Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-713/2022 14.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, X1 dqızının katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Alımardanov İntızar və Cavabdeh1 Məmmədli qızına qarşı kredit borcunun ödənilməsi tələbinə dair işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı ASC cavabdehlər Alımardanov İntızar və Cavabdeh1 Məmmədli qızına qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC-nin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərilmişdir ki, Cavabdeh1 Məmmədli qızı 16.03.2020-ci il tarixli 11-MZ-2-0-457-20 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 25 faizlə 18 ay müddətinə 400 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin şərtilərinə görə Cavabdeh1 Məmmədli qızı kreditin əsas məbləği və ona hesablanmış faizləri ödəməli idi. Kreditin ödənilməsinin təminatı olaraq İddiaçı ASC ilə Alımardanov İntızar arasında 16.03.2020-ci il tarixli 11MZ-2-0-457-20 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh və Cavabdeh1 Məmmədli qızı müqavilənin şərtlərini pozaraq, krediti və kredit üzrə hesablanmış faizləri vaxtında ödəməmişdir. Kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməyən cavabdehin 163.52 manat əsas borcu, 2.61 manat faiz borc, 4.87 manat cərimə borcu, və kredit müqaviləsi üzrə 16.09.2021-ci il tarixdən 28.01.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 5.45 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 176.45 manat kredit borcu qalmışdır. İddianın təmin olunmasını, kredit borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehlərdən alınaraq İddiaçı ASC ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdehlər Alımardanov İntızar və Cavabdeh1 Məmmədli qızına bildiriş göndərilərək tələbə dair etirazları olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməkləri bildirilmişdir. Lakin cavabdehlər tələbə dair etirazı məhkəməyə göndərməmişlər. Məhkəmə iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh1 Məmmədli qızı arasında bağlanmış 16.03.2020-ci il tarixli 11-MZ-2-0-457-20 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 18 ay müddətinə illik 25% ödəmək şərtilə 400 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan İddiaçı ASC ilə cavabdeh Alımardanov İntızar arasında bağlanmış 11MZ-2-0- 457-20 saylı 16.03.2020-ci il tarixdə bağlanmış zaminlik müqaviləsindən görünür ki, zamin kredit alanın kreditor qarşısında götürdüyü öhdəliyi icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 Məmmədli qızının banka 163.52 manat əsas borcu, 2.61 manat faiz borc, 4.87 manat cərimə borcu, və kredit müqaviləsi üzrə 16.09.2021-ci il tarixdən 28.01.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 5.45 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 176.45 manat kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə hesab edir ki, cavabdehlər tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişlər. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinin tələbinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddısinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, cavabdehlərdən müştərək qaydada 163.52 manat əsas borcu, 2.61 manat faiz borc, 4.87 manat cərimə və kredit müqaviləsi üzrə 16.09.2021-ci il tarixdən 28.01.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 5.45 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 176.45 manat kredit borcu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216– 220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdehlər Alımardanov İntızar və Cavabdeh1 Məmmədli qızından müştərək qaydada 163.52 (bir yüz altmış üç manat əlli iki qəpik) manat əsas borcu, 2.61 (iki manat altmış ki qəpik) manat faiz borc, 4.87 (dörd manat səksən yeddi qəpik) manat cərimə borcu, və kredit müqaviləsi üzrə 16.09.2021-ci il tarixdən 28.01.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 5.45 (beş manat qırx beş qəpik) manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 176.45 (bir yüz yetmiş altı manat qırx beş qəpik) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz manat) manat alınıb İddiaçı ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-713/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-713/2022
14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver