Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-759/2023 22.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 4167 manat pulun, vəkil xidməti üçün ödənilən 200 manat, sənədin notarial qaydada təsdiqi üçün ödənilən 3 manat 40 qəpik və vəkilə verilən etibarnamə üçün ödənilən 17.25 manat məbləğində pulun və ödənilmiş 65 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, evdə tək yaşayır. Buna görə də evin silinib-təmizlənməsində əziyyət çəkir. Cavabdeh əvvəllərdə tanıyırmış. Cavabdeh Mingəçevir şəhər 6 saylı uşaq baxçasında müəllimə işləyir. Eşitdiyinə görə o işdən sonra pul müqabilində mənzillərin silib-təmizlənməsi, geyim əşyalarının yuyulması ilə məşğuldur. Birgə razılıqları əsasında cavabdeh pul müqabilində onun mənzilini silibtəmizləməliyir, iddiaçı isə gördüyü işin haqqını verirmiş. Cavabdeh ona təcili 1500 manat pula ehtiyacı olduğunu, kredit götürmək istədiyini, ancaq əvvəllər də kredit götürdüyü üçün ona kredit vermədiklərini bildirmişdir. Ondan bankdan kredit götürürərək ona verməsini xahiş etmişdir. Cavabdeh hər ay qrafikə uyğun əmək haqqısından eyni zamanda evin silinib-təmizlənməsi üçün ödənilən puldan ödənişi edəcəyini bildirmişdir. O cavabdehə inanmış və Azərbaycan Beynəlxalq Bankın Mingəçevir filialından xx.xx.2021ci il tarixli BPM**********76 saylı Kredit müqaviləsinə əsasən, 48 ay müddətinə illik 22 faiz ödəmək şərti ilə 1160 manat kredit götürmüşdür. Kredit götürən zaman 20 manat da pul ödəyib. Ehtiyatında olan puldan 340 manat da əlavə edərək, cavabdehə 1500 manat pul verib. Kredit müqaviləsində gecikmə olsa onun pensiyasından aksepsiz qaydada tutulmalıdır. Kredit müqaviləsi üzrə ödəniş vaxtı çatanda cavabdeh ondan başqa şəxsə borcu olduğu üçün bir neçə ayın ödənişin etməyi xahiş edib. Cavabdeh növbəti dəfə 3500 manat borcunu ödəmək üçün ondan 2000 manat kredit götürüb ona verməyini istəyib. O, Azərbaycan Beynəlxalq Bankın Mingəçevir filialından xx.xx.2022-ci il tarixli BPM**********70 saylı Kredit müqaviləsinə əsasən, 24 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 2000 manat kredit götürmüşdür. Kredit götürən zaman 20 manat da pul ödəyib. Həmin pulu da cavabdehə verib. Cavabdeh ona bildirib ki, ona yazılı qəbz verəcək və hər ay 500 manat qaytaracaq. 22 noyabr 2022-ci il tarixdə qəbz yazaraq göstərib ki, 3500 manat borc pul almışdır. Lakin o qəbzdə kredit faizlərini qeyd etməyib. Beləliklə cavabdehin ona xx.xx.2021-ci il tarixli BPM**********76 saylı Kredit müqaviləsi üzrə 1160 manat əsas borc, 184 manat faiz borcu, 20 manat kommision haqqı və 340 manat ehtiyatından verdiyi pul , xx.xx.2022-ci il tarixli BPM**********70 saylı Kredit müqaviləsi üzrə 2000 manat əsas borc, 443 manat faiz borcu, 20 manat kommision haqqı olmaqla cəmi 4167 manat borcu var. Odur ki, cavabdehdən 4167 manat məbləğində pulun, vəkil xidməti üçün ödənilən 200 manat, sənədin notarial qaydada təsdiqi üçün ödənilən 3 manat 40 qəpik və vəkilə verilən etibarnamə üçün ödənilən 17.25 manat olmaqla cəmi 4452.65 manat məbləğində pulun və ödənilmiş 65 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3500 manat borc, vəkil xidməti üçün ödənilən 200 manat, sənədin notarial qaydada təsdiqi üçün ödənilən 3 manat 40 qəpik və vəkilə verilən etibarnamə üçün ödənilən 17.25 manat məbləğində pulun və ödənilmiş 65 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatında iddianı etiraf edərək ona uyğun qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 3500 manat məbləğində borc pul aldığını bildirmiş, həmin pulu hissə-hissə ödəyəcəyini və dekabrın 10-da 500 manat məbləğində pul ödəyəcəyini qeyd etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli BPM**********76 saylı Kredit müqaviləsindən görünür ki, İddiaçı 48 ay müddətinə illik 22 faiz ödəmək şərti ilə 1160 manat kredit götürmüşdür. İş materiallarında olan kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli BPM**********76 saylı Kredit müqaviləsi üzrə hər ay 36.55 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli BPM**********70 saylı Kredit müqaviləsindən görünür ki, İddiaçı 24 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 2000 manat kredit götürmüşdür. İş materiallarında olan kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli BPM**********70 saylı Kredit müqaviləsi üzrə hər ay 138.95 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cu maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. AR MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən dövlət rüsumu cavabdehə aid edilməlidir. Bununla yanaşı məhkəmə, həmçinin iddiaçı tərəfindən pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət edərkən vəkilə ödənilmiş 200 manat məbləğində qonararın cavabdehdən alınıb verilməsi ilə bağlı qeyd edir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri Konsensus Vəkil Bürosunun vəkili Vəkil ilə 000416 nömrəli Vəkil Orderi əsasında müqavilə bağlanılmış, lakin həmin müqaviləyə uyğun olaraq təqdim edilmiş qəbzdən görünür ki, Konsensus Vəkil Bürosunun hesabına hüquqi yardım üçün 200 manat pul vəsaiti köçürülmüşdür. Eyni zamanda iş materiallarında olan 19 yanvar 2023-cü il tarixli qəbzlərdən görünür ki, iddiaçı tərəfindən etibarnamənin alınması üçün 17,25 manat və onun notarial qaydada təsdiqi üçün 3,40 manat notariat rüsumu ödənilmişdir. Ona görə də məhkəmə iddianın həmin hissədə təmin olunmasını məqsədə müvafiq hesab edir. AR MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 3500 manat məbləğində borcun pul, vəkilə hüquqi xidmət üçün ödənilən 200 manat, etibarnamənin alınması üçün ödənilən 17.25 (on yeddi manat, iyirmi beş qəpik) manat və sənədin notarial qaydada təsdiqi üçün ödənilən 3.40 (üç manat, qırx qəpik) manat olmaqla cəmi 3720.65 manat və dövlət rüsumu kimi ödənilmiş 65 manat məbləğində pul tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124, 191, 216-220-ci və 357,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində borc pulun, vəkilə hüquqi xidmət üçün ödənilən 200 (iki yüz) manat, etibarnamənin alınması üçün ödənilən 17.25 (on yeddi manat, iyirmi beş qəpik) manat və sənədin notarial qaydada təsdiqi üçün ödənilən 3.40 (üç manat, qırx qəpik) manat olmaqla cəmi 3720.65 (üç min yeddi yüz iyirmi manat, altmış beş qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 65 (altmış beş) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-759/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-759/2023
22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver