Məhkəmə qərarları › İş №2(051)-805/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-805/2022

04.05.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-805/2022 04.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı, iddiaçı tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 iştirakı ilə, İddiaçı cavabdeh Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı mirasın qəbul edilməsinin müəyyən olunması tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı mirasın qəbul edilməsinin müəyyən olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkənə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, X10 onun qaynanasıdır. Ofelya Alıyevanın oğlu X23 ilə nikahlarını 24 noyabr 1990-cı ildə rəsmi qeyd etdiməklə ailə qurmuşlar. Həmin vaxtda da qayınanasına məxsus ünvan 1 ünvana gəlin köçmüşdür və hal-hazıradək həmin mənzildə yaşayır. X8 oğlu Arzudan başqa 3 qızı var. Ofelya Alıyeva 12 mart 2015-ci ildə vəfat etmişdir. Qaynanasından Mingəçevir şəhəri Nizami küçəsi, 19 №-li evin 3 №-li mənzili miras qalmışdır. Əri Arzu həmin mirası faktiki qəbul etmiş və yaşadığı dövr əzində mənzilin bütün təsərrüfatını da idarə etmişdir. Əri Arzu 01 yanvar 2018-ci ildə vəfat etmişdir. Əri Arzu qayınanasının mirasını qəbul edən yeganə varisidir. Qayınanasını digər 3 qız övladı isə notarial qaydada ərizə verərək miras əmlakdan imtina etmişlər. Hazırda mənzildə o və oğlu Toğrul yaşayır. Oğlu Toğul mənzilin onun adına keçməsinə razıdır. Miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə müraciət etmiş, lakin ona vərəsəlik hüququna dair şəhadətnamə verilməsindən imtina olunmuşdur. İddianın təmin olunmasını, X4 onun əri Arzu Alıyevə miras qalmış Mingəçevir şəhəri Nizami küçəsi 19 №-li evin 3 №-li mənzilinə onun tərəfindən miras əmlak kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkündür. İddiaçı tərəfində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh2 qızı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhəri Nizami küçəsi 19 №-li evin 3 №-li mənzili anası X6 mülkiyyətində olmuşdur. Onlar 3 bacı, 1 qardaş olmuşlar. Bacılar ailə qurub, ayrı-ayrı mənzillərə köçmüşlər və köçdükləri mənzillərdə də yaşayırlar. Anası isə qardaşı Arzu ilə yaşayırdı. Qardaşı İddiaçı ilə ailə qurduqdan sonra da birlikdə anasına məxsus mənzildə yaşamışlar. X26 12.03.2015-ci ildə vəfat etmişdir. Ansının ölümündən sonra miras qalmış mənzili yalnız qardaşı Arzu qəbul etmiş, ailə üzvləri ilə həmin mənzildə yaşayaraq mənzili qoruyub saxlamışdır. Digər vərəsələr mirası qəbul etməmişlər, ümumiyyətlə mənzildən miras pay istəməmişlər. Qardaşı Arzu 01.01.2018-ci ildə vəfat etmişdir. Qardaşının vəfatından sonra da İddiaçı uşaqları ilə həmin mənzildə yaşayaraq ərindən qalmış mirası qəbul etmişdir. İddianın təmin olunmasını, miras almış Mingəçevir şəhəri Nizami küçəsi 19 №-li evin 3 №-li mənzilə İddiaçı bütöv şəkildə payının müəyyən olunmasını xahiş edir. İddiaçı tərəfində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Cavabdeh3 və X12 da məhkəmə iclasında üçüncü şəxs İzulət Cabbarova ilə eyni məzmunda izahat verərək miras mənzilə İddiaçı bütöv şəkildə payının müəyyən olunmasını xahiş etdilər. İddiaçı tərəfində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh5 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, valideynləri Arzu Alıyev və İddiaçı, eləcə də qardaşıCavabdeh6 X24 ilə birlikdə nənəzinin mülkiyyətində olan Mingəçevir şəhəri Nizami küçəsi 19 №-li evin 3 №-li mənzilində yaşayırdılar. X24 12.03.2015-ci ildə vəfat etmişdir. Nənəsinin ölümündən sonra da onlar nənəsindən miras qalmış mənzildə yaşamışlar. X34 01.01. 2018-ci ildə vəfat etdikdən sonra da anası İddiaçı qardaşı Toğrulla birlikdə həmin mənzildə yaşayırlar. Nənəsinin ölümündən sonra mirası atası qəbul etmişdir. O, atasından miras qalmış mənzildən anasının xeyrinə imtina etmişdir və mənzilə bütöv şəkildə anasının payının müəyyən olunmasını xahiş edir. İddiaçı tərəfindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh6 Arzu oğlu da məhkəmə iclasında Cavabdeh5 izahatına uyğun izahat verərək atasından miras qalmış mənzilə bütöv şəkildə anası İddiaçı payının müəyyən olunmasını xahiş etdi. Şahid Baxşəliyev Şirazi Həmid oğlu məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 15 ildən çoxdur İddiaçı ilə qonşudu. İddiaçı əri Arzu Alıyev, qayınX26 ilə birlikdə qayınanasına məxsus Mingəçevir şəhəri Nizami küçəsi 19 №-li evin 3 №-li mənzilində yaşayırdılar. Ofelya Alıyeva vəfat edəndən sonra həmin mənzildə Arzu Alıyev öz ailə üzvləri ilə yaşayırdı. Ofelya Alıyeva 2015-ci ildə vəfat etmişdi. Arzu Alıyev isə 2018-ci ilin yanvar ayında vəfat etdi. Arzunun ölümündən sonra da arvadı-İddiaçı həmin mənzildə yaşayır. Digər şahid X17 da eyni məzmunda ifadə verərək İddiaçı ilə qonşu olduğunu, iddiaçının qayınanasına məxsus Mingəçevir şəhəri Nizami küçəsi 19 №-li evin 3 №-li mənzilində yaşadığını, qayınanası vəfat edəndən sonra əri Arzu Alıyevlə, Azunun ölümündən sonra da həmin mənzildə yaşadığını bildirdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə olunmuş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri Nizami küçəsi 19 № li evin 3 №-li mənzili tam mülkiyyət hüququ ilə X6 adına qeydə alınmışdır. İşə əlavə olunmuş Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X23 ilə X11 arasında 24 noyabr 1990-cı ildə nikah qeydə alınmış, nikah bağlandıqdan sonra arvada Alıyeva soyadı verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X10 15 mart 2015-ci ildə ölmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 12 yanvar 2018-ci ildə ölmüşdür. İşə əlavə olunmuş Mingəçevir şəhər Qeydiyyat Şöbəsinin 20.12.2021-ci il tarixli 05/Q-690/15 №-li arayışında göstərilir ki, X6 vərəsələri- qızları X18, X13, X14 və oğlu X19r. İşə əlavə olunmuş Mingəçevir şəhər Qeydiyyat Şöbəsinin 24.12.2021-ci il tarixli 05/Q-689/15 №-li arayışından göstərilir ki, X15 vərəsələri-arvadı İddiaçı, qızı Alıyeva Aidə və oğlu Cavabdeh6dur. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusun İddiaçı 14 yanvar 2022-ci il tarixli cavab məktubundan görünür ki, onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunumşdur. İşə əlavə edilmiş Cavabdeh5 qızının notarial qaydada təstiq edilmiş ərizəsində ataı X15 01 yanvar 2018-ci il tarixdə vəfat etməsi, atasından miras qalmış Mingəçevir şəhəri Nizami küçəsi 19 №-li evin 3 №-li mənzilinə heç bir iddiası olmaması, həmin mənzildən pay istəməməsi göstərilmişdir. İşə əlavə edilmiş Cavabdeh3, X16 və Cavabdeh2 notarial qaydada təstiq edilmiş ərizələrində anaları X6 12 mart 2015-ci il tarixdə vəfat etməsi, analarından miras qalmış Mingəçevir şəhəri Nizami küçəsi 19 №-li evin 3 №-li mənzilinə heç bir iddiaları olmaması, həmin mənzildən pay istəməmələri göstərilmişdir. İş materialları ilə müəyyən edilir ki, Mingəçevir şəhəri Nizami küçəsi 19 №li evin 3 №-li mənzil X6 mülkiyyətində olmuşdur. Ofelya Alıyeva 14.03.2015-ci ildə vəfat etmişdir. Ofelya Alıyevanın mülkiyyətində olmuş Nizami küçəsi 19 №li evin 3 №-li mənzili miras qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1157.1 və 1151.2-ci maddələrinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Mülki Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə görə qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, arvad(ər), valideynlər bərabər hüquqlu, birinci növbəli vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göstərilən qanunvericilik normalarından göründüyü kimi vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. Ya mirasın açılması, ya da şəxsin vərəsəlik hüququ əldə etməsi mirası əldə etmək üçün kifayət etmir. Göstərilən hüquqi faktlar şəxsə yalnız mirası əldə etmək imkanı verir. Hər hansı bir şəxs tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, o, miras əmlakın əldə edilməsinə öz razılığını bildirsin və ya hərəkətləri ilə nümayiş etdirsin. Mirası qəbul etmək qanunvericiliklə nəzərdə tutulduğu qaydada, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə, əmlakı idarə etməyə faktiki başlamaqla həyata keçirilir. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, Ofelya Alıyevanın ölümündən sonra miras qalmış Mingəçevir şəhəri Nizami küçəsi 19 №-li evin 3 №-li mənzilində birinci növbəli vərəsə olan Arzu Alıyev ailə üzvləri ilə birlikdə yaşamaqla, mənzili idarə etməklə faktiki olaraq mirası qəbul etmişdir. Arzu Alıyevin ölümündən sonra da vərəsə İddiaçı mənzilə sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişdir. Ona görə də iddia təmin olunmalı, əri X20 anası X4 miras qalmış Mingəçevir şəhəri Nizami küçəsi, 19 №-li evin 3 №-li mənzilin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi, miras əmlaka bütöv şəkildə iddiaçının payı olması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216– 220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. X4 miras qalmış və vərəsə X23 tərəfindən faktiki olaraq qəbul edilmiş miras əmlak olan Mingəçevir şəhəri Nizami küçəsi, 19 №-li evin 3 №-li mənzilin vərəsə İddiaçı tərəfindən qəbul olunması və miras əmlaka bütöv şəkildə payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar