Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-771/2021 23.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh oğluna qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh oğlundan xx xxxx 2009-cu il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarının artırılıb hər ay 200 (iki yüz) manat miqdarında aliment tutulması müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qızı məhkəmə iclasında iddia tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, Cavabdeh Akif oğlu ilə xx xxxx 2008-ci ildə ailə qurmuş, birgə nikahlarından xx xxxx 2009-cu il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(051)-2122/2019 saylı qətnaməsi iə Cavabdeh oğlundan xx xxxx 2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan alimentin miqdarınının artırılaraq 100 manat müəyyən edilməsi qət edilmişdir. Müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Uşaq böyüdükcə tələbatları artır. Özü işləmir, uşağın tələbatını maddi cəhətdən təmin edə bilmir. Cavabdehin isə maddi imkanı yaxşıdır, başqa gəlirləri və qazancıda var. Odur ki, cavabdehdən tutulan alimentin miqdarının artırılıb hər ay xx xxxx 2009-cu il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarının artırılıb hər ay 200 (iki yüz) manat miqdarında aliment tutulması haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında izahatında göstərmişdir ki, iddianı qəbul etmir çünki, alimentin miqdarının artırılması onun maddi vəziyyətini dahada ağırlaşdırır. Belə ki, iddiaçı əsassız olaraq iddia ərizəsində göstərir ki, guya o əlavə fəaliyyət növü ilə məşğuldur. Əgər belədirsə iddiaçı o halları əsaslandıran sübutları məhkəməyə təqdim etsin. Təyin olunmuş alimenti çətinliklə ödəyir. İddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə onun maddi imkanı yoxdur. Ona görə də iddia tələbinin rədd olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. İddia ərizəsinə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 2009-cu il təvəllüdə X2 rayonun Xaldan kəndində doğulmuşdur. İşdə olan Mingəçevir şəhər məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh oğlundan xx xxxx 2009-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 (bir yüz) manat miqdarında alimentin tutulub İddiaçı qızına verilməsi qət edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb, müqayisəli şəkildə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsidir. Lakin iddia tələbinin həllində başqa hüquq normaları da nəzərdən keçirilməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, alimentin müəyyən olunduğu dövrdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşdur. Həmin dövrdən sonra qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılmış Yusif adlı uşaq böyüyərək maddi tələbləri artmışdır. Buna görə də alimentin məbləğinin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar vardır. Artırılan alimentin məbləği müəyyən edilərkən nəzərə alınmalıdır ki, iddiaçının maddi vəziyyəti aşağı səviyədədir və o uşaqlarını saxlamaqda çətinlik çəkir. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. Məhkəmə tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün iddiaçının himayəsində olan uşağın alimentinin artırılaraq hər ay 130 manat miqdarında tutulmasını məqsədəuyğun sayır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. ünvan 1 ünvanda yaşayan Cavabdeh oğlundan tutulan alimentin məbləği artırılaraq xx xxxx 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 (bir yüz otuz) manat müəyyən edilsin və hər ay tutularaq, ünvan 2 ünvanda yaşayan İddiaçı qızına verilsin. İddia qalan hissədə təmin edilməsin. Artırılan məbləğdə alimentin tutulmasına qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-771/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-771/2021
23.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver