Məhkəmə qərarları › İş №2(051)-764/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-764/2023

30.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-764/2023 30.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Cababdeh Cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, xx.xx.2016-cı il təvəllüdlü Niyaz və xx.xx.2017-ci il tarixdə doğulmuş Səma adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 500 manat olmaqla, cəmi 1000 manat sabit pul məbləğində alimentin və 50 manat mediasiya xərcinin cavabdehdən alınıb ona ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 30 sentyabr 2014-cü ildə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində rəsmi nikah qeyd etdirməklə ailə münasibətinə daxil olmuş, birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü Niyaz və xx.xx.2017-ci il təvəllüdlü Səma adlı uşaqları dünyaya gəlmişdir. Nikahlarının ilk dövrlərində ailə münasibətləri normal olmuş, lakin bir müddət sonra cavabdehlə münasibətləri pozulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-113/2020 saylı 17 fevral 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında olan, 30 sentyabr 2014-cü ildə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlanmış, 350 saylı nikah qeydinin pozulması, nikah pozulduqdan sonra 09 fevral 2016-cı il təvəllüdlü X1 və 17 sentyabr 2017-ci il təvəllüdlü X4 nın analarıİddiaçı yanında qalmaları, 09 fevral 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 120 (bir yüz iyirmi) manat, 17 sentyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat miqdarında alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh qətnamə ilə müəyyən olunmuş aliment məbləğini ödəyir, ancaq əlavə olaraq uşaqları saxlanılması üçün köməklik etmirmiş. Buna görə də, o aliment miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət edib. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-543/2021 saylı 10 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilib, 09 fevral 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 130 (bir yüz otuz) manat, 17 sentyabr 2017-ci il təvəllüdlü X4 nın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat miqdarında alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh müəyyən olunmuş aliment miqdarından artıq uşaqların saxlanılması üçün əlavə köməklik etmir. Uşaqlar böyüyüb və o tək ana kimi müəyyən olunmuş aliment miqdarı ilə uşaqlara baxmağa çətinlik çəkir. Gündəlik təlabat malları və geyim əşyaları gözəçarpan dərəcədə demək olar ki, iki il ərzində 3 dəfə bahalaşmışdır. Cavabdehin sığorta idarəsi vardır. Şəhərdə tanınmış sığortaçıdır. Maddi imkanı çox yaxşıdır. Birgə nikah dövründə əldə etdiyikləri, mənzilin və avtomobilin iki də bir hissədə ona düşəcək payı nağd pul formasında ödəyib. Xarici istehsal olan, 45BK445 dövlət qeydiyyat nişanlı “Kia” cip markalı avtomobili var. Kifayət qədər gəlirə malikdir. Cavabdehin uşaqların saxlanması üçün kifayət qədər aliment ödəməyə maddi imkanı vardır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdehin sığorta idarəsi vardır. Şəhərdə tanınmış sığortaçıdır. Maddi imkanı çox yaxşıdır. 2023-cü il üçün artıq yaşayış minimumu artırılmışdır. Hazırki aldığı 260 manatla uşaq saxlamaq qeyri-mümkündür. Odur ki, iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı bildirdi ki, iddianı qəbul etmir və maddi vəziyyəti yaxşı deyil. Ağ ciyər xəstəsidir və bu səbəbdən işləmir. Alimentin artırılacağı təqdirdə cavabdeh həmin məbləği ödəyə bilməyəcək. Məhkəmə iddia ərizəsini, işdə iştirak edən şəxslərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan AZ-İ 354375 saylı, xx.xx.2020-ci il tarixli, 61 nömrə ilə qeydə alınmış nikahın pozulması haqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. İşdə olan AZ-T 140852 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2016-cı il tarixdə Niyaz adlı uşaqları doğulmuşdur. İşdə olan AZ-T 140853 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2017-ci il tarixdə Səma adlı uşaqları doğulmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli, 92 saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.2013cü il tarixdən Mingəçevir şəhər Vərəm Xəstəxanasında “Sol Ağ ciyərin fibroz-kavernoz vərəmi” diaqnozu ilə qeydiyyatdadır. İşdə olan xx.xx.2023-cü il tarixli, ********** saylı Məşğulluq haqqında arayışdan görünür ki, Cavabdeh X9 Məşğulluq filialında “işaxtaran” statusu ilə qeydiyyatdadır. İşdə olan xx.xx.2023-cü il tarixli Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsindən görünür ki, o iddianı qəbul etmir və məhkəmədən mediatora ödənilmiş 50 manat rüsumunun İddiaçı tərəfindən ödənilmiş formada qalmasına və aylıq aliment miqdarının hər ay hər uşağa 130 manat, cəmi 260 manat olmaqla qalması haqqında qətnamə çıxarılmasını xahiş edir. İşdə olan AZ-İİ 443990 saylı, xx.xx.2021-ci il tarixli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə X5 arasında xx.xx.2021-cı ildə Mingəçevir regional “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsində rəsmi nikah bağlanmış və həmin nikah 372 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İşdə olan AZ-İV 806566 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə X3 birgə nikahından xx.xx.2022-ci il tarixdə Ziyadxan adlı uşaqları doğulmuşdur. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-113/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü Niyaz və xx.xx.2017-ci il təvəllüdlü Səma adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-543/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü Niyaz və xx.xx.2017-ci il təvəllüdlü Səma adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Məhkəmə, uşağın mənafeyini nəzərə alaraq, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 09 fevral 2016-cı il tarixdə doğulmuş Niyaz və 17 sentyabr 2017-ci il tarixdə doğulmuş Səma adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat məbləğində aliment və Mediasiya Şurasına ödənilən 50 manat mediasiya xərci tutularaq İddiaçı verilməlidir. Qalan hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iddianın tam həcmdə təmin olunması ilə bağlı iddiaçı tərəfindən yetərli sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa məhkəmə mediasiya xərcinin cavabdehdən tutulması tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya prosesi zamanı ödədiyi 50 manat mediasiya xərci cavabdehdən tutulmalıdır. Qeyd etmək lazımdır ki, alimentin məbləği artırıldığı halda, miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü Niyaz və xx.xx.2017-ci il təvəllüdlü Səma adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləği həddində müəyyən edilsin və 50 manat mediasiya xərci Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar