Məhkəmə qərarları › İş №2(051)-760/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-760/2020

21.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-760/2020 21.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzər Həmid qızının katibliyi və İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi, X1 və Cavabdeh iştirakı ilə, İddiaçı: İddiaçı MMC-nin Cavabdeh: Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 3901,88 manat, 1148,34 manat faiz borcu, 2000 manat əldən çıxmış fayda, ümumilikdə 7050,22 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğdə pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X1 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Cavabdeh xx xxxxx 2014-cü il tarixdə İddiaçı MMC-ə işə qəbul olunmaq üçün ərizə ilə müraciət etmişdir. Əmək və mülki Məcəllələrin tələbinə uyğun olaraq onunla müvafiq qaydada öhdəlik götürməsi və cəmiyyətin əmlakının qorunması, satılması və əldə olunmuş pul vəsaitinin vaxtında yığılıb cəmiyyətə ödənilməsi ilə əlaqədar tam maddi məsuliyyət daşıması barədə müqavilə bağlanmışdır. Məmmədov X3 şəhərində yerləşən satış nöqtələri ilə işləmişdir. Həmin satış nöqtələrini şiriniyyat və qənnadı məmulatları ilə təmin edən Cavabdeh müştərilərdən istədikləri sifarişləri qəbul edib dərhal həmin qida məhsullarını sifariş olunan ünvanlara göndərir, 30 gün ərzində satışdan əldə olunan pul vəsaitlərini satış nöqtələrindən toplayıb şirktəin xəzinəsinə ödəyirdi. Məmmədov X4 işlədiyi müddətdə İddiaçı MMC ilə aralarında alınmış mallara görə hesablaşma vərəqəsinə imza etməklə malları qəbul etməsi öz əksini tapmışdır. Lakin Cavabdeh öhdəliyə əməl etmədiyinə görə onun fəaliyyəti dayandırılaraq xx xxxxxx 2014-cü il tarixdə işdən azad olunmuşdur. Cavabdeh müqavilə şərtlərinə əməl etməmiş nəticədə hesabında qalan pul vəsaitini Cəmiyyətə təhfil vermədiyindən İddiaçı MMC-nə 3901,88 manat məbləğində zərər vurmuşdur. Cavabdeh xx.xx.2015-ci il tarixli izahatında həqiqətəndə İddiaçı MMC-ə borcunun olmasını yazılı şəkildə etiraf etmişdir. Əlavə olaraq cavabdeh 3901,88 manat dəymiş zərəri vaxtında ödəməyərək gecikdirdiyi üçün illik 5 faiz olmaqla, cəmi 1148,34 manat məbləğində faiz borcu və əldən çıxmış faydaya görə 2000 manat hesablanaraq əsas vurduğu zərərin üzərinə əlavə edilərək ümumilkdə 7050,22 manat ziyan dəymişdir. Bundan sonra cəmiyyət tərəfindən görülmüş tədbirlər də bir nəticə verməmişdir. Qeyd olunanlara əsasən Cavabdeh 3901,88 manat, 1148,34 manat faiz borcu, 2000 manat əldən çıxmış fayda, ümumilikdə 7050,22 manat və dövlət rüsumu kimi ödənilmiş 30 məbləğdə pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbi ilə razı olmadığını bildirərək verdiyi izahatında göstərmişdir ki, iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı ilə onun arasında bağlanmışəmək müqaviləsinə xx xxxxxx 2014-ci il tarixdə xitam verilmişdir. Belə olan halda iddiaçı 3 il müddətində, yəni xx xxxxxx 2017-ci il tarixədək ona qarşı iddia qaldırmaq hüququnda olmuşdur. Lakin, iddiaçı qanunvericiliyin bu tələblərinə əməl etməmişdir. Buna görə də iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddia ərizəsinə əlavə olunmuşəmək müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 1 ay sınaq müddəti təyin edikləmklə xx xxxxx 2014-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Həmçinin müqavilənin 2.2-cü maddəsində göstərilmişdir ki, tərəflərdən biri digər tərəfi işçinin 1 (bir) ay sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 15 gün əvvəl xəbərdar etməklə, Əmək müqaviləsini bir tərəfli qaydada poza bilər. Eyni zamanda müqavilənin 9.1-ci bəndinə əsasən bu əmək müqaviləsi əmək məcəlləsinin 68, 69, 70, 73 , 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilə bilər. İddia ərizəsinə əlavə edilmiş İddiaçı MMC üzrə ƏMR No 59/k-07 dən çıxarışdan görünür ki, Cavabdeh xx xxxxx 2014-cü il tarixdə ticarət nümayəndəsi vəzifəsinə qəbul edilmişdir. İddia ərizəsinə əlavə edilmiş İddiaçı MMC-nin Direktoru Əliyev T.M tərəfindən imzalanmış ərizədən görünür ki, firmanın ticarət nümayəndəsi Cavabdeh öz ərizəsi ilə xx xxxxxx 2014-cü il tarixdən tutduğu vəzifədən azad edilmişdir. İddia ərizəsinə əlavə edilmiş İddiaçı MMC üzrə ƏMR No 122/k-12 dən çıxarışdan görünür ki, Cavabdeh işlədiyi müddət ərzində xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək istifadə olunmamış məzuniyyətə görə 7 günün konpensasiya verilməsi əmri verilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, Cavabdeh ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, iddia tələbinə iddia müddəti tətbiq etməklə iddia tələbinin rədd edilməsi haqqında qətnaməçıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində göstərilmişdir ki, ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinin tələbinə görəmüqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarıçıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədəərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin faktiki hallarından görünür ki, iddiaçı qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı işüzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-244, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi : İddia tələbi təmin edilməsin. İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası iddia müddəti keçdiyindən təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar