Məhkəmə qərarları › İş №2(051)-73/2021

Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-73/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-73/2021 10.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı BOKT « İddiaçı » MMC-nin cavabdehlər X2 və Cavabdeh2 qarşı «əsas və faiz borcunun qaytarılması, tutmanın ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: BOKT İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, 1.cavabdehlər X2 və Cavabdeh2 müştərək qaydada xx xxxx 2013-cü il tarixli, 207 G saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 9509,38 manat, faiz borcu üzrə 4894,58 manat, ümumi 14403,96 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin BOKT İddiaçı MMC-nin xeyrinə tutulması 2. Tutmanın Cavabdeh1 mülkiyyətində olan 2012-ci il buraxılışlı, “X7 C30” minik markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh1 qaytarılmasına, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin cavabdehlərdən tutulub İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi Süleyman Bəkirov məhkəməyə teleqram göndərərək onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və işə qiyabi icraat qaydasında baxaraq qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. BOKT İddiaçı MMC-nin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin “Nizami” fiialı ilə Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixli, 207 G saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 19% tətbiq edilməklə, 48 ay müddətinə 10795 (on min yeddi yüz doxsan beş) manat məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə edilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan 2012-ci il buraxılışlı, “X7 C30” minik markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2013-cü il tarixli, AA seriyalı, 088395nömrəli “İpoteka müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. xxxx” ASC-nin “Nizami” fiialı ilə Cavabdeh2 xx.xx.2013-cü il tarixdə, 207 G saylı Zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh X2 bank qarşısındaki öhdəliklərinini lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda kredit müqaviləsi üzrə əsas borcu 9509,38 manat, faiz borcu üzrə 4894,58 manat, ümumi 14403,96 manat məbləğində təşkil etmişdir. Pul məbləğinin ödənilməsi ilə bağlı bankdan cavabdehə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq qeyd edilən öhdəlik yerinə yetirilməmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə ,“xxxx” Açıq Səhmdar Cəmiyyətinin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-ə keçmişdir. Ona görə də, cavabdeh X2 və Cavabdeh2 müştərək qaydada xx.xx.2013-cü il tarixli, 207 G saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 9509,38 manat, faiz borcu üzrə 4894,58 manat, ümumi 14403,96 manat məbləğində və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin BOKT İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, X3 xx xxxx 2013-cü il tarixdə BOKT İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 207 G saylı kredit sazişi bağlayaraq, 48 ay müddətinə, 19 % illik faiz dərəcəsi olmaqla 10795 manat məbləğdə kredit götürmüşdür. Həmçinin BOKT İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə əmələ gələn öhdəliklərin icrasını təmin etmək üçün Cavabdeh1 “X7 C30” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobili ipotekaya qoyulmuşdur. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh1 BOKT İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə xx xxxx 2013-cü il tarixdə 207 G saylı müqavilə bağlayaraq 10795 manat məbləğdə kredit almış, aldığı borc məbləğini illik 19 faiz əlavəsi ilə 48 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Həmin tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış və zamin Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, “Borc verən” “Borc alan”a sonuncunun öz biznesini inkişaf etdirmək və həyat səviyyəsini yaxşılaşdırmaq üçün 48 ay müddətinə xx.xx.2017-ci il tarixə qədər aylıq qalıq borcun 0% dərəcəsini tətbiq etməklə 10,795 manat məbləğində kredit verilmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-ə keçmişdir. Borcalan öz öhdəliklərini icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 9/4755 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan, hesabdan çıxarış məlumatlarından və xx xxxx 2013-cü il tarixli, 207 G saylı kredit müqaviləsinin şərtlərini nəzərə alınmaqla cavabdeh X1 iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinə xx xxxx 2017-ci il tarixə olan borcu əsas borc üzrə 9509,38 manat, faiz borcu üzrə 4894,58 manat, ümumi 14403,96 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək müəyyən etmişdir ki, Cavabdeh1 «İddiaçı » QSC ilə xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi bağlayaraq avtomobilin alınması üçün 48 ay müddətinə illik 19 faiz ödəmək şərtilə 10795 manat məbləğində kredit almışdır. Cavabdehlə bank arasında bağlanmış xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinin təminatı qismində həmin tarixdə ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən Cavabdeh1 “X7 C30” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı, avtomobili banka ipotekaya qoymuşdur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit və ipoteka ilə bağlı yaranan mülki münasibətlərdir. Məhkəmə, işin hallarına kredit və ipoteka qanunvericiliyinə, tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan hüquq normalarına əsasən, iddiaçının borcalana qarşı borcun ödənilməsi tələbi əsaslıdır. İddianın zamindən borcun ödənilməsi tələbi də əsaslıdır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsində zaminlik müqaviləsinə verilən tərifə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zamin borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. «İpoteka haqqında» Qanunun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun əsaslarından biri əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmamasıdır. Məhkəmədə müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini vaxtında icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə görə əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsində göstərilmişdir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. İddiaçının təqdim etdiyi sənədlərlə müəyyən olunur ki, borcun ipoteka qoyulmuş əmlaka yönəldilməsi üçün «İpoteka haqqında» Qanunun 36-cı maddəsi ilə müəyyən olunmuş bütün prosedurlara kreditor tərəfindən riayət olunmuşdur. «İpoteka haqqında» Qanunun 41.1-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.3, 319.6-cı maddələrinə və «İpoteka haqqında» Qanunun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinin satışından əldə olunan vəsaitdən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbi, o cümlədən əsas borc öhdəliyinin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulu və ya vurulmuş zərər, daha sonra isə məhkəmə xərcləri və digər xərclər ödənilir, qalan məbləğ ipoteka qoyana qaytarılır. Buna görə məhkəmə hesab edir ki, ipoteka predmeti olan avtomobil hərracda satışa çıxarılmaqla satılmalı və satışdan əldə olunmuş vəsait hesabına iddiaçının tələbləri və məhkəmə xərcləri ödənilməli, qalan məbləğ isə ipoteka qoyana qaytarılmalıdır. «İpoteka haqqında» Qanunun ipoteka ilə təmin edilən tələbin həcmini müəyyən edən 4-cü maddəsində göstərilmişdir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və vurulmuş zərərin əvəzinin ödənilməsi, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi də daxil olmaqla tam ödənilir. «İpoteka haqqında» Qanunun 4-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPMnin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır.. Mülki Məcəllənin 295-ci maddəsində göstərilmişdir ki, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. İş üzrə ekspertiza xərci olan 145 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb BOKT İddiaçı QSC-nə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər X2 və Cavabdeh2 müştərək qaydada əsas borc 9509,38 manat, faiz borcu üzrə 4894,58 manat, ümumilikdə 14403,96 manat məbləğində borc tutularaq BOKT İddiaçı MMC-yə verilsin. Tutma cavadeh Cavabdeh1 mülkiyyətində olan “X7 C30” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin. Avtomobilin açıq həracda satılmasına əldə olunacaq vəsait hesabına Cavabdeh1 banka olan borcu ödənilsin, satışdan əldə olunacaq vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh1 qaytarılsın, satışdan əldə olunacaq vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc məbləği cavabdehlərdən müştərək qaydada tutulub İddiaçı QSC-yə ödənilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul cavadehlər Cavabdeh1 Elxan oğlu və Cavabdeh2 tutulub İddiaçı QSC-yə ödənilsin. İş üzrə ekspertiza xərci olan 145 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb BOKT «xxxx» QSC-nə ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Mingəçevir şəhər məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim: i Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar