Məhkəmə qərarları › İş №2(051)-74/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-74/2021

20.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-74/2021 20.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 5000 manat məbləğində maddi ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhəri ev 23, mənzil 9-un sakini Cavabdeh onun mənzilindən yuxarı mərtəbədə yaşadığı ona məxsus 9 nömrəli mənzili fasiləsiz olaraq çirkli su axıdaraq onun şəxsi mülkiyyətinə ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixli Mənzil Təsərrüfatı və Abadlaşdırma idarəsinin baş mühəndisi Ramiz Hüseynov, TS-nin sahə rəisi Çingiz Vəliyev, 2 saylı MİS-in rəisi Ramil Əliyev tərəfindən tərtib olunmuş aktda şəxsi mülkiyyətinə 27.62 kv. Metr sahəyə maddi ziyan vurulduğu göstərilmişdir. Cavabdeh səhlənkarlığı nəticəsində mənzilinin dəhlizinə, vanna otağına, mətbəxinin tavanına və divarlarına 27.62 kv. Metr sahədə maddi ziyan dəymişdir. Ona görə də Məhkəmədən yararsız vəziyyətə düşmüş əmlakın dəyəri, mənzilinin bərpası təmir işlərinin dəyəri və mənəvi ziyanın dəyəri olan cəmi 5000 (beş min) manat pul cavabdehdən onun xeyrinə tutulmasına qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh nümayəndəsi (vəkil) X3 iddianı qəbul etmədi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, təmsil etdiyi şəxslə iddiaçı arasında bu mübahisə əvvəllər də olmuşdur. Həmin vaxt Cavabdeh İddiaçı bu məsələni birdəfəlik həll etmək üçün usta çağırmağı və bu problemin mənbəyi olan köhnəlmiş ana xətt borularını dəyişməyi təklif etmişdir. Lakin cavabdeh ustanın onun evinə girməsinə razı olmamış, evə çağırılacaq ustanın onun evini dağıdacağını söyləmişdir. Bu ziyan cavabdehin hərəkətinin deyil, iddiaçının hərəkətsizliyinin nəticəsidir. Ona görə də məhkəmədən iddianın təmin olunmamasını xahiş edir. İşə əlavə olunmuş Mİngəçevir şəhəri MİS-nin xx.xx.2020-ci il tarixli 237 nömrəli arayışından görünür ki, Abdullayev X5 şəhəri Nizami küçəsi ev 23 mənzil 6 ünvanında yaşayır. İşə əlavə olunmuş AR X8 Komitəsinin yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 58.31 kv.m olan yaşayış sahəsi 1/3 hissələrlə olmaqla İddiaçı, X2, X4 mülkiyyətindədir. İşə əlavə olunmuş Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, ingəçevir şəhəri Nizami küçəsi 23 nömrəli evin, 6 nömrəli mənzilinə baxış keçirilmiş, baxış zamanı yuxarı mərtəbədə mənzil 9-da yaşayan Cavabdeh səhlənkarlığı nəticəsində, yəni içməli və çirkab su borularının nasaz olması səbəbindən aşağıdakı mənzilin dəhlizinə, vanna otağına, mətbəxinin tavanına və divarlarına 27.62 kv. Metr sahədə ziyan dəymişdir. İşdə olan 10/2523 saylı xx xxxx 2021-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqatın nəticəvi hissəsində göstərilənlərə əsasən, Mingəçevir şəhəri Nizami küçəsi 23 nömrəli evin 6 saylı mənzilinin tavan və divarlarında su sızma ləkələrini, eləcə də mülki iş materiallarında olan Mingəçevir şəhər Mənzil Təsərrüfat idarəsnin 2 saylı MİS-in əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktın məlumatlarını nəzərə alaraq, Mingəçevir şəhəri nizami küçəsi 23 saylı evin 9 saylı mənzilindən 6 saylı mənzilinə suyun sızması müəyyən olunur. Mingəçevir küçəsi23 saylı evin 6 saylı mənzilinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq 733 manat məbləğində olduğu müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və deliktlərdən əmələ gələn öhdəlikləri nizamlayan 59-cu fəslinin müddəaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Sadalanan hüquq normaları mənzilin təmiri ilə bağlı iddiaçıya yetirilmiş ziyanın ödənilməsinin hüquqi əsasını təşkil edir və zərərin ödənilməsi tələbinin təmin olunmasını şərtləndirir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Sadalanan hüquq normalarına əsasən, iddiaçının cavabdehə qarşı ziyanı ödənilməsi tələbi əsaslıdır. Məhkəmə iddia ərizəsi və ekspert tərəfindən verilmiş ekspert rəyi müqayisəli şəkildə təhlil edərək ekspertizanın ərizəyə uyğun olması və real olması müşahidə olunmuşdur. Ona görə də məhkəmə iddia tələbini ekspert rəyinə uyğun çıxarılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi cavabdehin hərəkətləri (və ya hərəkətsizliyi) nəticəsində iddiaçıya-mənzil sahibinə ziyan dəymişdir. Həmin ziyan isə cavabdeh tərəfindən ödənilməmişdir. İddiaçıya ziyan dəyməsi iş materiallarında olan sənəd və ekspert rəyləri ilə sübut təqdim etmişdir. İşdə olan sənədlərdən də göründüyü kimi cavabdehdən dəymiş ziyanın məbləğinin alınıb iddiaçıya verilməsi məqsədə müvafiqdir. Lakin ekspert rəyindən də göründüyü kimi cavabdehin hərəkətləri nəticəsində iddiaçıya 733 manat ziyan dəymişdir. Cavabdehdən maddi ziyan kimi 733 manat pul alınıb iddiaçıya verilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş üzrə 100 manat məbləğdə ekspertiza xərci 15 manat olmaqla Cavabdeh, 85 manat olmaqla İddiaçı tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Cavabdeh iddiaçının mənzilinə dəyən ziyana görə 733 (yeddi yüz otuz üç) manat məbləğində pul alınıb İddiaçı verilsin. İş üzrə 100 manat məbləğdə ekspertiza xərci 15 manat olmaqla Cavabdeh, 85 manat olmaqla İddiaçı tutularaq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar