Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-751/2020 05.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, iddiaçı: İddiaçı cavabdeh: Cavabdeh qarşı «pul tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi iləMingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh verdiyi 79925 manat məbləğdə pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, Cavabdeh X4 vasitəsi ilə tanımışdır. Ona Mingəçevir şəhərində spirtli içkilərin və mineral suların topdan satışı ilə məşğul olduğunu bildirdi. Gələcəkdə də mənim oğlunu da bu işə cəlb edərək yaxşı gəlir əldə edəcəyini söylədi. Sonradan həmin biznesini gücləndirmək məqsədilə ondan 87925 manat pul almış, həmin puldan 8000 manatını qaytarmışdır. Hazırda onun 79925 manat borcu qalmışdır. Həmin pulun bir hissəsinin alınmasında yəni 23800 manat və 6000 ABŞ dolları X2 iştirakı vəşahidliyi ilə verilmişdir. Bununla bağlışahidin imzası ilə qəbzdə vardır. Hər dəfə cavabdehdən pulu qaytarmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirmiş və pulun ödənilməsindən yayınmışdır. Buna görə də Cavabdeh verdiyi 79925 manat məbləğdə pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, iddiaçıdan aldığı pulu ona qaytarmışdır. İddiaçı iddia tələbi üzrə məhkəməyə təqdim etdiyi qəbzlərdə ki, 23800 manat və 6000 ABŞ dolları olan imzalar onundu. Lakin onun qeyd etdiyi rəqəmlər şişirdilmiş rəqəmlərdi. Buna görə də iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi izahatında göstərmişdir ki, həm Şəkinə Əliyevanı həmdə Cavabdeh yaxından tanıyır. Hər ikisi ilə yaxşı münasibəti vardır. Həqiqətəndə Mingəçevir şəhərində spirtli içkilərin və mineral suların topdan satışı ilə məşğul olmuşlar. Bizneslərini gücləndirmək məqsədi ilə İddiaçı pul almışlar. Sonra işlədikləri müddətdə həmin pulların müəyyən miqdarını qaytarmışlar. Lakin nə qədər pul qaytardığını bilmir. Mülki işə əlavə olunmuş qəbzdən görünür ki, Kərimov X1 Fərid Yusif oğlunun şahidliyi ilə birgə biznes qurmaq üçün İddiaçı 23800 manat və 6000 ABŞ dolları məbləğində pul almış və bunu imzasıyla təsdiq etmişdir. İşüzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 4/513 saylı rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 29-cu vərəqinin orta hissəsində xx xxxxxx 2019-cu il tarixli sənəddə “Coşqun” yazısıönündəki imza, 30-cu vərəqinin orta hissəsində x xxxxxx 2019-cu il tarixli sənəddə “verdim” yazısı qarşısındakı imza, 31-ci vərəqinin orta hissəsində x xxxxxx 2019-cu il tarixli sənəddə “6/1-2019” rəqəmlərinin qarşısındakı imza və 32-ci vərəqində x xxxxx 2018ci il tarixli sənəddə “Cavabdeh “ yazıları qarşısındakı imza- Cavabdeh tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli hallar kimi müəyyən etmişdir ki, iddiaçı X3 cavabdeh Əhmədov Rəşadət Möhübbət oğluna 29265 manat və 14090 ABŞ dolları məbləğdə pul vermişdir. Lakin cavabdeh borc aldığı pulu iddiaçıya lazımi qaydada qaytarmamış və onun iddiaçıya 2016 manat məbləğdə borcu qalmışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin işüzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri borc münasibətləri ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığımülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 324.1-ci maddəsində əqdin anlayışı müəyyən edilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 389.1-ci maddəsində müqaviləyə verilən tərifə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçəşəxsin razılaşması müqavilə sayılır. Sadalanan hüquq normalarını sistemli təhlil edib işin faktik halları ilə eyni zamanda ekspertizanın rəyini müqayisə edəndə müəyyən olunur ki, iddiaçı 29265 manat və 14090 ABŞ dolları məbləğdə pulu cavabdehə vermiş, cavabdeh isə aldığı pulu iddiaçıya ödənilməsini öz üzərinə götürmüşdür. Bu razılıq onların arasında mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 389.1-ci maddəsi baxımından yanaşdıqda isə, iddiaçı ilə cavabdehin mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi haqqında razılaşması, yəni müqavilədir. Bu müqavilə qanuna zidd deyildir və tərəflər üçün öhdəliklər yaradır. Tərəflər arasında bağlanan müqavilənin növünü müəyyən etmək üçün onun həqiqi məzmunu tərəflərin iradəsi, rəftarı və s. xüsusatlar nəzərə alınmalıdır. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 329.3-cü maddəsində deyilir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki Məcəllənin 324.5-ci maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu baxımdan tərəflər arasında bağlanmış şifahi müqavilə, hüquqi təbiətinə görə borc müqaviləsidir. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilmişdir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı cavabdehdən 79925 manat məbləğdə pul tələb etsə də, bu barədə məhkəməyə əsaslı sübut təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya 14090 manat və 29265 ABŞ dolları məbləğdə borcu qalmışdır. Ona görə də iddia tələbi qismən təmin olunmalı, cavabdehdən 14090 manat və 29265 ABŞ dolları məbləğdə pul qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Sadalanan hüquq normalarına əsasən məhkəmə yuxarıda qeyd olunan ekspert rəyini sübut kimi qəbul edir və iddia tələbinin ekspert rəyində göstərildiyi qaydada qismən təmin olunmasını məqsədə uyğun sayır. Həmin Məcəllənin 220.5-ci maddəsinin tələbinə görə, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 107 və 115.0.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, işüzrə 126 manat məbləğdə ekspertiza xərci cavabdehə aid edilməlidir. İddia ərizəsindən göründüyü kimi cavabdehdən alınmalı olan pul xarici valyuta ilə göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin tələbinə əsasən pul öhdəliyi manatla ifadə olunmalıdır. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 yanvar tarixli 4 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilirsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Qeyd olunanlara əsasən qətnamənin nəticə hissəsində cavabdehdən alınmalı olan pul məbləğinin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə ödənilməsi göstərilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 14090 (on dörd min doxsan) manat məbləğdə pul və 29265 (iyirmi doqquz min iki yüz altmış beş ) ABŞ dolları məbləğdə pul alınıb, qətnamə icra olunan günə olan manat məzənnəsi ilə hesablanıb İddiaçı verilsin. İş üzrə 126 manat məbləğdə ekspertiza xərci Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinın Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №2(051)-751/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-751/2020
05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver