Məhkəmə qərarları › İş №2(051)-777/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-777/2024

22.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-777/2024 22.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsi, yetkinlik yaşına çatmamış xx.xx.2009-cu il təvəllüdlü X1 üçün cavabdeh tərəfdən ödənilən aliment məbləğinin artırılması və cavabdehdən hər ay 235 manat aliment məbləğinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.1998-ci ildə rəsmi qaydada ailə qurmuşlar. Birgə nikahdan 3 övladları xx.xx.1999-cu il təvəllüdlü X6, xx.xx.2002-ci il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X14 doğulmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyi üçün 2013-cü ildə onlar rəsmi olaraq ayrılmışlar. Xeyli müddət ayrı yaşamışlar. 2022-ci ilin noyabr ayının 12-də cavabdehlə uşaqların xətrinə barışıb yenidən nikahları Qeydiyyat Şöbəsində rəsmi qeydə aldırmaqla birgə yaşamağa başlamışlar. Ancaq yenə de cavabdehlə xasiyyətləri tutmadığı üçün faktiki ayrılmışlar. Cavabdeh hazırda Rusiya Federasiyasındadır. Cavabdehlə münasibətləri pozulduğundan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2014-cu il tarixli, 2(051)- 1090/2014 saylı qətnaməsi ilə hər uşağa 80 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması qət edilmişdir. İki övladı artıq yetkinik yaşına çatmış və cavabdehdən yenidən barışıb birgə yaşadıqları müddət ərzində yetkinik yasına çatmayan övladının saxlanılması üçün alimentin ödənilməsini tələb etməmişdir. Hazırda da yenidən ayrıldıqları üçün cavabdeh övladının saxlanması üçün heç bir yardım göstərmir. Övladının tələbatını ödəməkdə çətinlik çəkir. Belə ki, o, işləyə bilmir. Özünün də səhhətində problemlər var. Cavabdeh isə öz həyatını yaşayır. Cavabdehdən tutulan aliment miqdarı artırılarsa uşağın digər xərclərini ödəməkdə ona köməklik olar. Ona görə də xx.xx.2009-cu il təvəllüdlü X1 üçün cavabdeh tərəfindən ödənilən aliment məbləğinin artırılması və cavabdehdən hər ay 235 manat aliment məbləğinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçısının izahatı: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin faktiki olduğu yer məlum olmadığından məhkəmə bildirişi cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilmişdir. Qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olmuşdur. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən sübutlar: xx.xx.2013-cü il tarixli, 2(051)-348/2013 saylı qətnaməsinə əsasən X7 ilə Cavabdeh arasında xx.xx.1998-ci ildə Yevlax şəhəri İHB-in Xaldan kənd İƏV-i üzrə nümayəndəliyində 06 nömrəli ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.1999-cu il təvəllüdlü X6, xx.xx.2002-ci il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X9 anaları X3 yanında qalması, xx.xx.1999-cu il təvəllüdlü Cəfərov Qəzənfər oğlu,xx.xx.2002-ci il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər birinə 30 manat olmaqla, cəmi 90 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1090/2014 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(051)-348/20113 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılmış və Cavabdeh xx.xx.1999-cu il təvəllüdlü X6 və xx.xx.2002-ci il təvəllüdlü X10 və xx.xx.2009cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 80 manat, cəmi 240 manat sabit pul məbləğində aliment xx.xx.2014-cü il tarixdən başlayaraq X5 verilməsi qət edilmişdir. X11 xidmətdə qeydiyyat şöbəsi tərəfindən AZ-İİ seriyalı, 541975 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən Cavabdeh ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə rəsmi nikah bağlanmış və həmin nikah 1022 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra ərə-Cəfərov arvada- Məmmədova soyadı verilmişdir. Mingəçevir şəhəri Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 901575 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 şəhərində xx.xx.2009-cu ildə doğulmuş, atası-Cavabdeh, anası- İddiaçıdır; xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. xx.xx.2024-cü il tarixli ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Məmmədova X4 şəhəri Günəş küçəsi ev 70 A ünvanında qeydiyyatdadır. İşin müəyyən olunmuş halları: Tərəflər xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından xx.xx.1999-cu il təvəllüdlü X6, xx.xx.2002-ci il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X14 doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1090/2014 saylı qətnaməsinə əsasən birgə nikahdan doğulmuş xx.xx.1999-cu il təvəllüdlü X6, xx.xx.2002ci il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 80 manat, cəmi 240 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. Uşaqların ikisi artıq yetkinlik yaşına çatmışlar. Sonradan İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bu məbləğin uşağın saxlanılmasına yetərli olmadığını bildirir və aliment məbləğinin artırılmasını və cavabdehdən birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit aliment tutulmasını xahiş edir, cavabdehin hər hansı etirazı məhkəməyə daxil olmamışdır. Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.13-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin qərarın 8.14. bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Həmçinin qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının iddiası ilə qismən razılaşır. Belə ki, uşağın yaşına uyğun olaraq xərclərinin artması hamıya bəlli olan və sübuta ehtiyacı olmayan haldır. Bundan başqa yetkinlik yaşına çatmayan uşaqlar üçün yaşayış minimumu alimentin müəyyən edildiyi 2014-cü ildən müəyyən məbləğdə artmışdır. Bu baxımdan alimentin müəyyən məbləğdə artırılması işin hallarına və uşağın mənafeyinə uyğun hesab edilə bilər. Bu baxımdan məhkəmə həm iddiaçının, həm aliment ödənilməli olan uşağın, həm də cavabdehin maraqlarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və uşaq üçün ödənilməli olan alimentin məbləği artırılaraq 200 manat miqdarında müəyyən edilməlidir. Məhkəmə iddiaçı tərəfindən cavabdehin daha yüksək məbləğdə aliment ödəməsi imkanına dair sübutlar təqdim etməməsini nəzərə alır. Hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Artırılmış alimentin məbləğinin tutulması məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, bu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 200 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1090/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2009-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar