Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-718/2024 16.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsi, yetkinlik yaşına çatmamış xx.xx.2019-cu il təvəllüdlü X1 üçün cavabdeh tərəfdən ödənilən aliment məbləğinin artırılması və cavabdehdən hər ay 235 manat aliment məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X5 doğulmuşdur. Sonra ailə münasibətləri baş tutmadığından Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(05)-1158/2021 saylı qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuş və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 150 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Təyin olunmuş aliment uşağın xərclərini maddi cəhətdən ödəmir. Belə ki, uşaq böyüdükcə məhkəmənin təyin etdiyi aliment onun gündəlik xərclərinin ödənilməsinə belə çatmır. Cavabdeh isə 150 manat məbləğində alimentdən başqa heç bir köməklik göstərmir. Halbuki, onun maddi vəziyyəti çox yaxşıdır. Bu səbəbdən iddiaçı alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Odur ki, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(05)-1158/2021 saylı qətnaməsi ilə təyin eidlmiş alimentin miqdarın artırılması, hər ay uşağın saxlanması üçün 235 manat aliment məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, İddiaçı ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan Dəfnə adlı uşaqları doğulmuşdur. Sonra ayrılmışlar və Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(05)-1158/2021 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına saxlanılması üçün hər ay 150 manat ondan tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Qət edilən aliment məbləğini ildə bir dəfə ödəyir. Belə ki, o, bankdan kredit götürərək aliment məbləğinin bir illik tam şəkildə ödəyir, sonra az-az kredit borcunu qaytarır. Ancaq buna baxmayaraq 170 manat aliment ödəməyə imkanı var. İddiaçının qeyd etdiyi aliment məbləğinin ödəməyə narazıdır. Mülki işin materialları Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(05)-1158/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci ildə Mingəçevir şəhər Qeydiyyat şöbəsində qeydə alınmış nikahın pozulması, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 150 manat sabit məbləğində pul alınıb İddiaçı verilməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixli, ********************9 nömrəli Novosibirsk şəhəri Lenin rayonu VVAQ şöbəsi tərəfindən verilmiş “doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Federasiyası Novosibirsk şəhərində doğulmuş, atası Cavabdeh, anası X6r. xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, X8 50 manat məbləğində mediasiya xərci ödəmişdir. xx.xx.2024-cü il tarixdə X8 məhkəmədə iddia qaldırmaq üçün 60 manat məbləğində dövlət rüsumu ödəmişdir. X9 Xidmət mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ- İ seriyalı, 422786 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə Cəfərzadə X4 şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixində nikaha xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixli, 102 saylı qeyd edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X5 doğulmuşdur. Sonra İddiaçı ilə Cavabdeh arasında rəsmiləşdirilmiş nikah Mingəçevir şəhər Qeydiyyat Şöbəsində xx.xx.2022-ci il tarixində № 102 akt qeydi ilə pozulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1158/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Sonradan İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bu məbləğin uşağın saxlanılmasına yetərli olmadığını bildirir və aliment məbləğinin artırılmasını və cavabdehdən hər ay 235 manat sabit aliment tutulmasını xahiş edir, cavabdeh etiraz edir, bildirir ki, işləmir, maddi imkanı yoxdur ki, iddiaçının qeyd etdiyi aliment məbləğini ödəsin. Ancaq 170 manat sabit pul məbləğində aliment ödəyə bilər. Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.13-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin qərarın 8.14. bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir, həmçinin qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hazırda uşaqların saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının iddiası ilə qismən razılaşır. Belə ki, uşağın yaşına uyğun olaraq xərclərinin artması hamıya bəlli olan və sübuta ehtiyacı olmayan haldır. Bundan başqa yetkinlik yaşına çatmayan uşaqlar üçün yaşayış minimumu alimentin müəyyən edildiyi 2021-ci ildən müəyyən məbləğdə artmışdır. Bu baxımdan alimentin müəyyən məbləğdə artırılması işin hallarına və uşağın mənafeyinə uyğun hesab edilə bilər. Eyni zamanda məhkəmə cavabdehin mənafeyini də nəzərə alır. Bu baxımdan məhkəmə həm iddiaçının, həm aliment ödənilməli olan uşağın, həm də cavabdehin diqqətəlayiq maraqlarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və uşaq üçün ödənilməli olan alimentin məbləği artırılaraq hər ay 180 manat miqdarında müəyyən edilməlidir. Hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Artırılmış alimentin məbləğinin tutulması məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, bu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 180 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1158/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-718/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-718/2024
16.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver