Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-77/2022 10.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağıoğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və iddiaçı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 Cavabdeh iştirakı ilə, iddiaçı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh: Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 2093,97 manat məbləğində əsas borc, 401,03 manat məbləğində faiz borcu olmaqla, cəmi 2495,03 manat ın və dövlət rüsumu kimi ödənilmiş 30,4 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinini həcmini artıraraq i izahatında göstərmişdir ki, Cavabdeh İddiaçı ASC-nin Mingəçevir filialı ilə 25 noyabr 2019-cu il tarixli 6000804-306650/1 saylı kredit müqaviləsi bağlayaraq, 36 ay müddətinə, 25 % illik faiz dərəcəsi olmaqla ona 3000 manat məbləğdə kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, banka ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmamış və onun banka 2495 manat məbləğində əsas borcu yaranmışdır. Lakin həmin borc xx.xx.2012-ci il tarixə sistie üzrə hesablanmış məbləğdir. İş üzrə ekspertiza təyin edidiyi və ekspertiza rəyinin məhkəməyə daxil olduğu vaxtdan bir ilə yaxın müddət keçmiş, müqavilə msüddətinin bitməməsini və borcalanın bu müddət ərzində hes bir ödəniş etməməsini nəzərə alaraq iddia tələbinin həcmini artıraraq Cavabdeh 2093,97 manat məbləğində əsas borc və 2056,51 manat faiz borcu olmaqla, ümumilikdə 4150,48 manat borcun və 61,91 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-ə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, İddiaçı ASC-nin Mingəçevir filialı ilə 25 noyabr 2019-cu il tarixli 6000804-306650/1 saylı kredit müqaviləsi bağlayaraq, 36 ay müddətinə, 25 % illik faiz dərəcəsi olmaqla 3000 manat məbləğdə kredit götürmüşdür. İlk vaxtlar götürdüyü krediti ödəniş cədvəlinə uyğun ödəsə də, sonradan ödənişləri gecikdirməyə başlamışdır. Lakin, əlinə pul keçən kimi banka olan borcunu ödəyəcəyini bildirmişdir. Bundan başqa bildirdi ki, bankın iddia tələbinin artırılması ilə razı deyil və iş üzrə təyin edilmiş ekspertiza rəyinə uyğun məbləğdə pulun ondan tutulub banka ödəniləməsinə razıdır. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kreditlə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin kreditə aid müddəalarına, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh İddiaçı ASC-nin Mingəçevir filialı ilə 25 noyabr 2019-cu il tarixli 6000804-306650/1 saylı kredit müqaviləsi bağlayaraq, 36 ay müddətinə, 25 % illik faiz dərəcəsi olmaqla 3000 manat məbləğdə kredit götürmüşdür. İddia ərizəsinə əlavə olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 21 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə cəmi 2495,03 manat miqdarda borcu yaranmışdır. İş materiallarında olan məhkəmə mühasibatlıq ekspertizasının 01 aprel 2022-ci il tarixli, 9/1185 nömrəli rəyindən görünür ki, 25 noyabr 2019-cu il tarixli 6000804-306650/1 saylı krredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2021-ci il tarixə İddiaçı ASC-nə olan borcu 2365,8 manat müəyyən edilir, o cümlədən : 2070,97 manat əsas, 294,83 manat faiz borcu. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı ASC-nin Mingəçevir filialı ilə 25 noyabr 2019-cu il tarixli 6000804-306650/1 saylı kredit müqaviləsi bağlayaraq, 36 ay müddətinə, 25 % illik faiz dərəcəsi olmaqla ona 3000 manat məbləğdə kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, banka ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmamış və onun banka 2495 manat məbləğində əsas borcu yaranmışdır. Cavabdeh kreditin və faizlərin vaxtında qaytarılması barədə dəfələrlə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq bu günə kimi heç bir təbdir görməmişdir. Odur ki, ilkin iddia tələbi kredit müqaviləsi üzrə yaranmın borc tələbi hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Lakin məhkəmə iddia tələbinin həcminin artırılmasına hüquqi qiymət verərək hesab edir ki, «İddiaçı ASC-i öhdəliklər üzrə öz hüquqlarını həyata keçirərkən vicdanlığın tələb etdiyi tərzdə hərəkət etməyərək öhdəliyin yerinə yetirilməsinə zəmin yaratmamış, əksinə bundan istifadə edərək məhkəmə baxışında, müvafiq ekspertiza rəyinin aldındıqdan sonra məhz faizlərin müqadırı artırması cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci və 425.2-ci maddələrinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 448.4-ci maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixl qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi faizlərin tutulması hissədə iddia tələbinin artırılmasını qəbul etmir və tələbə ilkin məzmunda qiymət verir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi, elmi tətqiqatlara əsaslandığı üçün məhkəmə tərəfindən sübut kimi qəbul edilən iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə mühasibatlıq ekspertizasının 01 aprel 2022-ci il tarixli, 9/1185 nömrəli rəyindən görünür ki, 25 noyabr 2019-cu il tarixli 6000804-306650/1 saylı krredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2021-ci il tarixə İddiaçı ASC-nə olan borcu 2365,8 manat müəyyən edilir, o cümlədən : 2070,97 manat əsas, 294,83 manat faiz borcu. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməli Cavabdeh 2070,97 manat məbləğində əsas borc, 294,83 manat məbləğində faiz borcu olmaqla, cəmi 2365,8 manat məbləğdə pul alınaraq İddiaçı ASC-nə verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödənilmiş 30,4 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinin tələbinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 220.5-ci maddəsinin tələbinə görə, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 107 və 115.0.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə 100 manat məbləğdə ekspertiza xərci cavabdehə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2070,97 (iki min yetmiş manat doğsan yeddi qəpik) manat məbləğində əsas borc, 294,83 (iki yüz doğsan dörd manat səksən üç qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 2365,8 (iki min üç yüz altmış beş manat səksən qəpik) manat məbləğdə pul alınaraq İddiaçı ASC-nə verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş 30,4 manat pulun Cavabdeh tutulub İddiaçı ASC-nə ödənilsin. İş üzrə 100 manat məbləğdə ekspertiza xərci Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-77/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-77/2022
10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver