Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-726/2021 16.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı LPO «xxxx» ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı LPO «xxxx» ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 1139,58 ABŞ dolları əsas, 2248,25 ABŞ dolları faiz, 2918 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 168,14 ABŞ dolları faiz, cəmi 6474,15 ABŞ dolları borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank tələbini belə əsaslandırmışdır ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh arasında bağlanmış 26.01.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə mal alışı məqsədilə 24 ay müddətinə 2579 ABŞ dolları məbləğində kredir verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, banka ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmamışdır. 18.11.2020-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 6474,15 ABŞ dolları təşkil edir. Bundan 1139,58 ABŞ dolları əsas, 2248,25 ABŞ dolları faiz, 2918 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 168,14 ABŞ dolları faiz borcu təşkil edir. Odur ki, məhkəmədən Cavabdeh cəmi 6474,15 ABŞ dolları borc-bundan 1139,58 ABŞ dolları əsas, 2248,25 ABŞ dolları faiz, 2918 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 168,14 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bununla belə iddiaçı bankın nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçı bankın nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan 26.01.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsindən görünür ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə mal alışı məqsədi ilə 24 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 2579 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan 26.01.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 26.01.2015-ci il tarixdən 26.01.2017-ci il tarixədək hər ay 144.25 ABŞ dolları banka ödəniş etməyi öhdəsinə götürmüşdür. İşdə olan kassa məxaric orderindən görünür ki, Cavabdeh 26.01.2015-ci il tarixdə «xxxx» Açıq Səhmdar Cəmiyyətindən 2579 ABŞ dolları məbləğində pulu şəxsən almışdır. İşdə olan cavabdehə ünvanlanmış 18.12.2020–ci il tarixli bildirişdən görünür ki, banka olan borcu cavabdehə xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan “xxxx” ASC–yə aid 29.12.2020-ci il tarixli maliyyə arayışından görünür ki, 18.12.2020-ci il tarixə cavabdehin banka olan əsas borcu 1139,58 ABŞ dolları, faiz borcu 2248,25 ABŞ dolları, cərimə borcu 2918 ABŞ dolları, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 168,14 ABŞ dolları, cəmi borcu 6474,15 ABŞ dolları təşkil edir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2017-ci il tarixli qərarından görünür ki, Əmanətlərin Sığortalanması Fondu «xxxx» ASC-nin Ləğvedicisi təyin edilmişdir. Beləlilklə, məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26.01.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə mal alışı məqsədilə 24 ay müddətinə 2579 ABŞ dolları məbləğində kredir verilmişdir. Lakin borclu Cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, banka ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmamış və nəticə də, onun banka 1139,58 ABŞ dolları əsas borcu yaranmış, krediti vaxtında icra etmədiyinə görə bank tərəfindən əsas borca 2248,25 ABŞ dolları faiz, 2918 ABŞ dolları cərimə borcu, həmçinin kredit müqaviləsi bitəndən sonra 168,14 ABŞ dolları faiz hesablanmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli olaraq tətbiq edilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən iddia tələbinə qiymət verərək belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə iddia qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə tətbiq edilən maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, iddia tələbi əsas kredit borcunun ödənilməsi hissəsində əsaslıdır. Bununla yanaşı məhkəmə, həmçinin qeyd edir ki, iddiaçının tələb etdiyi əsas kredit borcuna hesablanmış faiz və cərimə məbləği işin müəyyən edilmiş həqiqi hallarına uyğun deyildir. Belə ki, iş materiallarında əlavə edilmiş, maliyyə arayışında Cavabdeh kredit müqaviləsinin icra müddətinin bitmə tarixinə olan əsas kredit borcu, 1139,58 ABŞ dolları müəyyən edilmiş, həmin müddətə qədər 2248,25 ABŞ dolları faiz, 2918 ABŞ dolları cərimə hesablanmış, həmçinin iddiaçı tərəfindən müqavilə müddəti bitdikdən sonrakı müddətə, illik 5 faiz dərəcəsi ilə 168,14 ABŞ dolları əlavə faiz hesablanmışdır. Məhkəmə iş materiallarına əlavə edilmiş sübutların tədqiqi nəticəsində, həmçinin müəyyən etdi ki, cavabdeh öhdəliyin icrası ilə bağlı ödəniş etməməsi ilə bağlı iddiaçı bank tərəfindən borcluya vaxtında xəbərdarlıq edilməmişdir. Bununla da görünür ki, cavabdehin kredit müqaviləsi üzrə əsas məbləği və faiz borcu ödəməsindən 360 gündən çox gecikdiyindən, onun borcu vaxtı keçmiş kredit borcuna aiddir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borcların olması müəyyən edilmişdir. Həmin Fərmanın 6.1-ci bənində Banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri tövsiyyə edilmişdir. Həmin Fərmanın 6.2-ci bəndində isə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklara bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görmələri tövsiyyə edilmişdir. Həmin Fərmanın 7.1-ci maddəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi tapşırılmışdır. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi 26.01.2015ci il tarixdə bağlandığından, cavabdehin kredit müqaviləsi üzrə əsas məbləği və faiz borcunu ödəməsindən 360 gündən çox, hətta 3 ildən artıq müddət keçdiyindən, onun borcu vaxtı keçmiş kredit borcuna aid edilməklə, Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşür. Eləcə də, həmin Fərmanın 6.1-ci bəndində göstərilən qaydada iddiaçı bank tərəfindən cavabdehə yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilməmişdir. Çünki iddiaçı tərəf iddia ərizəsinə o barədə mötəbər sənəd əlavə etməmişdir. Belə olan halda Cavabdeh problemli kreditlər məsələsinin həllinə yönəlmiş dövlət dəstəyindən faydalana bilməmiş, nəticədə iddiaçı tərəfin hərəkətsizliyi səbəbindən, cavabdehə münasibətdə Fərmanda qarşıya qoyulan məqsədə nail olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etməkdən ibarət olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh əsas kredit borcuna hesablanmış faiz və dəbbə pulu silinməlidir. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçı bankın iş materiallarına əlavə etdiyi 29.12.2020-ci il tarixli maliyyə arayışında, əsas kredit borcuna kredit müqaviləsinin icra müddəti bitdikdən sonrakı müddətə 5 faiz əlavə borc hesablaması da borclu tərəfi əlverişsiz vəziyyətə saldığı üçün etimad və vicdanlılıq prinsiplərinə ziddir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, Cavabdeh öhdəliyini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməməsinə baxmayaraq, iddiaçı bank tərəfindən borcluya xəbərdarlıq edilməmişdir. Belə bir xəbərdalığın olması iş materiallarından görünmür. İddiaçı bank yalnız 18.12.2020-ci il tarixdə cavabdehə borcun ödənilməsinə dair bildiriş göndərmişdir. Bu hal isə iddiaçı bank tərəfindən borcluya xatırlatma verməsi və yaxud ona qarşı iddia qaldırması üçün əsas olmuş, lakin iddiaçı bank isə borclunun icranı gecikdirdiyi vaxtdan 4 il sonra məhkəmədə iddia qaldırmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır: Həmin Məcəllənin 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 443.5-ci maddəsinə borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Həmin Məcəllənin 742.2-ci maddəsinə əsasən yüz on manatdan çox məbləğdə borclar üçün borc müqaviləsinin ləğv edilməsi haqqında xəbərdarlıq müddəti üç ay, daha az məbləğdə borclar üçün bir ay təşkil edir. Əgər borc üzrə faizlər şərtləşdirilməyibsə, borc alanın ləğvetməyə dair bildiriş vermədən də borcu qaytarmaq hüququ vardır. Məhkəmə Azərbaycan Respublikasının Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanın və istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən hesab edir ki, iddia tələbi cavabdehə kredit müqaviləsi bitəndən sonra hesablanmış faiz və cərimə borcunun ödənilməsi hissəsində də əsassızdır və iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı banka verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 26.01.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə əsas kredit borcu olan 1139,58 (bir min yüz otuz doqquz dollar, əlli səkkiz sent) ABŞ dolları ödənildiyi günə Azərbaycan manatına olan məzənnəsi üzrə alınıb LPO «xxxx» ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul alınıb iddiaçı LPO «xxxx» ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-726/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-726/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver