Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-721/2023 27.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 qanuni nümayəndəsi İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X2 Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, onun azyaşlı uşağı ilə birlikdə Mingəçevir şəhəri, N.ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X3 Cavabdeh mülkiyyətində olan, Mingəçevir şəhəri, N.ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 qanuni nümayəndəsi İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, üçüncü şəxsin iddiasının mahiyyəti üzrə həll edilməsini tələb etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, 2012-ci ildə Cavabdeh ilə faktiki münasibətə girmiş, birgə münasibətlərindən 04 oktyabr 2019-cu il tarixdə Dəniz adlı uşaqları doğulmuşdur. Bir müddət onlar Mingəçevir şəhərində kirayədə yaşamışlar. 2021-ci ilin avqust ayında isə Cavabdeh onları Mingəçevir şəhəri, N.Gəncəvi küçəsində yerləşən 4B saylı evin 7 saylı mənzilinə gətirərək, həmin evi onlara aldığını, mənzilin Dəniz adlı uşağına məxsus olduğunu bildirərək, onların orada yaşamaqlarını demişdir. O da azyaşlı uşağı ilə birlikdə həmin mənzildə yaşamışdır. Bir müddət cavabdeh ilə mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmiş və onlar ayrılmışlar. Lakin ayrıldıqdan sonra o, azyaşlı uşağı ilə birlikdə qeyd olunan mənzildə yaşamışdır. Məhkəmədən ona bildiriş gəlmiş, həmin bildirişi oxuyanda ona məlum olmuşdur ki, cavabdeh onun və azyaşlı uşağının həmin mənzildən çıxarılmasını tələb etmişdir. Lakin onun və uşağının qeyd olunan mənzildən başqa yaşamağa yaşayış sahələri yoxdur. Hesab edir ki, Dəniz adlı uşağı gələcəkdə atasının vərəsəsi olduğu və hazırda başqa yaşayış sahəsi olmadığı üçün onların Mingəçevir şəhəri, N.ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqları vardır. Çünki o, azyaşlı uşağı ilə birlikdə 2021-ci ildən mübahisəli mənzildə yaşamış və təsərrüfatı idarə etmişdir. Odur ki, iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 qanuni nümayəndəsi İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclası zamanı İddiaçı ilə eyniməzmunlu izahat verərək onun göstərdiyi halları təsdiq etdi və məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iştirak etdiyi işin məhkəmədə baxılmasına hazırlanması iclasında iddianı qəbul etməmiş və göstərmişdir ki, mübahisəli mənzil 03 noyabr 2020-ci il tarixdən onun mülkiyyətindədir. İddiaçı mülkiyyətində olan mənzildə müvəqqəti qalmağa icazə vermişdir. Lakin o, Pərvanəyə mənzilindən istifadə hüququ verməmişdir. Hesab edir ki, iddiaçının ona qarşı yönəlmiş tələbi əsassızdır. Odur ki, iddia tələbinin və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası əsassızdır. Belə ki, işdə olan **********02-05101-093018 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, ümumi sahəsi 36.2 kv.m olan, Mingəçevir şəhəri, Nizami ünvan 1 ünvanında yerləşən mənzil üzərində Cavabdeh tam mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan doğum haqqında şəhadətnamənin notarius tərəfindən təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə doğulmuş Dəniz adlı uşağın atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə İddiaçı doğulmuş Dəniz adlı uşağın atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2022-ci ilin avqust ayının 21 günündə 84 nömrə ilə qeyd edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-2146/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı əşyaları ilə birlikdə Cavabdeh mülkiyyətində olan, Mingəçevir şəhəri N.Gəncəvi küçəsində yerləşən 4B saylı evin 7 saylı mənzilindən çıxarılması qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(107)-308/2023 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti iddia tələbinin “cavabdeh İddiaçı Cavabdeh mülkiyyətində olan, Mingəçevir şəhəri N.Gəncəvi küçəsində yerləşən 4B saylı evin 7 saylı mənzildən çıxarılması” hissəsində təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(051)- 2146/2022 saylı qətnaməsi “cavabdeh İddiaçı Cavabdeh mülkiyyətində olan, Mingəçevir şəhəri N.Gəncəvi küçəsində yerləşən 4B saylı evin 7 saylı mənzildən çıxarılması” hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)- 2483/2023 saylı qərarından görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 fevral 2023-cü il tarixli 2(107)-308/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan 8 saylı MİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Tahirova X1 şəhəri, N.Gəncəvi küçəsi, 4B saylı evin 7 saylı mənzilində qeydiyyatsız yaşayır və 2019-cu il təvəllüdlü Dəniz adlı qızını öz himayəsində saxlayır. İşdə olan 3 saylı MİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Tahirova X1 şəhəri, D.Əliyeva küçəsi, 2 saylı evin 64 saylı mənzilində qeydiyyatdadır, 2019-cu il təvəllüdlü Dəniz adlı qızını öz himayəsində saxlayır, yaşamırlar. İşdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, İddiaçı və onun Dəniz adlı azyaşlı uşağı Mingəçevir şəhəri, Nizami ünvan 1 ünvanında yerləşən mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmamışdır. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, ilkin iddiaçı ilə Cavabdeh birgə münasibətlərindən 04 oktyabr 2019-cu il tarixdə Dəniz adlı uşaqları doğulmuşdur. xx.xx.2020–ci il tarixdə mübahisəli mənzil üzərində Cavabdeh tam mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Hazırda mübahisəli mənzil cavabdehin istifadəsindədir. Mənzilin mülkiyyətçisi ilə ilkin iddiaçı arasında hər hansı bir yazılı razılaşma olmamışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı Cavabdeh mülkiyyətində olan, Mingəçevir şəhəri N.Gəncəvi küçəsində yerləşən 4B saylı evin 7 saylı mənzildən çıxarılması” hissəsində dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 fevral 2023-cü il tarixli 2(107)-308/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və onun Dəniz adlı azyaşlı uşağı mübahisəli mənzildə yaşasalar da, hazırda Mingəçevir şəhəri, Nizami ünvan 1 ünvanında yerləşən mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Cavabdeh tərəf iddianı qəbul etmir. Bununla yanaşı, müstəqil tələb irəli sürən üçüncü şəxs də mübahisəli mənzildən istifadə hüququnun tanınmasını xahiş edir. Cavabdeh tərəf üçüncü şəxsin də iddiasını da qəbul etmir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, işin qanuni həll edilməsi üçün ilk növbədə iddiaçının tələbinə qiymət verilməlidir. Məhkəmə hesab edir ki, iddianın düzgün həll edilməsi üçün ilk növbədə iddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququnun yaranması əsaslarının mövcud olub–olmaması müəyyən edilməlidir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, tərəflər arasında hazırkı iddianın predmeti olan mənzillə bağlı mübahisəyə tərəflərin iştirakı ilə məhkəmədə baxılmışdır. Belə ki, hazırkı iş üzrə iddiaçının mübahisəli mənzildən çıxarılması tələbinə dair cavabdehin iddiasıüzrə mülki işə Mingəçevir şəhər Məhkəməsində, Şəki Apelyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyalarınada mahiyyəti üzrə baxılıb qiymət verilmişdir. Həmin iddia cavabdeh tərəfindən iddiaçıya qarşı mübahisəli mənzildən çıxarılma tələbi olsa da, hazırkı mülki iş üzrə müəyyən edilməli olan faktlar, həmin iş üzrə tərəfləri iştirakı ilə artıq müəyyən edilmişdir. Belə ki, apelyasiya instansiya məhkəməsi iddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququnun tanınmasını istisna etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququnun yaranması əsaslarının mövcud olub– olmaması ilə bağlıişin mübahisə edilməyən halı kimi qəbul edilməli və təkrar müəyyən edilməməlidir. Belə ki, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası qüvvədə olan xx.xx.2023-cü il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində imperativ qaydada müəyyən etmişdir ki, mübahisələndirilən mənzil iddiaçının (hazırkı iş üzrə cavabdehin) xüsusi mülkiyyətində olduğundan, qanunvericiliyin tələbinə görə cavabdeh (hazırkı iş üzrə iddiaçı) iddiaçının ailə üzvü hesab edilmədiyindən, cavabdehin Mingəçevir şəhəri, Nizami ünvan 1 ünvanında yerləşən mənzilindən istifadə hüququ tanına bilməz. Daha sonra Apelyasiya məhkəməsinin mülki kollegiyası öz qəti mövqeyini davam etdirərək göstərmişdir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun olması nə əvvəllər, nə də ki, hazıda yaranması üçün hər hansı əsas (ailə üzvü, digər qohum, notarial müqavilə) mövcud olmamışdır. Göründüyü kimi Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası iddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququnun olmaması qənaətinə gəlmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, iddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququnun tanınması tələbinə dair iddiası əsaslı deyildir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, iddiaçı sözügedən məhkəmə proseslərində iştirak etmiş və həmin halları bütün instansiya məhkəmələrində mübahisələndirmiş və müəyyən edilmişdir. Hazırda Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası qüvvədə olan xx.xx.2023-cü il tarixli qətnaməsi baxılan iş üzrə preyudisial əhəmiyyətə malik olduğundan, həmin fakların yenidən sübut edilməsi yol verilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2016-cı il tarixli qəraında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə təqdim olunmuş sübutları tam və hərtərəfli araşdıraraq, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası qüvvədə olan xx.xx.2023-cü il tarixli qətnaməsinə diqqət yetirərək belə qənaətə gəlir ki, iddiaçının özünün saxlanmasını tələb etmək və mənzildən mülkiyyətçi ilə birlikdə istifadə etmək hüququ yoxdur. Odur ki, iddiaçının özünün və azyaşlı uşağının Cavabdeh məxsus olan, Mingəçevir şəhəri, N.ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddiaçının xx.xx.2019-cu il tarixdə doğulmuş, Dəniz adlı azyaşlı uşağına münasibətdə də iddia tələbini əsassız hesab edir. Məhkəmə, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X2 Cavabdeh qarşı mənzildən istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddiasına qiymət verərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə üçüncü şəxsin iddia tələbi də əsassızdır. Məhkəmə öz qənaətini onunla əsaslandırı ki, uşaq azyaşlı və daima ana qayğısına ehtiyacı olduğuna görə iddiaçının yanında qalmışdır. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə mübahisəli mənzildən çıxarılmış, həmçinin hazırkı iş üzrə istifadə hüququ tanınmamışdır. Belə olan halda azyaşlı uşağa münasibətdə mübahisəli mənzilin tərkib hissəsindən onun istifadə hüququnun tanınması ilə bağlı tələbin irəli sürülməsi işin həqiqi hallarına uyğun deyil, həmçinin formal xarakter daşıyır. Eləcə də mülki qanunvericilik azyaşlı uşağın yaşayış yerinin yanında yaşadığı valideynin yaşadığı yer olduğunu müəyyən etmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, azyaşlı X2 yaşayış yeri də iddiaçının yaşayış yeri olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı onun və xx.xx.2019-cu il tarixdə doğulmuş Dəniz adlı uşağının Mingəçevir şəhəri, N.ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiası, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X2 Cavabdeh qarşı Cavabdeh mülkiyyətində olan, Mingəçevir şəhəri, N.ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı onun və xx.xx.2019-cu il tarixdə doğulmuş Dəniz adlı uşağının Mingəçevir şəhəri, N.ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası rədd edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 Cavabdeh qarşı Cavabdeh mülkiyyətində olan, Mingəçevir şəhəri, N.ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-721/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-721/2023
27.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver