Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-715/2020 22.06.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və İddiaçı MMC-cinin etibarnamə üzrə nümayəndəsi, X3 və Cavabdeh, etibarnamə üzrə nümayəndəsi, vəkil X1 iştirakı ilə, İddiaçı: İddiaçı MMC-nin Cavabdeh: Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 64343,05 manat, 7774,78 manat faiz borcu və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğdə pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, İddiaçı MMC Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yaradılmış və fəaliyyət göstərən hüquqi şəxsdir. Cəmiyyət beloçka günəbaxan tumları, “Qızıl Quyu”, “Lion” “Çeşmə adları altında spirtsiz içki və və suların istehsalı, satışı ilə məşğul olurlar. Cavabdeh ilə İddiaçı MMC arasında 12 saylı xx xxxxxx 2015-ci il tarixli “Alqı-satqı müqaviləsi bağlanmışdır. Cavdeh qeyd olunan müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Qeyd olunan müqvilənin 5.1-ci maddəsinə əsasən “Alıcı” aldığı malın dəyərini 30 gün müddətində “Satıcıya” tam ödəməli olduğu halda cavabdeh bunu etməmiş, dəfələrlə ödənişləri gecikdirmiş sonra da 64343,05 mnat məbləğində İddiaçı MMC-ə borcu qalmış və həmin borcunu hazl-hazıradək ödəməmişdir. Həmçinin cavabdeh qeyd olunan müqavilə üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək cəmiyyətdən satış fakturaları əsasında 143531,72 manat məbləğində mal almış, 79188,67 manat məbləğində ödəniş etmiş, satışdan əldə olunmuş 64343,05 manat məbləğində pulu cəmiyyətin kassasına ödəməyərək özünə götürmüş cə cəmiyyətə həmin məbləğdə maddi ziyan vurmuşdur. Cvabdehin 64343,05 manat məbləğində borcunun qalmasını cavabdehin maliyyə təsərüffat fəaliyyətinin yoxlamasına dair xx xxxxxx 2018-ci il tarixli müstəqil auditor hesabatında və cəmiyyətin baş mühasibi, daxili auditoru, kassiri və anbarları tərəfindən tərtib edilmiş mədaxil və məxaric hesabatında öz təsdqini tapmışdır. Bundan başqa cavabdeh qeyd olunan borcunun ödənilməsi ilə əlaqədar müraciət olunanda o, özünün borclu qaldığı məbləğinin 30000 manat məbləğində pul vəsaitini özünün şəxsi ehtiyaclarına xərclədiyini, qalan məbləği özünün xidmət göstərdiyi ərazidəki ticarət obyektlərində qaldığını, xx.xx.2016-cı il tsrixədək tam ödəyəcəyini bildirmiş, həmin tarixədək ona verilməsini xahiş etmiş, cəmiyyət rəhbərliyi tərəfindən ona həmin müddətə vaxt verilmiş lakin, cavabdeh vədinə əməl etməmişdir. Bundan sonra cəmiyyət tərəfindən görülmüş tədbirlər də bir nəticə verməmişdir. Qeyd olunanlara əsasən Cavabdeh 64343,05 manat, 7774,78 manat faiz borcu və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğdə pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbi ilə razı olmadığını bildirərək verdiyi izahatında göstərmişdir ki, iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsinin qüvvədə olma müddəti xx xxxxxx 2015-ci il tarixdə başa çatmışdır. Belə olan halda iddiaçı 3 il müddətində, yəni xx xxxxxx 2018-ci il tarixədək ona qarşı iddia qaldırmaq hüququnda olmuşdur. Lakin, iddiaçı qanunvericiliyin bu tələblərinəəməl etməmişdir. Buna görə də iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili X4 da cavabdehin izahatına oxşar izahat verərək iddia tələbinin rədd olunmasını xahiş etdi. İddia ərizəsinə əlavə olunmuş Altı-satqı müqaviləsindən görünür ki, Cavabdeh xx xxxxxx 2015-ci il tarixdə İddiaçı ilə № 12 saylı kredit müqaviləsi bağlayaraq, 30 gün müddətində aldığı malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin müqavilənin 8.3-cü maddəsində göstərilmişdir ki, tərəflərdən biri digər tərəfi 30 gün qabacaqdan yazılı formada etməklə müqaviləyə xitam vermək hüququna malikdir. Müqavilənin 8.7-ci bəndinə əsasən tərəflər bu müqaviləni əsas alaraq lazım olduğu halda əlavə razılaşma müqaviləsi bağlaya bilərlər və bu razılaşma müqaviləsi sözü gedən alqısatqı müqaviləsinin ayrılmaz hissəsəidir. Bu müqavilə xx.xx.2015-ci il tarixənədək qüvvədədir. Müqvilənin 8.8-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddətin sonuna 15(on beş) gün qalanadək tərəflərdən heç biri müqaviləyə xitam verildiyini digər tərəfə bildirmədiyi təqdirdə müqavilə daha 1 (bir) il müddətinə uzadılmış hesab olunur. İddia ərizəsinə əlavə olunmuş xx xxxxxx 2018-ci il tarixli sərbəst auditor tərəfindən aparılan audit məlumatlarından görünür ki, mühasib uçotu sənədlərinə və hesabata əsasən İddiaçı MMC-nin Mingəçevir, Ağdaş, Ucar və Zərdab rayonları üzrə nümayəndəsi X5, Cəmiyyətin anbarından satılmaq üçün verilmiş qida mallarının dəyərinin, Cəmiyyətin kassasına ödənişini dəfələrlə uzun müddətə gecikdirməklə tam ödəməməsi nəticəsində, onun öhdəsində 64343,05 (altmış dörd min üç yüzx qırx üç) manat məbləğində satış pulunun çatışmazlığı aşkar edilmiş, son nəticədə onun tərəfindən həmin məbləğ qədər Cəmiyyətə ziyan vurulmuşdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, Cavabdeh ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, iddia tələbinə iddia müddəti tətbiq etməklə iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində göstərilmişdir ki, ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinin tələbinə görəmüqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarıçıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin faktiki hallarından görünür ki, iddiaçı qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı işüzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-244, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi : İddia tələbi təmin edilməsin. İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası iddia müddəti keçdiyindən təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №2(051)-715/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-715/2020
22.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver