Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-79/2025 21.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh ona vurulmuş 2645 manat pulun və ödədiyi 50 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehdən 1000 manat məbləğində pulun alınıb ona verilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 00:05-də nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi Mercedes Benz 180 minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törtəmiş və onun avtomobilinə - VAZ21099 minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobiliylə toqquşaraq, avtomobilinə maddi ziyan vurmuşdur. Nəticədə idarə etdiyi “VAZ-21099” markalı **-BX-*** nömrəli avtomobilin qabaq hissəsinə, buferinə, işıq cihazına, ön panelinə, sağ sol qabaq qanadına, kapotuna, mühərrikxanasına “X1 C180” markalı **-BH-*** nömrəli avtomobilin sağ yan hissəsi, sağ qabaq və arxa qapıları dəyərək toqquşmuşdur. Toqquşmadan sonra sonra “Mercedes Benz C180” markalı **-BH-*** nömrəli avtomobilin sürücüsü ona heç bir söz demədən yol nəqliyyat hadisəsi barədə polisə məlumat vermədən hadisə yerindən çıxıb getmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-443/2024 saylı qərarı ilə Cavabdeh AR İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat məbləğində inzibati cərimə edilmişdir. Nəqliyyat vasitələrinin təmirinə dair smetaya əsasən VAZ 21099 minik markalı **-BX-*** nömrə nişanlı avtomobilinə 2645 məbləğində maddi zərər dəymişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada təkrar məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238–ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan AF seriyalı 405626 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2030-cu il tarixədək sürücülük hüququ vardır. İşdə olan AC N seriyalı 371374 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 45BX794 dövlət qeydiyyat nişanlı VAZ 21099 minik markalı sedan tipli 2004 buraxılışlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-443/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. İşdə olan nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair SMETA-dan (haqqıhesab) görünür ki, 45BX794 dövlət qeydiyyat nişanlı VAZ 21099 minik markalı sedan tipli 2004 buraxılışlı nəqliyyat vasitəsinin təmir-bərpa işləri cəmi 2645 manat məbləğində pula başa gəlmişdir. İşdə olan fotoşəkildən görünür ki, bir avtomobil qəza nəticəsində zədələnmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzində 9/8101 nömrəli, 13 fevral 2025-ci il tarixli ekspert rəyindən görünür ki, “VAZ 21009” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin 07 adda ehtiyat hissələrinin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 510 manat müəyyən edilir. Digər ehtiyat hissələrinin satışına və qiymətinə dair məlumat olmadığına üçün dəymiş ziyanı müəyyən etmək mümkün olmadı. Həmçinin avtoehtiyat hissələrinin təmir-bərpa xərclərinin dəyəri avtoservislərin səviyyəsindən və sair asılı olaraq müxtəlif qiymətlərdə olur. Belə ki, avtoehtiyat hissələrinin təmir-bərpa xərclərinin məbləği sifarişçi ilə sifarişi yerinə yetirən tərəf arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. Məhkəmə nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair SMETA-ı və Məhkəmə Ekspertizası Mərkəzinin 9/8101 nömrəli, 13 fevral 2025-ci il tarixli ekspert rəyini müqayisəli təhlil edərək hesab edir ki, iddiaçı tələbində haqlıdır və ona məxsus nəqliyyat vasitəsinə cavabdeh tərəfindən 1000 manat məbləğində ziyan vurulmuşdur. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, cavabdeh ilə iddiaçı arasında baş vermiş avto-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsinə cavabdeh tərəfindən 1000 manat məbləğində ziyan vurulmuşdur. Bu səbəbdən Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-443/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. Lakin buna baxmayaraq cavabdeh iddiaçıya vurduğu ziyandan heç bir ödəniş etməmişdir. Ona görə də 1000 manat zərərin əvəzini ödəmək isə cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri başqa şəxsə zərər vurulması ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquq və vəzifələrin müdafiəsi əsasında mülki hüquq pozuntularından (deliktlərdən) irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsin görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Sadalanan hüquq normaları iddiaçıya yetirilmiş ziyanın ödənilməsinin hüquqi əsasını təşkil edir və İddiaçı vurulmuş ziyan ilə bağlı zərərin ödənilməsi tələbinin təmin olunmasını şərtləndirir. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-443/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından məlum olur ki, Cavabdeh avtoqəza törədərək İddiaçı maddi zərər vurmuşdur. Belə ki, AR MPM-in 82.1-ci maddəsinə əsasən Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. AR MPM-in 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. AR MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən dövlət rüsumu cavabdehə aid edilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 46,45 manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, ödənilmiş 46,45 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1000 (bir min) manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi məbləğində pul tutulmalıdır. Bundan başqa ekspertiza xərci olan 50 manat da cavabdehdən tutulub dövlət büdəcəsinə ödənilməlidir. Belə ki, AR MPM-in 117.1-ci maddəsinə əsasən Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 241, 242, 244 və 253–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1000 (bir min) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ekspertiza xərci olan 50 (əlli) manat Cavabdeh tutulub dövlət büdcəsinə ödənilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz manat) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi haqqında (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-79/2025
Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-79/2025
21.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver