Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-745/2021 17.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Musayeva Günel Şövkət qızının katibliyi, İddiaçı BOKT İddiaçı MMC-nin Cavabdeh qarşı əsas borcun qaytarılmasına yönəldilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı BOKT İddiaçı MMC Cavabdeh qarşı əsas borcun qaytarılmasına yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı BOKT İddiaçı MMC-nin nümayəndəsi Süleyman Bəkirov məhkəməyə teleqramma göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı BOKT İddiaçı MMC-nin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərilmişdir ki, “X1” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC- nin Nizamnaməsinə edilmiş 12.10.2015-cui il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X2 edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar “xxxx” QSC tərəfindən “xxxx” ASC-də problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-LMK-173 saylı, 16.04.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “xxxx” ASC ilə Cavabdeh arasında 12.05.2015-ci il tarixdə, L-113-USD saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22% hesablanmaqla, 36 ay müddətinə 8300 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh ilə 12.05.2015-ci il tarixli, L-113-USD saylı girov müqaviləsi bağlanmışdır və həmin müqaviləyə əsasən Cavabdeh məxsus 6.4 qram çəkisi, 583 əyyar olan bir dəst halqa sırqa, 6.8 qram çəkisi , 583 əyyar olan bir dəst sallama sırqa, 4.8 qram çəkisi, 583 əyyar olan 1 ədəd şarikli sırğa, 10.8 qram çəkisi, 750 əyyar olan 3 ədəd üzük, 4.8 qram çəkisi, 750 əyyar olan, 0.30 karat brilliyant qaşlı nişan üzüyü, 14.1 qram çəkisi, 750 əyyar olan, 1.15 karat brilliyant kolye, 6.5 qram çəkisi, 750 əyyar olan, 0.45 karat brilliyant bilərzik, 11 qram çəkisi, 583 əyyar olan, 1 ədəd sirkon dəst qızıl- zinət əşyaları girov qoyulmuşdur. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka olan borcu 5155.35 ABŞ dolları əsas borc, 2523.38 ABŞ dolları faiz borcu, cəmi 7678.73 ABŞ dolları təşkil edir. Həmin borcun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın girov predmetinə yönəldilərək açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin İddiaçı QSC-yə ödənilməsi, satışdan əldə olunan vəsaitdən borc məbləğindən artıq qalan hissənin Cavabdeh qaytarılması barədə qətnamə çıxarılması xahiş edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 12.05.2015-ci il tarixli L- 113-USD saylı kredit müqaviləsindən görünür ki, bank cavabdehə 36 ay müddətinə, aylıq 22% hesablanmaq şərtilə 8300 ABŞ dolları manat məbləğində kredit verməyi, cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə olunmuş 12.05.2015-ci il tarixli L-113-USD saylı girov müqaviləsindən görünür ki, 12.05.2015-ci il tarixli L-113-USD saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh məxsus 6.4 qram çəkisi, 583 əyyar olan bir dəst halqa sırqa, 6.8 qram çəkisi, 583 əyyar olan bir dəst sallama sırqa, 4.8 qram çəkisi, 583 əyyar olan 1 ədəd şarikli sırğa, 10.8 qram çəkisi , 750 əyyar olan 3 ədəd üzük, 4.8 qram çəkisi, 750 əyyar olan, 0.30 karat brilliyant nişan üzüyü, 14.1 qram çəkisi, 750 əyyar olan, 1.15 karat brilliyant kolye, 6.5 qram çəkisi olan, 750 əyyar olan, 0.45 karat brilliyant bilərzik, 11 qram çəkisi, 583 əyyar olan, 1 ədəd qızıl zinət əşyaları girov qoyulmuşdur. İşə əlavə olunmuş 113-AZN saylı Girov müqaviləsinə əsasən girovun qiymətləndirilməsindən görünür ki, girov qoyulmuş qızıl-zinət əşyalarının ümumi dəyəri 12450 manat məbləğində qiymətləndirilmişdir. İşə əlavə edilmiş kassa məxaric orderindən görünür ki, Cavabdeh “xxxx” ASC-dən 8300 ABŞ dolları məbləğində kredit götürmüşdür. İşdə olan SLMC-173 №li 16.04.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağl borclu şəxs Cavabdeh İslam oğluna dair sənədlər İddiaçı QSC-ə verilmişdir. İşə əlavə edilmiş xəbərdarlıqlardan və bildirişlərdən görünür ki, iddiaçı məsələni pretenziya yolu ilə həll etmək istəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 280.1-ci maddəsinə əsasən girov müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 281.1-ci maddəsinə əsasən girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliklərini qanunla müəyyən edilmiş ümumi tələblərə riayət etməməklə, eyni zamanda tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri də icra etməmişdir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh “xxxx” ASC ilə aralarında bağlanmış kredit müqaviləsinə əsasən bankdan kredit götürmüşdür. Lakin cavabdeh tərəfindən müqavilənin tələblərinə riayət olunmamış, müqavilə şərtləri pozulmuşdur. Üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə kredit borcu yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunun qaytarılması tələbində haqlıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 5155.35 ABŞ dolları əsas borc, 2523.38 ABŞ dolları faiz borcu, cəmi 7678.73 ABŞ dolları kredit borcu tutularaq iddiaçı BOKT İddiaçı QSC-yə verilməli, pulun tutulması Cavabdeh məxsus girov qoyulmuş 6.4 qram çəkisi, 583 əyyar olan bir dəst halqa sırqa, 6.8 qram çəkisi , 583 əyyar olan bir dəst sallama sırqa, 4.8 qram çəkisi, 583 əyyar olan 1 ədəd şarikli sırğa, 10.8 qram çəkisi, 750 əyyar olan 3 ədəd üzük, 4.8 qram çəkisi, 750 əyyar olan, 0.30 karat brilliyant nişan üzüyü, 14.1 qram çəkisi, 750 əyyar olan, 1.15 karat brilliyant kolye, 6.5 qram çəkisi olan, 750 əyyar olan, 0.45 karat brilliyant bilərzik, 11 qram çəkisi, 583 əyyar olan, 1 ədəd qızıl zinət əşyalarına yönəldilərək həmin əşyalar açıq hərracdan satışa çıxarılmalı, satışdan əldə olunan pul vəsaiti hesabına ümumilikdə 7678.73 ABŞ dolları kredit qətnamə icra olunan günə manat məzənnəsi ilə borcu və dövlət rüsumu kimi ödənilmiş 30 manat iddiaçı BOKT İddiaçı QSC -yə ödənilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216– 220, 238-253-cü maddələrini rəhbər tutub , məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 5155.35 (beş min bir yüz əlli beş dollar otuz beş sent) ABŞ dolları əsas borc, 2523.38 (iki min beş yüz iyirmi üç dollar otuz səkkiz sent) ABŞ dolları faiz borcu, cəmi 7678.73 (yeddi min altı yüz yetmiş səkkiz dollar yetmiş üç sent) ABŞ dolları kredit borcu qətnamə icra olunan günə manat məzənnəsi ilə və dövlət rüsumu kimi ödənilmiş 30 manat tutularaq iddiaçı BOKT İddiaçı QSC-yə verilsin. Pulun tutulması Cavabdeh girov qoyulmuş 6.4 qram çəkisi, 583 əyyar olan bir dəst halqa sırqa , 6.8 qram çəkisi, 583 əyyar olan bir dəst sallama sırqa, 4.8 qram çəkisi, 583 əyyar olan 1 ədəd şarikli sırğa, 10.8 qram çəkisi, 750 əyyar olan 3 ədəd üzük, 4.8 qram çəkisi, 750 əyyar olan, 0.30 karat brilliyant qaşlı nişan üzüyü, 14.1 qram çəkisi, 750 əyyar olan, 1.15 karat brilliyant kolye, 6.5 qram çəkisi olan, 750 əyyar olan, 0.45 karat brilliyant bilərzik, 11 qram çəkisi, 583 əyyar olan, 1 ədəd qızıl - zinət əşyalarına yönəldilərək həmin əşyalar açıq hərracdan satışa çıxarılsın, satışdan əldə olunan pul vəsaiti hesabına ümumilikdə 7678.73 ABŞ dolları kredit borcu qətnamə icra olunan günə manat məzənnəsi ilə və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat iddiaçıya ödənilsin. Satışdan əldə edilən vəsaitdən borc ödənildikdən sonra qalan vəsait cavabdehə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-745/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-745/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver