Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-816/2022 13.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehlərdən qızıl-zinət əşyaları olan komplekt dəstin və sepin özünün və ya onların dəyəri olan 1650 manat məbləğində pulun və ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək, əsasən iddia ərizələrinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, qızıl-zinət əşyalarının alqısatqısı ilə məşğuldur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızıl-zinət əşyalarının alıcısı kimi tanımışdır. Onlarla münasibəti normal olduğu üçün o, cavabdehlərə 2021-ci ildən başlayaraq qızıl-zinət əşyalarını nisyə satmağa başlamışdır. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ondan 20.8 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı olan komplekt dəst və 4.05 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı olan qızıl sepi nisyə almışlar. Aralarında olan razılığa əsasən o, qeyd olunan qızıl-zinət əşyalarını cavabdehlərə 2110 manata satmışdır. Həmin vaxt cavabdehlər qızıl-zinət əşyalarının pulundan 500 manat ödəmiş, qalan 1610 manat məbləğdə pulu isə yaxın vaxtlarda ödəyəcəklərini bildirmişlər. 12 noyabr 2021 -ci ildə isə cavabdehlər ona ödənilmiş 500 manat puldan 40 manatını borc almışlar. Cavabdehlər həmin vaxt ondan aldıqları qızılzinət əşyalarına və 40 manat borca görə qəbzə imza etmişlər. Cavabdehlər ondan aldıqları qızıl zinət əşyalarından cəmi 460 manat borcu qaytarmışlar, lakin qalan 1650 borcu qaytarmaqdan imtina etmişlər. O, cavabdehlərdən borcun qaytarılmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdehlərin hazırda ona nisyə aldıqları qızıl-zinət əşyalarına görə cəmi 1650 manat məbləğdə borcları qalmışdır. Cavabdehlər hər dəfə ona müxtəlif bəhanələr gətirərək borclarını ödəməkdən yayınmışlar. O pulunu başqa qaydada cavabdehlərdən ala bilmir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin ediləsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 iştirak etdiyi məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, iddiaçının göstərdikləri həqiqətə uyğun deyil. Belə ki, onlar iddiaçıdan 20.8 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı olan komplekt dəst və 4.05 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı olan qızıl sepi nisyə almış və aralarında olan razılığa əsasən, iddiaçı qeyd olunan qızıl-zinət əşyalarını onlara 2110 manata satmışdır. Həmin vaxt onlar qızıl-zinət əşyalarının pulundan 500 manatını ödəmiş, qalan 1610 manat məbləğdə pulu isə yaxın vaxtlarda qaytaracaqlarını bildirmişlər. Sonra ehtiyacları olduğuna görə iddiaçıdan 40 manat borc almışlar. Bundan sonra isə o, iddiaçıya olan 1650 manat borcunu tam olaraq ödəmişdir. Lakin ödədiyi pullarla bağlı qəbz yazılmamışdır. İddiaçı isə onların yazdığı qəbzi qaytarmamışdır. Hazırda iddiaçı həmin qəbzdən sui-istifadə edir. Hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehə 2110 manat məbləğində nisyə qızıl əşyaları verilməsini və hazırda cavabdehlərin ona 1650 manat məbləğində borcu qalmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə iddiaçının izahatı və işə əlavə edilmiş sənədlərin müqayisəli tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı cavabdehlərə inanaraq 05.11.2021-ci il tarixdə 2110 manat məbləğində nisyə qızıl-zinət əşyaları vermişdir. Cavabdehlər həmin məbləğdən 500 manat ödəmiş, 1610 manat məbləğində pulu isə qısa zamanda qaytaracaqlarını öhdələrinə götürmüşlər. Bundan sonra cavabdehlər iddiaçıya verdikləri 500 manat puldan 40 manatını da borc olaraq götürmüşlər və beləliklə, cavabdehlərin iddiaçıya 1650 manat məbləğində borcları qalmışdır. Belə ki, iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 05.11.2021-ci il tarixdə 2110 manat məbləğində qızıl-zinət əşyalarını cavabdehlərə nisyə satmışdır. Cavabdehlər həmin məbləğdən 500 manat ödəmiş, 1610 manat məbləğində pul isə borc olaraq qalmışdır. Bundan sonra cavabdehlər 12.11.2021-ci il tarixdə iddiaçıdan 40 manat məbləğində borc almışlar və onların ümumilikdə iddiaçıya 1650 manat məbləğində borcu yaranmışdır. İşdə olan Azərbaycan Respublikası Mingəçevir şəhəri "xxxx" MMC tərəfindən verilmiş 19.01.2022-ci il tarixli 15 nömrəli rəyindən görünür ki, hal-hazırda 583 əyyarlı Rusiya istehsalı olan qızılın alış qiyməti 80 manat, satış qiyməti 90 manat dəyərində olmaqla, 20.8 qr olan qızılın qiyməti 1872 manat, 4.05 qram olan qızılın qiyməti 365 manat dəyərindədir. Qızıl zinət əşyalarının qiymətləndirilməsi hazırki dünya birja bazarlarına uyğun qaydada qiymətləndirilir. Bununla belə, iddiaçı məhkəmə iclası zamanı qızıl–zinət əşyalarının hazırda cavabdehlərdə olması faktını sübut edə bilməmiş və bu barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə iddianın, iddiaçının tələb etdiyi həcmdə, yəni qızıl-zinət əşyalarının özünün və ya onların dəyərinin cavabdehlərdən alınması hissəsində deyil, yalnız iddiaçı tərəfin qızıl zinət əşyalarının dəyərinin tələb etdiyi və işin müəyyən edilmiş halları ilə təsdiq olunmuş miqdarda, yəni 1650 manat miqdarda qismən əsaslı hesab edir. Belə ki, iş materiallarında olan cavabdehlər tərəfindən yazılmış qəbzdən göründüyü kimi iddiaçı 05.11.2021-ci il tarixdə 2110 manat məbləğində qızıl-zinət əşyalarını cavabdehlərə nisyə vermişdir. Cavabdehlər həmin məbləğdən 500 manat ödəmiş, 1610 manat məbləğində pulu isə qısa zamanda qaytaracaqlarını öhdələrinə götürmüşlər. Bundan sonra cavabdehlər iddiaçıya verdikləri 500 manat puldan 40 manatını da borc olaraq götürmüşlər və beləliklə, cavabdehlərin iddiaçıya 1650 manat məbləğində borcları qalmışdır. Bununla yanaşı, məhkəmə Cavabdeh2 tərəfindən məhkəmə iclası zamanı izahat verərək iddiaçıya olan borcunun tam olaraq ödənildiyini bildirsə də, iddiaçı cavabdehin bildirdiklərini qəbul etməmiş, cavabdeh isə kifayət qədər vaxt verilməsinə baxmayaraq, həmin halın təsdiq edilməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Bununla da Cavabdeh2 iddiaçıya olan borcun tam qaytarılmasını inandırıcı şəkildə sübut edə bilməmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutları tədqiqi nəticəsində, həmçinin işin mübahisə edilməyən həqiqi hallarına əsasən müəyyən etdi ki, cavabdehlərin nisyə qızıl alqı-satqısı nəticəsində, iddiaçıya 2110 manat borcları olmuş, cavabdeh tərəf həmin borcun 460 manat hissəsini qaytarmış, lakin cavabdehlərin iddiaçıya 1650 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş nisyə alqı–satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə iddiaçı cəmi 2110 manat məbləğində qızıl əşyalarını cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda cavabdehlərin öhdəliyi pul məbləği ilə məhdudlaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567–ci maddəsində göstərilmişdir ki, alqı–satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, həmçinin işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında yazılı qaydada nisyə alqı-satqı müqaviləsi bağlanmış, cavabdehlər iddiaçıdan nisyə qızıl əşyalarını hissə-hissə ödəmək şərtilə satın almışlar. İddiaçı qızıl əşyalarını cavabdehlərin mülkiyyətinə vermiş, cavabdehlər isə qısa zamanda həmin borc məbləğini qaytarmağı öhdələrinə götürmüşdür. Bununla da cavabdehlər nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir. İddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Ona görə də cavabdehlər iddiaçı qarşısında birgə borclu kimi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə, həmçinin tələbin qızıl-zinət əşyaları olan komplekt dəstin və sepin özünün alınması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı deyildir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş sadə yazılı formada bağlanmış nisyə alqı–satqı müqaviləsinə əsasən iddiaçı(satıcı) qızıl əşyalarını cavabdehlərin (alıcıların) mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda cavabdehlərin öhdəliyi pul məbləği ilə məhdudlaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutlara hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi iddiaçının tələb etdiyi həcmdə, yəni qızıl-zinət əşyalarının dəyəri olan 1650 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehlərin nisyə alqı-satqı müqaviləsi üzrə iddiaçıya 1650 manat məbləğində ödənilməmiş borclarının olması sübuta yetirildiyindən, iddiaçının cavabdehlərə qarşı pul tələbinə dair iddiası qismən əsaslı hesab edilərək qismən təmin edilməli və cavabdehlərdən müştərək qaydada 1650 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dövlət rüsumunun əvəzi olan 40 manat məbləğində pul müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏ T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1650 (min altı yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Ödənilmiş 40 manat dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdeh1 və Cavabdeh2 40 (qırx) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-816/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-816/2022
13.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver