Məhkəmə qərarları › İş №2(051)-751/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-751/2022

21.02.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-751/2022 21.02.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mərhum valideynlərindən atası X1, anası X2 miras qalmış Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 9 saylı evin 5 saylı mənzilindən və Nizami 5 saylı evin 13 saylı mənzilinin 1/2 hissəsində vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun tanınması barədə iddia ərizəsinin icraata qəbul olunmasının mümkünlüyü məsələsinə baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mərhum valideynlərindən atası X1, anası X2 miras qalmış Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 9 saylı evin 5 saylı mənzilindən və Nizami 5 saylı evin 13 saylı mənzilinin 1/2 hissəsində vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, göstərilən iş Mingəçevir şəhər Məhkəməsində baxılmalı deyil və iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirərkən belə nəticəyə gəlir ki, İddiaçı mərhum valideynlərindən atası X1, anası X2 miras qalmış Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 9 saylı evin 5 saylı mənzilindən və Nizami 5 saylı evin 13 saylı mənzilinin 1/2 hissəsində vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun tanınması tələbinə Mingəçevir şəhər Məhkəməsində baxılmalı deyil. Belə ki, mülkiyyət hüququnun tanınması tələbi mülki icraat qaydasında işlərə baxan ümumi məhkəmələrin deyil, inzibati icraat qaydasında işlərə baxan məhkəmələrin səlahiyyətindədir. İddiaçı ilkin olaraq aidiyyatı orqana, yəni vərəsəlik hüquqi ilə bağlı notariat orqanına və daha sonra DƏDRX-ın 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etməlidir. DƏDRX-ın 17 saylı Yevlax Ərazi İdarəsindən imtina alarsa, göstərilən iddia müəyyən öhdəliklərin qoyulması ilə bağlı olduğu üçün tələb İnzibati məhkəməyə verilməlidir. Lakin İddiaçı yuxarıda göstərilən hallara riayət etmədən məhkəməyə müraciət etmişdir. Ona görə də iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən mülki mühakimə qaydasında baxılmalı olmadığı üçün iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1.1-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Azərbaycan Respublikası Mülki Məcəllənin 178.1-ci maddləsinə əsasən Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İnzibati icraat haqqında” Qanun) 1-ci maddəsinə uyğun olaraq bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddiaçı əvvəl vərəsəlik hüququ ilə bağlı notariat orqanına və daha sonra DƏDRX-ın 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etməsi, əgər DƏDRX-ın 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən onun müraciətindən imtina edilərsə, səlahiyyətli məhkəməyə - İnzibati Məhkəməyə müraciət etməsi izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı mərhum valideynlərindən atası X1, anası X2 miras qalmış Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 9 saylı evin 5 saylı mənzilindən və Nizami 5 saylı evin 13 saylı mənzilinin 1/2 hissəsində vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun tanınması barədə iddia ərizəsini qəbul etməkdən imtina edilsin. İddiaçı əvvəl vərəsəlik hüququ ilə bağlı notariat orqanına və daha sonra DƏDRX-ın 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etməsi, əgər DƏDRX-ın 17 saylı Yevlax Ərazi İdarəsindən imtina alarsa, səlahiyyətli məhkəməyə - İnzibati Məhkəməyə müraciət etməsi izah edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Mingəçevir şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar