Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-74/2023 05.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçının nümayəndəsi,Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı məzilin təmirinə çəkilmiş xərcin ödənilməsi tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı məzilin təmirinə çəkilmiş xərcin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi,Vəkil iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı Cavabdeh oğlu X2 ilə 2014-cü ilin iyul ayında rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, onların birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü Nuray adlı bir nəfər uşaqları olmuşdu. İddiaçı özünə məxsus cehiz əşyalarını cavabdehin razılığı ilə cavabdehə məxsus olan Mingəçevir şəhəri F.Əzimov küçəsi 33 №-li evin 21 №-li mənzilində yerləşdirmiş və həmin mənzildə yaşamışdır. 2018ci ildə iddiaçı ilə cavabdehin oğlu arasındakı münasibətlər pozulmuş və faktiki olaraq ayrılmışlar. Ancaq nikahları xx.xx.2019-cu ildə Şəki rayon məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Faktiki ayrıldıqdan sonra da iddiaçı cavabdehin razılığı ilə həmin mənzildə yaşamışdır. Sonra cavabdeh iddiaçıya bildirmişdir ki, ya mənzili boşalt kirayə versin, ya da mənzilin iki otağını təmir etdirib cehiz əşyalarını da həmin otaqlara yığ. İddiaçı da başqa yaşayış sahəsi olmadığına görə cavabdehin razılığı ilə mənzilin iki otağını təmir etdirmşdir. Təmir işləri qurtardıqdan sonra cavabdeh iddiaçının mənzildən çıxmasını tələb etmiş, sonra mənzildən çıxmaq tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz vəsaiti hesabına cavabdehə məxsus Mingəçevir şəhəri F.Əzimov küçəsi 33 №-li evin 21 №-li mənzilin iki otağını təmir etdirmiş, otaqları təmiri ilə bağlı iddiaçı 5325 manat pul xərcləmişdir. İddanın təmin olunması, mənzilin təmirinə çəkdiyi 5325(beş min üç yüz iyirmi beş) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 74 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izhatında bildirdi ki, Mingəçevir şəhəri F.Əzimov küçəsi 33 №-li evin 21 №-li mənzili onun mülkiyyətindədir. İddiaçı onun oğlu ilə ailə qurmuş, cehiz əşyalarını həmin mənzildə yerləşdirmişdir. Oğlu ilə iddiaçı arasındakı müasibətlər pozuldudan,faktiki ayrıldıdan sonra da iddiaçı ona məxsus mənzildə yaşamışdır. Fikirləşmişdir ki, bəlkə aralarındakı münasibətlər düzələr, ailə münasibətləri bərpa olunar. Ona görə də iddiaçıdan mənzildən çıxmasını, mənzilin boşaldılmsını tələb etməmişdir. Ancaq o, iddiaçıya cehiz əşyalarını yığmaq üçün mənzilin iki otağını təmir etdirməsini deməmiş və bununla bağlı aralarında razılaşma olmamışdır. İddiaçı onun razılığı, məlumatı olmadan otaqları təmir etdirmşdir. Oğlu ilə iddiaçı arasında nikah pozulduqdan sonra o, mənzildən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia əsasızdır və iddianın təmin olunmamasını xahiş edir. İddiaçının vəsatəti ilə məhkəmə iclasında şahid kimi ifadə verən X3 ifadəsində bildirdi ki, ustadır, ev təmiri işləri ilə məşğul olur. İddiaçı ilə aralarındakı razılaşma əsasında Mingəçevir şəhəri F.Əzimov küçəsi 35 №-li evin 21 №-li mənzilində 5 ay təmir işləri aparmışdır. Mənzilin açarını ona İddiaçı vermişdir. Təmir işlərini apararkən mənzildə tək olmuşdur. Mənzilin kimə aid olduğunu bilməmişdir. Təmir işləri qurtardıqdan sonra İddiaçı ona 2500 manat pul vermişdir. Məhkəmə tərəfləi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşdə olan Şəki rayon məhkəməsinin 2(075)-1571/2019 №-li xx.xx.2019-cu il tarixli qətnaməsidən görünür ki, X2 ilə İddiaçı arasında Şəki ŞİHB-n Turan qəsəbə İƏD-si üzrə nümayəndəliyində 21 iyul 2014-cü il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan olan 04 mart 2016-cı il təvəllüdlü Nurayın anası İddiaçı yanında saxlanılması qət edilmişdir. İşə alınmış materialların qiyməti barədə qəbzlər əlavə olunmuşdur. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 2(051)-1664/2022 №-li xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsindən görünür ki, cavabdeh İddiaçı övladı Nuray və əşyalrı ilə birlikdə Cavabdeh mülkiyyətində olan Mingəçevir şəhəri F.Əzimov küçəsində yerləşən 33 saylı evin 21 saylı mənzilindən çıxarılması qət edilmişdir. İşə əlavə olunmuş məhkəmə tikinti-texniki ekspertizasının 10/8329 №-li 31 mart 2023-cü il tarixli rəyində göstərilir ki, Mingəçevir şəhəri F.Əzimov küçəsində yerləşən 33 saylı evin 21 saylı mənzilin 2 yaşayış otağı, dəhliz, mətbəx və balkon tikililəri üzrə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri təqribən 4165,0 manat məbləğində olduğu müəyyən edildi. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosesual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci madəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı tələbində cavadehin oğlu ilə rəsmi nikah qeyd etdirdikdən sonra cehiz əşyalarını cavabdehə məxsus Mingəçevir şəhəri F.Əzimov küçəsi 33 №-li ein 21 №-li mənzilində yerləşdirildiyini, həmin mənzildə yaşadığını, aralarındakı razılaşmaya görə otaqları təmir etdikdən sonra cavabdeh ona mənzildən çıxmasını tələb etdiyini, ona görə də mənzilin təmirinə çəkdiyi xərcin ona ödənilməsini xahiş etmişdir. Məhkəmə tədqiqi zamanı da otaqların iddiaçı tərəfindən təmir olunması müəyyən edildi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edilən normalara əsaslanaraq, təqdim edilmiş sübutlara, eləcə də iş üzrə məhkəmə-tikinti ekspertiza rəyinə qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehin mülkiyyətində olan Mingəçevir şəhəri F.Əzimov küçəsi 33 №-li evin 21 №-li mənzilinin təmiri üçün xərclədiyi 4165 (dörd min bir yüz altmış beş) manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 61 manat cvabdehdən alınıb iddiaçıya erilməlidir. İş üzrə ekspertiza xərci olan 50(əlli) manat cavabdehdən alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia qismən təmin olunsun. Mingəçevir şəhəri F.Əzimov küçəsi 33 №-li evin 21 №-li mənzilinin təmiri ilə bağlı xərclənmiş 4165(dörd min bir yüz altmış beş) manat, dövlət rüsumu kimi öənilmiş 61(altmış bir) manat Cavabdeh alınıb İddiaçı verilsin. İş üzrə ekspertiza xərci olan 50(əlli) manat Cavabdeh alınıb aşağıdakı dövlət büdcəsinə ödənilsin. Büdcə təsnifatının kodu: 142595 Büdcə səviyyəsinin kodu 3 Ekspertiza xərci SAP (XİİS) hesabı X1 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000003944 SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** HESAB AZ34CTRE**********00088501 Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-74/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-74/2023
05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver