Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-764/2021 01.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı BOKT İddiaçı QSC-nin Cavabdeh qarşı kredit borcun geri qaytarılması, tələbin girov predmetinə yönəldilməsinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı BOKT İddiaçı QSC Cavabdeh qarşı kredit borcun geri qaytarılması, tələbin girov predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı BOKT İddiaçı QSC-nin nümayəndəsi Süleyman Bəkirov məhkəməyə ərizə göndərərək Cavabdeh kredit borcu restruktizasiya edildiyinə görə iddiadan imtina etdiklərini bildirmiş və həmin tələb üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək bildirdi ki, mübahisəni məhkəmədən kənar öz aralarında həll etmişlər, ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iddiadan imtina olunması tərəflərin hüquqlarını pozmur, qanuna zidd deyil. Ona görə də iddiadan imtina qəbul olunmalıdır. Həmçinin, tərəflərə izah edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərar aldı: İddiaçı BOKT İddiaçı QSC-nin Cavabdeh qarşı kredit borcun geri qaytarılması, tələbin girov predmetinə yönəldilməsinə dair iş üzrə icraata xitam verilsin. İzah edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-764/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-764/2021
01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver