu onun yanına arada gəlir. İmza çəkməkdə əziyyət çəkir. Qolunu tərpədə bilmir. Onun icazəsi ilə başqa şəxs qol çəkmişdir. 2 nəfər Notarius kimi gəlmişdi. Onun əlləri əsdiyindən qol çəkə bilmir. Evini Füzuli adlı şəxsə satmışdır. O da evi öz qızına vermişdir. Füzuli yad olsa da, onun 20 ildən çoxdur ki, tanıyır. Evi 30000 manata satmışdır və pul hazırda ondadıdır. Ev ona məxsusdur və istədiyi qiymətə satmışdır. Özü şəxsən evin satılmasını istəmişdir. Bacısının hərəkətləri ucbatından evi satmışdır. İndi Füzuli və onun ailəsi ilə birgə yaşayır. 07 noyabrda bacısının hərəkətlərinə görə bacısının evdən getməsini istədi və getmədiyinə görə polisə zəng etdi. Hazırda 470 manat pensiya alır. Müalicə xərclərini aldığı pensiya ilə qarşılayır. Tərəflərə və üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iclasının tərəflərin və üçüncü şəxslərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ilkin və qarşılıqlı iddia ərizəsini, tərəflərin izahatların, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, ilkin iddia əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1974-cü ildə Mingəçevir şəhərində doğulmuşdur. X7 və anası X18. İşdə olan “Elektron notariat” X4 vasitəsilə “X16” AQİS-dən çıxarışdan görünür ki, X19 xx.xx.1941-ci ildə doğulmuş və xx.xx.2010-cu il tarixdə ölmüşdür. İşdə olan “Elektron notariat” X4 vasitəsilə “X16” AQİS-dən çıxarışdan görünür ki, X25 xx.xx.1947-ci ildə doğulmuş və xx.xx.2023-cü il tarixdə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi –Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü X14 xx.xx.2009-cu il tarixdə qiymətləndirilmiş proqressiv gedişli dağınıq skleroz, baş beyin onurğa beyin. Aşağı ətrafların paraparezi, çanaq orqanlarının funksiyasının pozulması. OU-görmə sinirinin hissəvi atrofiyası (DSMF məlumatlarına əsasən) diaqnozu ilə birinci dərəcəli əlilliyi müəyyən edilmişdir. İşdə olan “Elektron notariat” X4 çıxarışdan görünür ki, X25 tərəfindən ünvan 7-i xx.xx.2016-cı ildə təsdiq edilməklə X10 bağışlanmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-ın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 52.8 kv.metr olan mənzil Cavabdeh2 tam və xüsusi mülkiyyətindədir. Qeydiyyat tarixi xx.xx.2023-cü ildir. İşdə olan AZ-İİ seriyalı 388420 №li, 06 noyabr 2023-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.2023-cü il tarixdə ürəyin kəskin işemik xəstəliyinin digər formaları səbəbi ilə ölmüşdür. İşdə olan 11 dekabr 2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, X5 da daxil olmaqla bir çox səlahiyyətləri Cavabdeh3 etibar etmişdir. Həmin etibarnaməyə Bayramova Mədinə əvəzinə Hüseynova İradə imza atmışdır. İşdən olan “Elektron notariat” X4ndən çıxarışdan görünür ki, cismani qüsuru olan şəxsin əvəzinə X23 imza etmişdir. İşdə olan X14 (onun etibarnamə üzrə nümayəndəsi X30) tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********732 nömrəli ərizənin surətindən görünür ki, DƏDRX-dən Elektron sorğu vasitəsi ilə əldə edilmiş xx.xx.2016-cı il tarixdə verilmiş **********16-05101- 093038 reyestr və ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan Mingəçevir şəhəri, Nəriman Nərimanov küçəsi, b. 34, ünvanında yerləşən 5 saylı mənzilə alqı-satqı müqaviləsi rəsmiləşdirmək istəyir. Bununla əlaqədar həmin əmlak üzərində qadağanın olub-olmaması və ya ona həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsini təmin edilməsini xahiş edir. Qeyd olunan məlumatın əldə edilməsi ilə bağlı dövlət rüsumunun və xidmət haqqının ödənilməsinə dair qəbzləri ərizəsinə əlavə edir. İşdə olan xx.xx.2023-cü il tarixli, **********733 nömrəli Cavabdeh2 tərəfindən verilmiş ərizədən görünür ki, Mingəçevir Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisində xx.xx.2023-cü il tarixdə 4Ə/2707 reyestr nömrə ilə rəsmiləşdirilmiş alqı-satqı üzrə əldə etdiyi ünvan 5 ünvanında yerləşən 5 saylı mənzilə 10 (on) iş günü ərzində elektron çıxarış alınması üçün sənədlərini DƏDRX-ın 17 saylı ərazi İdarəsinə E-Notariat İnformasiya sistemi vasitəsilə göndərilməsini xahiş etmişdir. İşdə olan 14 dekabr 2023-cü il tarixli ərizədən görünür ki, satıcı X14 ona məxsus olan ünvan 6 ünvanında yerləşən mənzilin 30000 manat qiymətə satılması barədə razılığa gəlmişlər. İşdə olan 14 dekabr 2023-cü il tarixli AZ-İ seriyalı ******* №li daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, ünvan 6 ünvanında yerləşən, 52.8 kv.metr, yaşayış sahəsi 30 kv.metr, yardımçı sahəsi 22.8 kv.metr olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə satıcı X14 (tam hissə 52.8 kv.m) alıcı Cavabdeh2 satdı. Satıcı daşınmaz əmlakı 30000 manat qiymətinə satdı. Alıcı isə həmin qiymətə aldı. Alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh3 X8 əvəzinə iştirak etmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X35 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 52.80 kv.metr olan mənzil Cavabdeh2 tam və xüsusi mülkiyyətindədir. Qeydiyyat tarixi xx.xx.2023-cü ildir. İşdə olan “Elektron notariat” X4 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzildən qeydiyyatda olan X19 ölüb və status qüvvədən düşüb. X25 ölüb və ancaq onun statusu aktiv qeyd edilib. X22 çıxıb və onun statusu qüvvədən düşüb. X1 aktivdir. İşdə olan “Elektron notariat” X4 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan görünür ki, İddiaçı ünvan 7 ünvanında statusu qüvvədən düşüb. Onun Mingəçevir şəhəri, 10-cu Günəşli küçəsi, 22 A ünvanında statusu qüvvədədir. İşdə olan “Elektron notariat” X4 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan görünür ki, X8 ünvan 7 ünvanında statusu qüvvədədir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tabeliyində “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X35 X29 Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 559 saylı rəyindən görünür ki, ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları belə cavablandırır: X14 hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməməsi səbəbindən o, xx.xx.2023-cü il tarixli əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və təqdim edilmiş digər sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı ilə X14 bacıdırlar. X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi –Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan aydın olur ki, xx.xx.1983-cü il təvəllüdlü X14 xx.xx.2009-cu il tarixdə qiymətləndirilmiş proqressiv gedişli dağınıq skleroz, baş beyin onurğa beyin. Aşağı ətrafların paraparezi, çanaq orqanlarının funksiyasının pozulması. OU-görmə sinirinin hissəvi atrofiyası (DSMF məlumatlarına əsasən) diaqnozu ilə birinci dərəcəli əlilliyi müəyyən edilmişdir. Onların X32 xx.xx.2010-cu il tarixdə ölmüşdür. Onların X37 ona məxsus olan ünvan 3 ünvanında yerləşən mənzili qızı X10 bağışlamışdır. Vera Bayramova xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bundan sonra Bayramova Mədinə onun mülkiyyətində olan evin satılması üçün Cavabdeh3 etibarnamə vermişdir. Həmin vaxt fiziki qüsuru səbəbilə Bayramova Mədinə etibarnaməyə imza edə bilməmiş, onun əvəzinə X23 imza etmişdir. Bundan sonra notarial qaydada satıcı X14 (etibarnamə üzrə nümayəndəsi Cavabdeh3) ilə Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanaraq ünvan 3 ünvanında yerləşən mənzili satıcı, alıcı olan Cavabdeh2 30.000 manata satmışdır. Hazırda evin mülkiyyətçisi Cavabdeh2dır. Məhkəmə ilk növbədə ilkin iddiaçı olan İddiaçı Müstəcəf qızının ilkin iddia ərizəsini verməyə subyektiv hüququnun olmasını müəyyən edir. Belə ki, İddiaçı ilə X14 bacı olduqlarından, sözügedən mənzil anaları tərəfindən X10 bağışlanıldığından və onun hazırda birinci növbəli vərəsələri olmadığından, nəticədə İddiaçı Müstəcəf qızı ikinci növbə vərəsə olduğundan onun iddia qaldırmasında subyektiv hüququ mövcuddur. (AR MM 1159.1 və 1159.2) Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə qeyd edir ki, sübutetmə yükü isə bağlanmış müqavilənin etibarsız olduğunu iddia edən tərəfin üzərinə düşür. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (§ 59). Xüsusilə qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində, qanunvericiliyə və işgüzar adətlərə uyğun qaydada bağladıqları müqavilələrin etibarlılığı prezumpsiyası qəbul olunur. Bu o deməkdir ki, belə bir əqdlə əmlak hüququ əldə etmiş tərəf bağladığı müqavilənin etibarlı olduğunu sübuta yetirməyə borclu deyil. Əksinə qanunvericiliyə və işgüzar adətlərə uyğun şəkildə bağlanmış müqavilənin etibarsızlığını iddia edən tərəf öz iddiasını sübuta yetirməlidir. Bu baxımdan hazırkı işdə cavabdehlər arasında arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız olduğunu (yalan əqdin yuxarıda qeyd olunan şərtlərini) sübuta yetirmək vəzifəsi iddiaçıya aiddir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar). Bu baxımdan hazırkı işdə Cavabdeh2 Müstəcəf qızı ilə X14 (etibarnamə üzrə nümayəndəsi Cavabdeh3) arasında bağlanmış alqı-satqı müqaviləsinin, etibarnamənin və çıxarışın etibarsız olduğunu sübuta yetirmək vəzifəsi iddiaçıya aiddir. Mübahisə olunan əqdlərin tərəfləri cavabdehlərlə X11r. İlkin iddia üzrə iddiaçı tərəf iddia ərizəsində göstərilən əqdlərin etibarsız olmasına dair sübut kimi X8 1-ci qrup əlil olmasını və şüurunun yerində olmaması ilə əsaslandırmışlar. Bundan başqa onlar etibarnaməyə imza edən X8 deyil, digər şəxs olan Hüseynova İradə tərəfindən imza atıldığını bildirmişlər. Məhkəmə ilk növbədə X12 üçüncü şəxs qismində dindirmiş və onun məhkəməyə verdiyi izahatından belə bir qənaətə gəlmişdir ki, onun şüuru yerindədir və öz iradəifadəsini bildirmək imkanına qadirdir. Bu hal verilmiş ekspert rəyi ilə də təsdiqlənmişdir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tabeliyində “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X35 X29 Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 559 saylı rəyindən görünür ki, X14 hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməməsi səbəbindən o, xx.xx.2023-cü il tarixli əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. X3 məhkəmə iclası zamanı onun etibarnaməyə onun adından imza edilməsinə razı olduğunu, çünki özünün fiziki problemləri olduğu, yəni əlləri işləmədiyindən imza ata bilmədiyini və evin satılmasını istədiyini və evin satılmasına verilən 30000 manat məbləğilə razı olduğunu məhkəməyə bildirmişdir. Buna görə də X2 Füzuli Yaqub oğluna etibarnamə vermiş (eyni zamanda notarius etibarnamədə şəxsin əllərinin işləmədiyi, X8 tapşırığı ilə etibarnamənin İradə Kamil qızı tərəfindən notariusun iştirak ilə imzalandığını qeyd etmişdir) və nəticə etibarilə ona məxsus evin Cavabdeh2 satılmasına icazə vermişdir. Bununla da məhkəmə hesab edir ki, verilmiş etibarnamə və bağlanmış alqısatqı müqaviləsi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmışdır. Belə ki, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 22-ci bəndinə əsasən şəxs əqdi, ərizəni və ya başqa sənədi fiziki çatışmazlığına, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun eləcə də xüsusi notariusun köməkçisinin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda, notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. AR Mülki MƏcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2 Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2 Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi etibarlı hesab edildiyindən onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbi də əsassızdır. Məhkəmə İddiaçı mübahisəli mənzil olan ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılmasına dair Cavabdeh2 Fizulu qızının qarşılıqlı iddiası ilə bağlı qeyd edir ki, hazırda Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X35 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 52.80 kv.metr olan mənzil Cavabdeh2 tam və xüsusi mülkiyyətindədir. Bundan başqa iş materiallarından məlum olur ki, İddiaçı hazırda başqa bir ünvan olan ünvan 9ddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə qarşılıqlı iddia üzrə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, qarşılıqlı iddia üzrə iddiaçı mülkiyyətçi olmalı, əşya qarşılıqlı iddia üzrə cavabdehin sahibliyində olmalı və qarşılıqlı iddia üzrə cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı münasibətdə məcmu halında mövcud olub– olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı münasibətdə məcmu halında mövcuddur. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. Buna baxmayaraq, həmin mənzil qarşılıqlı iddia üzrə cavabdeh İddiaçıın istifadəsində və sahibliyindədir. Qarşılıqlı iddia üzrə cavabdehin həmin mübahisəli mənzil üzərində heç bir əşya hüququ qeydiyyata alınmamışdır. Ona görə də qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı sahibliyi qanunsuzdur. Qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı haqlı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, İlkin iddia rədd edilməli və iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə (üçüncü şəxslər X23 və X10) qarşı etibarnamənin, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Qarşılıqlı iddia təmin edilməli və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iddianın tələbinin aldaldılma, dələduzluq faktının olmasını nəzərə alıb, xüsusi qərardad çıxarılmaqla prokurorluğa məlumat verilməsinə dair hissəsində isə təmin edilməməlidir. Belə ki, bu tələb iddia formasında verilə bilməz, məhkəmə sözü gedən pozuntuları aşkara çıxardığı təqdirdə xüsusi qərardad çıxara bilər. Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 227, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlkin iddia rədd edilsin. İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə (üçüncü şəxslər X23 və X14) qarşı etibarnamənin, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar