Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-722/2021 20.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X1 məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı «İddiaçı QSC-nin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 11.09.2014-cü tarixli, 15L000003050 saylı kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə aylıq 20.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladığı 22.06.2018-ci il tarixli 15L000003050S sayl sazişlə, kredit xəttinin müddəti 165 ay müddətinə, kredit məbləği 100.000 ABŞ dolları müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 30.05.2019-cu il tarixli 015R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit götürmüşdür. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 21.01.2020-ci il tarixli 015R********** sayl kredit razılaşması əsasında 24 ay müddətinə, aylq faiz dərəcəsi ilə 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə- qaytarmaq şərti ilə 6100 manat məbləğində kredit götürmüşüdür. Kreditin ödənilməsinin təminatı olaraq İddiaçı QSC ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. Lakin Cavabdeh1 müqavilələrin şərtlərini pozaraq, krediti və kredit üzrə hesablanmış faizləri vaxtında ödəməmişdir. 015R**********1 saylı kredit razılaşması üzrə öhdəlikləri tam icra etməyən cavabdehin 3432.46 manat əsas borc, 568.41 manat faiz borc, 974.07 manat cərimə olmaqla, cəmi 4974.94 manat kredit borcun, 015R********** saylı kredit razılaşması üzrə 5904.32 manat əsas borc, 1144.91 manat faiz borcu və 1811.68 manat cərimə olmaqla, cəmi 8860.91 manat, ümumiliksə 13835.85 manat kredit borcu yaranmışdır. İddianın təmin olunmasını, Cavabdeh1 bağlanmış kredit razlaşmalarının ləğv olunmasını,kredit borcların və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehlərdən alınaraq İddiaçı QSC ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdeh1 məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirdi ki, həqiqətən də İddiaçı QSC 11.09.2014-cü tarixli, 15L000003050 saylı kredit müqaviləsinə əsasən 20.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, 22.06.2018-ci il tarixli sazişlə kredit xəttinin müddəti 165 ay, kredit məbləği 100000 ABŞ dolları müəyyən edilmişdir. 30.05.2019-cu ildə kredit razılaşmasına əsasən 5000 manat və 21.01.2020-ci il tarixli kredit razılaşması ilə 6100 manat kredit götürmüşdür. Maddi imkanı olmadığı üçün krediti vaxtında ödəyə bilməmişdir. Kredit borcunun hissə-hissə ödəyəcəkdir. Cərimə borcunun azaldılmasını xahiş edir. Kredit borcun hesablanmasında şübhəsi yoxdur, ona görə də ekspertiza keçirilməsinə zərurət yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. İşə əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 11.09.2014-cü tarixli, 15L000003050 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 120 ay müddətinə aylıq 20,000 ABŞ dolları məbləğində kredit xətti açıldığı, cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan İddiaçı QSC ilə digər cavabdehlər Cavabdeh2 arasında bağlanmış 10.08.2015-ci il tarixli, 015S**********01 saylı və Cavabdeh3 arasında bağlanmış 30.05.2019-cu il tarixli 015S**********01 saylı zaminlik müqavilələrindən görünür ki, cavabdehlər zamin kimi kredit müqaviləsinin kredit alan tərəfdən tam yerinə yetirilməməsi halda məsuliyyəti öz üzərlərinə götürmüşlər. İşdə olan tərəflər arasında bağlanmış 22.06.2018-ci il tarixli 15L000003050 №li Sazişdən görünür ki, kredit xətti müqaviləsində dəyişiklik edilmiş, kredit xəttinin məbləği 100000 min, kredit xəttin müddəti 165 ay müəyyən edilmişdir. İşlə olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 30.05.2019-cu il tarixli 015R********** №li Kredit razılaşmasından görünür ki, iddiaçı caavbdehə 2.1667 faiz dərəcəsi ilə 24 ay müddətinə 5000 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 21.01.2020-ci il tarixli 015R********** №li Kredit razılaşmasından görünür ki, iddiaçı caavbdehə 2.0833 faiz dərəcəsi ilə 24 ay müddətinə 6100 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, 015R********** saylı Kredit razılaşması üzrə öhdəlikləri tam icra etməyən Cavabdeh1 3432.46 manat əsas kredit borcu, 568.41 manat faiz borcu, 974.07 manat cərimə olmaqla, cəmi 4974.94 manat kredit borcu qalmışdır. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 015R********** saylı Kredit razılaşması üzrə 5904.32 manat əsas borc, 1144.91 manat faiz borcu və 1811.68 manat olmaqla, cəmi 8860.91 manat kredit borcu qalmışdır. İşə əlavə edilmiş xəbərdarlıqlardan və bildirişlərdən görünür ki, iddiaçı məsələni prenteziya yolu ilə həll etmək istəmişdir. Məhkəmə tərəfləri dinləyib iş materialını araşdırıb, təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinin tələbinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirələn, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Müqavilənin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı cavabdehə 015R********** saylı Kredit razılaşması üzrə 974.07 manat, 015R********** saylı Kredit Razılaşması üzrə 1811.68 manat cərimə hesablanmışdır. Lakin məhkəmə hesab edir ki, borcluya hesablanmış cərimənin məbləği yüksəkdir və azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında da göstərmişdir ki, “MM-nin 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. (§71) Borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır” Cərimənin tənasübsüzlüyü qənaətinə gələrkən məhkəmə, borcalanın maddi imkanını nəzərə alır. Ona görə də məhkəmə iddianın cərimənin alınması hissəsində müvafiq olaraq 015R********** saylı kredit razılaşması üzrə 100 manat, 015R********** saylı kredit müqaviləsi üzrə 180 manat məbləğində təmin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, cavabdeh Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 30.05.2019-cu il tarixli 015R********** №li və 20.01.2020-ci il tarixli 015R********** №li Kredit Razılaşmaları ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 015R********** Kredit Razılaşması üzrə 3432.46 manat əsas borc 568.41 manat faiz borc və 100 manat cərimə olmaqla, cəmi 4100 manat, 015R********** saylı Kredit Razılaşması 5904.32 manat əsas borc, 1144.91 manat faiz borc və 180 manat cərimə olmaqla, cəmi 7229.23 manat, ümumilikdə 11329.23 manat tutularaq İddiaçı QSC xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat alınıb iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 30.05.2019-cu il tarixli 015R********** №li və 20.01.2020-ci il tarixli 015R********** №li Kredit Razılaşmaları ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 30.05.219-cu il tarixli, 015R********** №li kredit razılaşması üzrə 3432.46 (üç min dörd yüz otuz iki manat qırx altı qəpik) manat əsas borc, 568.41(beş yüz altmış səkkiz manat qırx bir qəpik) manat faiz borc və 100 (bir yüz) manat cərimə olmaqla, cəmi 4100 (dörd min bir yüz) manat, 20.01.2020-ci il tarixli, 015R********** saylı kredit razılaşması üzrə 5904.32 (beş min doqquz yüz dörd manat otuz iki qəpik) manat əsas borc, 1144.91 (bir min bir yüz qırx dörd manat doxsan bir qəpik) manat faiz borc və 180 (bir yüz səksən) manat cərimə olmaqla, cəmi 7229.23 (yeddi min iki yüz iyirmi doqquz manat iyirmi üç qəpik) manat, ümumilikdə 11329.23 (on bir min üç yüz iyirmi doqquz manat iyirmi üç qəpik) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat alınıb İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada vaerildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-722/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-722/2021
20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver