Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-724/2021 17.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı X12 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 6150 manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, o Ağdam rayonundan məcburi köçkün olmaqla Mingəçevir şəhərində məskunlaşıb yaşayır. Tam orta təhsillidir. Ailəlidir iki övladı var. Eyni zamanda fərdi əməklə məşğuldur. Cavabdehi xeyli müddətdir ki, tanıyır. Aralarında dostluq münasibəti olub. O Mingəçevir şəhərində yerləşən N saylı hərbi hissədə gizir kimi xidmət edir. Əşya anbarının rəisidir. Cavabdeh 2019-cu ildə ona bildirdi ki, şəxsi ehtiyacı üçün ona 3150 manat pul lazımdır. O özündə olan ehtiyat pulunu və atası X6 da borc almaqla Cavabdeh 3150 manat borc pul vermişdir. Bir müddət sonra o yenidən ona müraciət edərək bildirmişdir ki, qeyri-rəsmi münasibətdə olduğu Mingəçevir şəhər sakini X8 ilə aralarında mübahisə düşmüş və o Xalidəyə və onun övladlarına bədən xəsarəti yetirmişdir. Xalidə polis şöbəsinə şikayət etmişdir və buməsələni yoluna qoymaq üçün 2000 manat pul lazımdır. O yenidən atasına və xalası X9 müraciət etmişdir. Onlar birgə Cavabdeh 2000 manat pul vermişlər. Sonradan o bildirdi ki, bu pulu polis şöbəsinə verərək məsuliyyətdən qurtarmışdır. Ötən ilin avqust ayında Cavabdeh yenidən ona müraciət edərək bildirdi ki, banka olan kredit borcunu bağlamaq üçün ona 1000 manat pul lazımdır. Kredit borcunu bağlayandan sonra yenidən kredit alaraq onların bütün borclarını bağlayacaqdır. O və atasında pul olmadığına görə o yenidən xalası X9 müraciət etmişdir. Xalası da onun xahişini nəzərə alaraq Cavabdeh onun iştirakı ilə, 1000 manat pul vermişdir. Beləliklə Cavabdeh ona cəmi 6150 manat borcu yaranmışdır. Həmin gün Cavabdeh özünün maaş kartını ona vermişdir. O avqust ayının axırlarında həmin maaş kartından pul çıxarmaq üçün bankomata getmişdir. Kartı yoxlayanda məlum olmuşdur ki, kart artıq fəaliyyətsizləşdirilmişdir. Ondan sonra dəfələrlə telefon əlaqəsi saxlasa da Cavabdeh ona borclu olduğu 6150 manat pulu özünün dediyinə görə, şəhərdə kriminal aləmin nümayəndəsi kimi tanınmış Razi (***-***-**-**) adlı şəxsə verdiyini və ala bilirsənsə pulunu get Razidən al deyə bildirmişdir. Bir müddət sonra isə həmin Razi və hal-hazırda həbsdə olduğu deyilən Zaxar adlı başqa birisi ilə onu bıçaqla hədələyərək onun bahalı üzüyünü və noutbukunu almışdır. Sonradan bilmişdir ki, bu quldurluq əməlinin təşkilatçısı və sifarişçisi də X13r. O bu barədə şikayət ərizəsi ilə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etmişdir. Mingəçevir şəhər Polis Şöbəsinin TBnin baş təhqiqatçısı, polis mayoru Ruzi Həsənovun 19.01.2021-ci il tarixli qərarı ilə, cinayət işinin başlanması rəd edilmiş və ona məhkəməyə mraciıt etmək tövsiyyə edilmişdir. Ona görə də məhkəmədən Cavabdeh 6150 manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X25 iddianı qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, o, iddiaçını xeyli müddətdir ki, tanıyır. Aralarında dostluq münasibətləri olmuşdur. Düzdür o, iddiaçıdan həmin pulu almışdır. Lakin əvəzində maaş kartını vermişdir hər ay həmin kartdan pulu götürsün. Bir neçə dostu ilə də pulu aparıb Səbuhiyə çayxanada olarkən vermişdir. Onun iddiaçıya heç bir borcu yoxdur. Ona görə də iddianın rədd olunmasını xahiş edir. X3 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Səbuhinin qohumudur. Pulu Ayaz ondan almışdır. Əvvəlcə 100 manat pul vermişdir. Sonra Səbuhi gəldiki Ayaza yenə pul lazımdır. Dedi ki, gəl Ayaza yenə borc verək bankdan pul götürən kimi borcunu qaytaracaqdır. Oda əlavə olaraq yenə 1000 manat pul verdi. Səbuhi dedi ki, pulu aparıb Ayaza verəcək, Ayazda kartını ona verəcək. X4 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Ayazın tanışıdır. O, Ayaza 3000 manat pul verdi ki, gedib borcunu ödəsin. O, Ayaz və Qabillə birlikdə pulu aparıb Razinin çay evində Səbuhiyə verdilər. O, maşında gözlədi. Bir müddət sonra Ayaz gildə gəldilər maşının yanına. Səbuhidə onları maşına qədər ötürdü. Həmin vaxt maşının yanında Ayaz Səbuhidən kartını istədi. Səbuhi isə kartın atasında olduğunu bildirdi. X5 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Ayaz pulu Səbuhiyə verməyə gedendə maşında oda var idi. O, maşın sürürdü. Ayaz pulu Rzinin yanında Səbuhiyə verdi. X7 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı və cavabdehi tanıyır. Bilir ki, Ayazın pula ehtiyacı var idi. Oda Səbuhidən 6000 manat borc pul almış və əvəzində maaş kartını Səbuhiyə vermişdir. Ayaz ona zəng vurdu ki, hardasan. Oda çay evində olduğunu bildirdi. Ayaz Səbuhiyə olan borcunu qaytarmaq üçün çay evinə gələcəyini və onunda şahid kimi yanında olmağını xahiş etdi. Oda razılaşdı. Biraz keşdikdən sonra Ayaz çay evinə gəldi. Ondan başqa yanında iki nəfər var idi. Onların yanında Ayaza 6000 min manat saydıhamısı yüzlüklər idi və Səbuhiyə qaytardı. X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Səbuhi onun oğludur. Səbuhi ona dostu Ayaza pul lazım olduğunu dedi. O, Səbuhiyə pulu necə verəcəyini bildirdikdə Səbuhi bildirdi ki, Ayaz maaş kartını onlara verəcək. Sonra bankdan pul götürüb onlara olan borcunu ödəyəcək. Oda pulu verməyə razılaşdı. Səbuhidə həmin pulu ondan və Mirvaridən götürdü. İşə əlavə olunmuş 19 yanvar 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X18, X20 və X28 barəsində Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli hallar kimi müəyyən etmişdir ki, X1 Ayaz Tofiq oğluna borc pul vermiş, lakin Cavabdeh İddiaçı borcunu qaytarmamışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri borc münasibətləri ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 324.1-ci maddəsində əqdin anlayışı müəyyən edilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 389.1-ci maddəsində müqaviləyə verilən tərifə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Sadalanan hüquq normalarını sistemli təhlil edib işin faktik halları ilə müqayisə edəndə müəyyən olunur ki, iddiaçı (6150 manat) pulu cavabdehə vermişdir. Cavabdeh isə pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Bu razılıq onların arasında mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 389.1-ci maddəsi baxımından yanaşdıqda isə, iddiaçı ilə cavabdehin mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi haqqında razılaşması, yəni müqavilədir. Bu müqavilə qanuna zidd deyildir və tərəflər üçün öhdəliklər yaradır. Tərəflər arasında bağlanan müqavilənin növünü müəyyən etmək üçün onun həqiqi məzmunu tərəflərin iradəsi, rəftarı və s. xüsusatlar nəzərə alınmalıdır. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 329.3-cü maddəsində deyilir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki Məcəllənin 324.5-ci maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu baxımdan tərəflər arasında bağlanmış şifahi müqavilə, hüquqi təbiətinə görə borc müqaviləsidir. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarnda olan sənədlərdən və şahid ifadələrində də göründüyü kimi iddiaçı X16 ayrı ayrı vaxtlarda tanıdığı başqa şəxslərdən cəmi 6150 manat pulu alaraq Cavabdeh vermişdir. Cavabdeh isə bankdan kredit götürüb iddiaçıya olan borcunu qaytaracağını bildirmişdir. Buradan belə nticəyə gəlinir ki, cavabdehin iddiaçıdan borc pul aldığı cavabdehin özünün izahatı ilə eyni zamanda şahid ifadələri ilədə təsdiqni tapır. Lakin Cavabehin həmin borc pulu iddiaçıya qaytarması sübuta yetirilməmiş, cavabdehin həmin pulu iddiaçıya qaytarmasını təsdiq edəcək hər hansı bir möhtəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən dindirilmiş şahid ifadələri isə sübut kimi təqdim oluna bilməz, iddianın rədd edilməsi üçün heç bir əhəmiyyət kəsb etmir. Bundan əlavə işin içində olan cinayət işinin başlanmasını rədd edilməsi haqqında qərardanda görünür ki, cavabdehin iddiaçıdan borc pul aldığı görünür. Lakin həmin pulu iddiaçıya qaytarılması barədə heç bir sübut aşkar olunmamışdır. Ona görə də 6150 manat pul cavadehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilmişdir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbin icra edilməsi qaydalarını tənzimləyən 433.3-cü maddəsində göstərilmişdir ki, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30 manat Cavabdeh tutulub İddiaçı verilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-241, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 6150 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-724/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-724/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver