Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-811/2021 06.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayev Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X3 qarşı “Avto qəza nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdeh X2 dəymiş maddi ziyanın əvəzi olaraq 1430 (bir min dörd yüz otuz) manat məbləğdə pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinə əsasən izahat verdi və əlavə olaraq göstərdi ki,”Mercedes Benz E-220” markalı, ** CP *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və onun mülkiyyətindədir. O, 08 noyabr 2020-ci il tarixdə, saat 15 radələrində özünə məxsus avtomobili Mingəçevir şəhərinin H.Əliyev prospektində idarə edərkən adını sonradan bildiyi X1 vəsiqəsi olmadan idarə etdiyi “Vaz-21061” markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobillə ara məsafəsi gözləmədən onun avtomobilini vurub əzməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə maddi ziyan dəymiş və avtomobili yararsız hala düşmüşdür. Belə ki, "xxxx" MMC-in nəqliyyat vasitələrinin təmirinə (bərpa ediməsinə” dair smetasına əsasən ona məxsus avtomobilə 1430 manat məbləğdə maddi ziyan dəymişdir. Cavabdehdən dəfələrlə avtomobilinə dəymiş zərərin əvəzini ödəməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də əlacsız qalıb məhkəməyə müraciət etməli olmuşdur. Onu da məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, cavabdeh Sənan Dadaşovun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Mingəçevir şəhər Məhkəməsinə göndərilmişdir. Mingəçevir şəhər Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 3(051)-240/2021 saylı qərarına əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 469.3, 332.4, 332.2, 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 400 manat məbləğdə cərimə edilmişidir. Ona görə də məhkəmədən cavabdeh X2 dəymiş maddi ziyanın əvəzi olaraq 1430 (bir min dörd yüz otuz) manat məbləğdə pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsina baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin yanvar 2021-ci il tarixli, 3(051)- 240/2021 saylı qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 469.3, 332.4, 332.2, 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 400 manat məbləğdə cərimə edilmişidir. İşə əlavə olunmuş Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən verilmiş 06.01.2021-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı dəymiş maddi zərərlə bağlı müraciəti mülki məsələ olduğundan məhkəmə müraciət etməsi məsləhət görülmüşdür. İşə əlavə olunmuş Nəqliyyat Vasitələrinin Təmirinə dair Smetadan görünür ki, İ Təmir işlərinin dəyəri- 335 manat, İİ Nəqliyyat vasitəsinin təzə hissələrinin, detallarının və ləvazimatlarının dəyəri- 925 manat, İİİ Təzə materialların dəyəri- 170 manat, nəqliyyat vasitəsinin təmirinin dəyərinin cəmi 1430 manat məbləğində hesablanmışdır. İşə əlavə olunmuş Məhkəmə Ekspetiza Mərkəzinin 12 iyul 2021-ci il tarixli 9/3552 ekpert rəyindən görünür ki, dəyişilməsi hissələrin qiyməti- 1095,00 manat, təmir-bərpa işlərinin qiyməti- 450,00 manat olamaqla cəmi 1545 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və deliktlərdən əmələ gələn öhdəlikləri nizamlayan 59-cu fəslinin müddəaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Sadalanan hüquq normaları nəqliyyat vasitəsinin təmiri ilə bağlı iddiaçıya yetirilmiş ziyanın ödənilməsinin hüquqi əsasını təşkil edir və zərərin ödənilməsi tələbinin təmin olunmasını şərtləndirir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iş materiallarını əhatəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, iddiaçı mötəbər sübutlar irəli sürərək cavabdehin ona maddi ziyan vurduğunu sübut etmişdir. Məhkəmə ekspert rəyini elmi tədqiqata əsaslandığından mötəbər sübut kimi qəbul edir. Lakin hazırki münasibətdə ekspertiza xərci iddia tələbində göstərilən məbləğdən daha yüksək olduğundan və məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən iddia tələbində göstərilən məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı və cavabdeh X2 1430 (bir min dörd yüz otuz) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə ekspertiza xərci olan 100 manat məbləğində pul cavabdeh X2 tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Cavabdeh X2 1430 (bir min dörd yüz otuz) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul X2 tutulub İddiaçı ödənilsin. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul cavabdeh X2 tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-811/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-811/2021
06.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver