Məhkəmə qərarları › İş №2(051)-791/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-791/2021

26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-791/2021 26.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı X3 və Cavabdeh1 iştirakı ilə, iddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i : İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı X3 iddianı müdafiə edərək izahatında bildiridi ki, 13.03.2020-ci ildə Cavabdeh1 bir ədəd “Samsung Galaxy” A30S markalı nisyə telefon satmışdı. Aralarında olan qarşılıqlı razılaşmaya görə həmin telefon 450 manat qiymətləndirilmişdir O, telefonu cavabdehə təhvil verən zaman, Gündüz ona ilkin ödəniş olaraq 150 manat pul ödəmiş və razılaşmaya uyğun olaraq pulun qalan hissəsini (390) manat 15.09.2020-ci il tarixə kimi ödəyəcəyini öhdəsinə götürmüşdü. İ.İbişovla aralarında olan öhdəliyin təminatı olaraq digər cavabdeh Cavabdeh2 Asif oğlu ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdehlərə pulun ödənilməsi barədə dəfələrlə xəbardarlıq etsə də, onlar hər dəfə müxtəlif bəhanələrlə pulun ödənilməsindən yayınırlar. Beləliklə, cavabdehlərin 540 manat borcudan cəmi 150 manat ödəmiş, 390 manatı isə ödəmişdir. Ona görə də iddianın təmin olunmasını, 390 manat pulun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul edərək izahatında bildirdi ki, aralarındakı razılaşmaya əsasən iddiaçı, həqiqətən də, ona “Samsung Galaxy” A30S markalı nisyə telefon almışdır. Həmin telefon 450 manat qiymətləndirilmişdir. Borcundan 150 manat ödəmişdir. Qalan borcu 15.09.2020-ci ilədək verməli idi. Sonra maddi imkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Borcun qalan hissəsini də ödəyəcəkdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə oun iştirakı olmadan baxılması mümkündür. İşdə olan qəbzdən görünür ki, Cavabdeh1 iddiaçı X1 qiyməti 450 manat dəyərində olan “Samsung Galaxy” A30S markalı nisyə telefon almışdır. İşdə olan X3 ilə Cavabdeh2 arasında bağlanmış 13.03.2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 zamin kimi alıcı Cavabdeh1 öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehliyi öz üzərinə götürür. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosesual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, Cavabdeh1 ilkin ödəniş kimi 150 manat ödəməklə qalan hissəsini hər ay 65 manat ödəmək şərtilə iddiaçıdan 540 manat qiymətində olan mobil telefon almış, borcun ödənilməsinin təminatı kimi də digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər üzərlərinə götürdüyü öhdəliyi yerinə yetirməmişlər. Ona görə də 390 manat borcu ödəməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinin tələbinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı tələbində haqlıdr. Ona görə də iddia təmin olunmalı, 390 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən 20 manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınıb dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosesual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220, 360-cı maddəsinin rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 390 (üç yüz doxsan) manat pul alınıb İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutulub, dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar