Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-807/2022 20.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edərək məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Cavabdeh ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 19 dekabr 2013-cü il təvəllüdlü Hüseyn, 24 noyabr 2014-cü il təvəllüdlü Yusif adlı iki nəfər uşağı doğulmuşdur. Cavabdehlə ailə mübasibətləri pozulduğundan uzun müddətdir ki, faktiki olaraq ayrılmışlar. Mingəçevir şəhər məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 19 dekabr 2013-cü il təvəllüdlü Hüseyn və 24 noyabr 2014-cü il təvəllüdlü Yusif adlı uşaların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 130 manat alimentin tutulub ona verilməsi müəyyən edilmişdir. Uşaqlar artıq böyümüş, onların maddi təlabatları da artmışdır. Müəyyən edilmiş aliment hazırda uşaqların maddi tələbatını ödəmir. Özü işləmir. Uşaqları saxlamaqda çətinlk çəkir. Cavabdeh də uşaqlarına baxmaqda borcludur. Ona görə də müəyyən edilmiş alimentin miqdarının artırılmasını, 19 dekabr 2013-cü il təvəllüdlü X3, 24 noyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 193 (bir yüz doxsan üç) manat məbləğdə alimentin Cavabdeh alınıb ona verilməsini xahiş edir. Cavabdeh iddianı qəbul etməyrək məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 19 dekabr 2013-cü il təvəllüdlü Hüseyn, 24 noyabr 2014-cü il təvəllüdlü Yusif adlı uşaqları doğulmuşdur. Cavabdehlə ailə mübasibətləri pozulduğundan faktiki olaraq ayrılmışlar. Mingəçevir şəhər məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən ondan 19 dekabr 2013-cü il təvəllüdlü Hüseyn və 24 noyabr 2014-cü il təvəllüdlü Yusif adlı uşaların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa müəyyən edilmiş 130 manat alimenti çətinliklə ödəyir. Uşaqlarına baxmaqdan imtina etmir, lakin tələb olunan qədər aliment ödəməyə maddi imkanı yoxdur. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 19 dekabr 2013-cü il təvəllüdlü X3, 24 noyabr 2014-cü il təvəllüdlü X2 valideynləri Cavabdeh və İddiaçıdır. İşə əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1398/2020 saylı 07 sentyabr 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 19 dekabr 2013-cü il təvəllüdlü X3, 24 noyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 130 manat aliment tutulub, İddiaçı verilməsi qət edilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər icra və probasiya şöbəsinin 20.04.2022-ci il tarixli arayışında göstərilir ki, 2(051)-1398/2020 saylı 07.09.202-ci il tarixli icra sənədi üzrə borclu Cavabdeh 3477 manat aliment borcu yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci madəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər faktiki ayrılmışlar, onların birgə nikahlarından doğulmuş Hüseyn və Yusif adlı uşaqlar iddiaçının yanında qalırlar. Məhkəmənin 07 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh 19 dekabr 2013-cü il təvəllüdlü X3, 24 noyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 130 manat aliment tutulub, İddiaçı verilməsi müəyyən edilmişdir. Müəyyən edilmiş aliment hazırda uşaqların təminatının səviyyəsinin maksimal saxlanması üçün kifayət deyildir. Ancaq tələb olunan miqdarda alimentin ödənilməsi üçün cavabdehin kifayət qədər qazancı olması məhkəmə iclasında sübut olunmadı. Cavabdehin 3477(üç min dörd yüz yetmiş yeddi) manat aliment borcu vardır. Ona görə də məhkəmə tərəflərin maddi vəziyyətini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, alimentin miqdarı nisbətən artırılmalı, cavabdehdən uşaqların saxlanması üçün hər ay hər uşağa 140 (bir yüz qırx) manat miqdarında aliment tutulub iddiaçıya verilməlidir. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3 və 119.2-ci maddələrinə əsasən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 19 dekabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 140 (bir yüz qırx) manat, 24 noyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 140 (bir yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul miqdarında aliment hər ay Cavabdeh tutulub, İddiaçı verilsin. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub, dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-807/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-807/2022
20.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver