Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-774/2020 21.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh qarşı «birgə nikah dövründə alınmış borc pulun ər arvad arasında bərabər bölünməklə tələbkara ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh birgə nikah dövründə alınmış borc pul olan 30000 (otuz min) manatın ər-arvad arasında bərabər bölünməklə tələbkara ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Mingəçevir şəhər məhkəməsinə bir neçə dəfə iddia ərizəsi ilə müraciət etmiş lakin iddia ərizəsi geri qaytarılmışdır . Növbəti dəfə müraciət etdikdə iddia ərizəsi icraata qəbul olunmuşdur. Mingəçevir şəhərində anadan olmuş xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü Kamilla adlı bir nəfər uşaqları olmuşdur. Valideyinlərinin istəyi ilə uşağa Rusiya Federasiyasının vətəndaşlığı verilmişdir. Hazırda Kamilla atası Eldənizin himayəsində Rusiyada yaşayır. 2003-cü ildən Rusiyada ticarətlə məşğul olur. 2013-cü ildə ailəsi ilə birgə Azərbaycana gəlmişlər. Azərbaycanda olduğu müddətdə 30000 manat məbləğində borc pul almış və həmin pulu il ərzində qaytaracağına söz vermişdir. Aldığı borc pulun müqabilində Moskva şəhərindəçalışaraq gəlir əldə etmişdir. Rusiyada ailəsi ilə yaşadığı müddətdə nikahda olduğu arvadı Cavabdeh heç bir gəliri olmamış, heçbir yerdə işləməmişdir. 30000 manat borc pulun qaytarılmasına imkanı olan vaxtı ailəsi ilə birgə 2015-ci ilin iyun ayında qızı Kamilla və arvadı Vüsalə ilə birlikdə Mingəçevir şəhərində olmuşdur. Migəçevirə qayıtdiqları zaman özü ilə gətirdiyi 14000 ABŞ dolları, 280000 Rusiya rublu, 240 qram çəkidə qızıl-zinət əşyaları (Vüsaləyə hədiyyə edilmiş qızıl və brilliant aid deyildir) özünə məxsus olan mənzilinə Mingəçevir şəhər X17 küçəsi ev 19 mənzil 4 ünvanda arvadı olan Vüsalə ilə birlikdə yerləşmişlər. 30000 manat borc pulun sahibinəödənilməsi zamanı Eldənizin etibarından istifadə edən arvadı Vüsalə tərəfindən ünvan 2 mənzil 4 ünvandan xx xxxx 2015-ci il tarixdə 14000 ABŞ dolları, 280000 Rusiya rublunu və 240 qram çəkidə qızıl zinət əşyalarını oğurlayaraq aparmış və geri qaytarmamışdır. Bu barədə Mingəçevir şəhər Polis Şöbəsində polis baş leytenantı müstəntiq Kərim İsmayılbəyli tərəfindən Mülki Prosessual Məcəllənin 25-ci maddəsinə əsasən mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması barədə qərar çıxarılmışdır. Qeyd olunanlara əsasən Cavabdeh birgə nikah dövründə alınmış borc pul olan 30000 (otuz min) manatın ər arvad arasında bərabər bölünməklə ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbi ilə razı olmadığını bildirərək verdiyi izahatında göstərmişdir ki, Eldənizlə 2012-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onlar ailə qurduqdan sonra Eldəniz Rusiyaya işləmək üçün getmişdir. Eldəniz Rusiyada olduğu vaxt ona 14000 ABŞ dolları və 446460 Rusiya rublu məbləğində pul göndərmişdir. Eldəniz həmin pulu ona Mingəçevirdə ev almaq üçün göndərmişdir. Bir müddət keçdikdən sonra onların nikahı pozulmuş və ayrılmışlar. Bundan əlavə iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı ilə onun arasında bağlanmış nikah xx xxxxxx 2016-cı il tarixdə pozulmuşdur. Belə olan halda iddiaçı 3 il müddətində, yəni xx xxxxxx 2019-cu il tarixədək ona qarşı iddia qaldırmaq hüququnda olmuşdur. Lakin iddiaçı qanunvericiliyin bu tələblərinə əməl etməmişdir. Buna görə də iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı X5 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv olunması haqqında akt qeydləri kitabında 2017-cı ilin avqust ayının 25 günündə 07 № ilə qeyd edilmişdir. İddia ərizəsinə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2018-ci il tarixli qərardan görünür ki: 1.X13 və Qəribova (Hüseynova) Vüsalə Sədirəddin qızının əməllərində Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş; 2.İddiaçı və X7 barələrində Azərbaycan Respublikası İXM-nin (köhnə redaktəsi ilə) 38-1 -ci maddəsi ilə inzibatı qaydada tədbir görülməsi üçün qərarın surətinin ŞPŞ-nin İTB vasitəsi ilə Mingəçevir şəhər məhkəməsinə göndərilməsi nəzərə alınmış;
3. Nümayəndə, aravadı Kəmalə Qəribovanın xx.xx.2015 və xx.xx.2015-ci il tarixlərdə X13 və X5 tərəfindən döylməsini göstərsə də, Kəmalə Qəribovanın özü bununla bağlı hər hansı bir şikayət ərizəsi ilə müraciət etmədiyindən həmin hissədə X13 və Qəribova (Hüseynova) Vüsalə Sədirəddin qızının barəsində cinayət işinin başlanması rədd edilmiş; 4.X8 xx.xx.2015-ci il tarixdə Nümayəndə tərəfindən döyülməsi xüsusatı toplanmış material üzrə təsdiq olunmadığından Nümayəndə barəsində cinayət işinin başlanması və inzibati tənbeh tədbirin görülməsi rədd edilmiş; 5.Qəbul edilmiş qərarın surəti Nümayəndə göndərilməklə, cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan müvaliq olaraq ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət etmək, həmçinin Vüsalə Qəribova tərəfindən xx.xx.2015-ci il tarixdə yaşadığı Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsindəki ev 19, mənzil 4-dən gedərkən özü iləJ götürmüş oduğu geri qaytarılması təsdiq olunmayan 14000 ABŞ dollarından qalan 7000 ABŞ dolları. 280000 rus rubludan 140000 rus rublu pul və qızıl-zinət əşyaları ilə bağlı "‘Lətif’ qızı və Qəribova (Hüseynova) Vüsalə Sədirəddin qızı ilə aralarında yaranmış mübahisənin mülki öhdəlikdən irəli gələn mübahisəyə aid olduğundan Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 25ci maddəsinə əsasən mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması ona izah edilmiş; 6.Qərarın surəti ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Mingəçevir şəhər prokuroruna göndərilmişdir. İddia ərizəsinə əlavə edilmiş Ağdaşşəhər məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(014)-1829/2015 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.1983-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Ağdaş rayonunun, Aşağı Qəsil kəndində yaşayan cavabdeh İddiaçı 30000 (otuz min) manat alınıb iddiaçı X9 verilməsi qət edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(051)-1502/2017 saylı qətnaməsinin surətindən görünür ki, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 19 saylı evin 4 saylı mənzili tərəflər arasında payları bərabər olmaq şərti ilə bölünmüş, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 19 saylı evin 4 saylı mənzilinə½ pay nisbətində X3 ½ pay nisbətində isə İddiaçı xüsusi mülkiyyət hüququ tanınmış, iddiaçı X1 şəhəri Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 19 saylı evin 4 saylı mənzilinə köçürülməsi qət edilmişdir. İşə əlavə edilmiş Mülki işəəlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylıçıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin Ş.İ.Xətai küçəsində yerləşən 19 saylı evin 4 saylı mənzili İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə 58 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində xx xxxx 2013-cü ildə qeydiyyata alınmışdır. İddia ərizəsinə əlavə olunmuş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin 20 Yanvar küçəsindəki 19 saylı evin 4 saylı mənzili paylı mülkiyyət hüququ ilə X2 adına xx xxxxxx 2018-ci ildə qeydə alınmışdır. Çıxarışda X2 payı 1/2 hissə, İddiaçı payı 1/2 hissə qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, Cavabdehərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, iddia tələbinə iddia müddəti tətbiq etməklə iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində göstərilmişdir ki, ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinin tələbinə görəmüqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarmasıüçün əsasdır. İşin faktiki hallarından görünür ki, iddiaçı qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı işüzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-244, 357 və 360-cı maddələrini rəhbər tutaraq
qət etdi : İddia tələbi təmin edilməsin. İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə alınmış borc pulun ər arvad arasında bərabər bölünməklə tələbkara ödənilməsi tələbinə dair iddiası iddia müddəti keçdiyindən təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
HAKİM Hüseyn Mirzəliyev